ARALAŞMAQ
ARALIQ
OBASTAN VİKİ
Sibir-evdən 8000 km aralı (film, 1988)
== Məzmun == Filmdə əsrin nəhəng tikintisi Baykal-Amur magistralında (BAM) çalışan həmyerlilərimizin fədakar əməyindən söhbət gedir; azərbaycanlıların əməyi ilə bərabər məişəti, gündəlik qayğıları da lentə alınmışdır. Burada eyni zamanda qarşıya çıxan problemlərə də toxunulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Elxan Əliyev Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 358.
Sibir — evdən 8000 km aralı (film, 1988)
== Məzmun == Filmdə əsrin nəhəng tikintisi Baykal-Amur magistralında (BAM) çalışan həmyerlilərimizin fədakar əməyindən söhbət gedir; azərbaycanlıların əməyi ilə bərabər məişəti, gündəlik qayğıları da lentə alınmışdır. Burada eyni zamanda qarşıya çıxan problemlərə də toxunulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Elxan Əliyev Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 358.
1951 Aralıq dənizi Oyunları
1951 Aralıq dənizi Oyunları — 1951-ci ilin 5–20 oktyabr tarixləri arasında Misirin İsgəndəriyyə şəhərində keçirilmiş ilk Aralıq dənizi Oyunları. Bu oyunlarda 10 ölkədən 734 atlet iştirak etmişdir.
1955 Aralıq dənizi Oyunları
1955 Aralıq dənizi Oyunları — 1955-ci ilin 15–25 iyul tarixləri arasında İspaniyanın Barselona şəhərində keçirilmiş ikinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 10 ölkədən 1135 atlet iştirak etmişdir.
1959 Aralıq dənizi Oyunları
1959 Aralıq dənizi Oyunları — 1959-cu ilin 11–23 oktyabr tarixləri arasında Livanın Beyrut şəhərində keçirilmiş üçüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 11 ölkədən 792 atlet iştirak etmişdir.
1963 Aralıq dənizi Oyunları
1963 Aralıq dənizi Oyunları — 1963-cü ilin 21–29 sentyabr tarixləri arasında İtaliyanın Neapol şəhərində keçirilmiş dördüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 13 ölkədən 1057 atlet iştirak etmişdir.
1967 Aralıq dənizi Oyunları
1967 Aralıq dənizi Oyunları — 1967-ci ilin 8–17 sentyabr tarixləri arasında Tunisin eyniadlı şəhərində keçirilmiş beşinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 12 ölkədən 1249 atlet iştirak etmişdir. Bu qadınların da iştirak etdiyi ilk Aralıq dənizi Oyunları idi.
1971 Aralıq dənizi Oyunları
1971 Aralıq dənizi Oyunları — 1971-ci ilin 6–17 oktyabr tarixləri arasında Türkiyənin İzmir şəhərində keçirilmiş altıncı Aralıq dənizi Oyunları. Bu oyunlarda 14 ölkədən 1362 atlet iştirak etmişdir. Oyunların keçirildiyi əsas məkan İzmir Atatürk stadionu olmuşdur.
1975 Aralıq dənizi Oyunları
1975 Aralıq dənizi Oyunları — 1975-ci ilin 23 avqust – 6 sentyabr tarixləri arasında Əlcəzairin eyniadlı şəhərində keçirilmiş yeddinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 15 ölkədən 2444 atlet iştirak etmişdir.
1983 Aralıq dənizi Oyunları
1983 Aralıq dənizi Oyunları — 1983-cü ilin 3–17 sentyabr tarixləri arasında Mərakeşin Kasablanka şəhərində keçirilmiş doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlarda 16 ölkədən 2180 atlet iştirak etmişdir.
1987 Aralıq dənizi Oyunları
1987 Aralıq dənizi Oyunları — 1987-ci ilin 11–25 sentyabr tarixləri arasında Suriyanın Latakiya şəhərində keçirilmiş doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlarda 18 ölkədən 2180 atlet iştirak etmişdir.
1991 Aralıq dənizi Oyunları
1991 Aralıq dənizi Oyunları — 1991-ci ilin 28 iyun – 12 iyul tarixləri arasında Yunanıstanın Afina şəhərində keçirilmiş on birinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 18 ölkədən 2762 atlet iştirak etmişdir.
1993 Aralıq dənizi Oyunları
1993 Aralıq dənizi Oyunları — 1993-cü ilin 16–27 iyun tarixləri arasında Fransanın Langedok-Russilyon regionunda keçirilmiş on ikinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 20 ölkədən 2598 atlet iştirak etmişdir.
1997 Aralıq dənizi Oyunları
1997 Aralıq dənizi Oyunları — 1997-ci ilin 13–25 iyun tarixləri arasında İtaliyanın Bari şəhərində keçirilmiş on üçüncü Aralıq dənizi Oyunları. Bu oyunlar İtaliyada 1963-cü ildən sonra ikinci dəfə keçirilmişdir. Bu oyunlarda 21 ölkədən 2999 atlet iştirak etmişdir.
2018 Aralıq dənizi Oyunları
2018 Aralıq dənizi Oyunları — 2018-ci ilin 22 iyun – 1 iyul tarixləri arasında İspaniyanın Tarraqona şəhərində keçiriləcək on səkkizinci Aralıq dənizi Oyunları. Bu oyunlar İspaniyada 1955 və 2005-ci illərdən sonra üçüncü dəfə keçiriləcək.
Adətli (Aralıq)
Adətli — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 28 km, Aralıq ilçə mərkəzinə 17 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 108 kürd yaşayırdı.
Aralıq Kolanlı
Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd, türk mənşəli toponim. == Haqqında == Aralıq Kolanlı kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonun mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aralıx formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilir. Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 676 nəfər, 1886-cı ildə 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1916-cı ildə 772 nəfər, 1919-cu ildə 1118 nəfər yaşamışdır. 1919-cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana deportasiya olunmuşdur.
