Əşkinazi yəhudiləri

        

Aşkenazi yəhudiləri (ivr.אשכנזים‏‎, aşkenazim; təkdə: aşkenazi) — Mərkəzi Avropada formalaşmış yəhudi subetnik qrupu. Bu mədəni icma üçün bu terminin işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən əşkinazi yəhudilərinin böyük əksəriyyət üçün danışıq dili idiş olmuşdur.

İkinci dünya müharibəsi zamanı baş verən holokostun qurbanlarının böyük əksəriyyəti əşkinazi yəhudisi olmuşdur. Yəhudilər bu gün dünyanın demək olar, bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti - İsrail mövcuddur. Ənənəvi dini iudaizmdir. Yəhudilərin çoxu yaşadıqları ölkənin dilində danışırlar. İsraildə isə rəsmi dövlət dili XIX əsrdə danışıq dili kimi dirçəldilmış ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir. Qədim özünü adlandırma bney-İsrael — İakov İsrailin oğulları, ulu baba İakov İsrailin nəslidir. İlk əvvəl yəhudi adı İuda nəslinə deyilirdi. Sonradan İuda çarlığında tayfasından asılı olmayaraq yaşayan hər kəsə deyildi. İuda çarlığı süquta uğradıqdan sonra yəhudi adı spesifik əhəmiyyətini itirdi və milli-dini bağlılığı göstərdi. Yəhudiliyin əlamətlərini müəyyənləşdirən ən qədim mənbə yəhudi hüququ olan Qalaxadır. O qanun Talmudun qərarları əsasında yaranıb. Qalaxa görə, "yəhudi o adamdır ki, anası yəhudidir, ya da yəhudi qaydalarına görə yəhudi adlanıb (qiyur)". Yəhudi diasporları tədricən ardıcıllıqla bir neçə əsas mərkəz şəklində formalaşıblar. Edot adlanan etnik yəhudilər dil və məişət cəhətcə fərqləniblər: • Bavli (Mesopotamiya, Cənubi Qafqaz) — V-XI əsrlər; • Sefardlar (Pireney yarımadası) — b.ə. əvvəli - 1492; • Aşkenazlar (Mərkəzi Almaniya, Şərqi Avropa) — X əsr-XX əsrin ortası. [1]

Məşhur insanlar[redaktə | mənbəni redaktə et]

  • Arye Qut—İsrailli siyasətçi (atası azərbaycanlı, anası Ukraynadan olan aşkenaz yəhudisi)
  • Deniel Redklif—İngiltərədə aktyor, Harri Potter rolunun ifaçısı
  • Faina Zukerman—azərbaycanlı model (atası yəhudi, anası azərbaycanlı)
  • Mark Zukerberq—Amerikalı media maqnatı, internet sahibkarı və xeyriyyəçi. Meta-nın (keçmiş Facebook) təsisçisi
  • Mixail Finkel—əslən Rusiyadan olan, İsrailli ravvin, siyasi ekspert
  • Mixail Qusman—Sovet və Rusiya aktyoru, aparıcı, jurnalist, tərcüməçi
  • Oleq Qazmanov—rusiyalı müğənni (atası tatar, anası yəhudi)
  • Omer Adam—İsrailli müğənni (atası dağ yəhudisi, anası aşkenaz yəhudisi)
  • Shantel—Almaniyalı repçi (atası yunan, anası yəhudi əsilli)
  • Teymur Rəcəbov—azərbaycanlı şahmatçı (atası yəhudi, anası azərbaycanlı)
  • Timati—rusiyalı müğənni (atası tatar, anası yəhudi)
  • Timur Vaynşteyn—Rusiyalı aktyor, aparıcı, prodüsser (atası yəhudi, anası azərbaycanlı)
  • Yan Kum—Whatsap-ın yaradıcısı

1912-ildə, qeyddə olan vəkil və həkimlərin üçdə biri Yəhudi idi.Çar və Sovet dövründə Azərbaycanda əksəriyyət köçəri kimi, Aşkenazların dilləri də ruslaşdı. Aşkenazların çoxu Rus dilini bilməklə bərabər, Azərbaycancan türkcəsindədə sərbəst danışmaqda xüsusi səygöstərirdilər.Yidiş dilini bilənlərin sayı məlum deyil. Hal hazırda aşkenaz yəhudiləri azərbaycanda dağ yəhudilərindən sonra ikinci ən böyük yəhudi icmasıdır. Aşkenaz yəhudilərinə ait bakıda bir sinaqoq fəaliyyət göstərir. [2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Yəhudilər

Dağ yəhudiləri

Sinaqoqlar

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanda yaşayan yəhudilər". www.xalqcebhesi.az. Archived from the original on 16 May 2023.
  2. "Azərbaycan yəhudiləri- tarixdən bugünə". anl.az/down. Archived from the original on 16 May 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Yəhudilər kimdir?