Aralıq Oxçu
Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayı ilə Pirdavdan (Pircavidan) çayının qovuşduğu yerdə, Oxçu kəndinin yanında yerləşmişdir. Kənd iki çayın (Oxçu və Pirdavdan) çayının arasında salındığı üçün Aralıq Oxçu adlandırılmışdır və «Oxçu çayının arasında yerləşən kənd» deməkdir. Toponimin I tərəfi «iki yerin arası» mənasında işlənən aralıq sözündən,ll tərəfi türk mənşəli oxçu etnonimindən ibarətdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 148 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş, kənd ləğv edilmişdir.
Aralıq baş hərflər
Aralıq baş hərflər ( ing. intercaps ) - sözün ortasında baş hərflər; məsələn, PostScript. Bax: CAMEL NOTATION, PASCAL NOTATION. Şirkətlər öz əmtəə nişanlarında belə qeyri-adi yazılışdan istifadə etdiyəndən, o, orfoqrafik cəhətdən düzgün hesab edilir. Belə qeyri-adi yazılışı heç də hamı qəbul etmək istəmir. Vaxtilə bir şirkət öz adının yeganə düzgün yazılışının “envös” olduğunu iddia edirdi. Buna baxmayaraq, demək olar ki, hamı onun adını Envos kimi çap edirdi. Bu hekayənin mənəvi tərəfi ondadır ki, belə adlardan ticarət markalarında və loqotiplərdə istifadə etmək lazım deyil. Doğrudan da, əgər şirkətin adının yazılışı çox çətindirsə, bu onun aşkar çatışmazlığıdır ¬– jurnalistlər ona, sadəcə, məhəl qoymaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aralıq dil
Aralıq dil (Intermediate language) – insanın proqramı yazdığı ilkin dil (adətən, yüksək səviyyəli dil) və amac dil (adətən, maşın kodu) arasında aralıq addım kimi istifadə olunan proqramlaşdırma dili. Yüksək səviyyəli kompilyatorların bir çoxu assembler dilini aralıq dil kimi istifadə edir. Aralıq dil yeni proqramlaşdırma dillərinin yaradılması müddətini əhəmiyyətli dərəcədə qısaldır və müxtəlif prosessorlar üçün eyni bir kompilyatorlardan istifadəyə imkan verir. Aralıq dil P-CODE, PSEUDOCODE, PSEUDO LANGUAGE, yaxud BYTECODE da adlandırıla bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aralıq dənizi
Aralıq dənizi — şərqdən Asiya, şimaldan Avropa, cənubdan Afrika qitəsi ilə əhatə olunmuş dəniz. Aralıq dənizi qərbdən Cəbəli-Tariq boğazı və Atlantik okeanı ilə, cənub-şərqdən isə Misirdəki Süveyş kanalı və Qırmızı dənizlə birləşir. Aralıq dənizi təxminən 4 milyon km²-lik bir ərazini əhatə edir. Keçmişdəki böyük antik sivilizasiyalar onun hövzəsində formalaşmışdır. == Etimologiya == Türk dilində — Akdeniz; İngilis dilində — Mediterranean Sea. Bu da Latın dilindəki Mediterraneustan (Medi: orta + terra: torpaq, yer) mənasına gəlir. Yunan dilində — Mesogeios. Ərəb dilində — qarşılığı البحر المتوسط (Bahre-l Mutavassit) "ortada olan dəniz" mənasındadır. Fars dilində — Aralıq dənizi üçün istifadə edilən Bahr-e Sefid adı Osmanlı dövrü xəritələrində də görünməkdədir. Romalılarda — Mare Nostrum deyirlər ki, bu da Bizim Dəniz mənasına gəlir.
Aralıq dənizi Dialoqu
Aralıq dənizi Dialoqu — ilk dəfə 1994-cü ildə yaradılmış NATO və Aralıq dənizi hövzəsinin yeddi ölkəsi arasında əməkdaşlıq forumu. Onun məqsədi "bütün regionda yaxşı münasibətlər və daha yaxşı qarşılıqlı anlaşma və etimad yaratmaq, regional təhlükəsizlik və sabitliyi təşviq etmək və NATO-nun siyasət və məqsədlərini aydınlaşdırmaqdır".Dialoq NATO-nun Avropada təhlükəsizliyin Aralıq dənizində təhlükəsizlik və sabitliklə əlaqəli olduğuna dair fikirlərini əks etdirir. Bu, həmçinin Avropa–Aralıq dənizi Tərəfdaşlığını və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Aralıq dənizi Təşəbbüsünü gücləndirir və tamamlayır. == Üzvlər == Aralıq dənizi Dialoqu əvvəlcə beş ölkə ilə fəaliyyətə başlamış, lakin zaman keçdikcə daha iki ölkə əlavə edilmişdir Misir (1995-ci ilin fevralında qoşulmuşdur) Əlcəzair (2000-ci ilin martında qoşulmuşdur) İsrail (1995-ci ilin fevralında qoşulmuşdur) İordaniya (1995-ci ilin noyabrında qoşulmuşdur) Mavritaniya (1995-ci ilin fevralında qoşulmuşdur) Mərakeş (1995-ci ilin fevralında qoşulmuşdur) Tunis (1995-ci ilin fevralında qoşulmuşdur) === Liviya === 2012-ci il Çikaqo Sammitində NATO dövlət başçıları bəyanat yayaraq, Aralıq dənizi dialoqu vasitəsilə Liviyanın NATO tərəfdaşı kimi "xoş gəldin" olduğunu qeyd etdilər. Liviya hələ ki, cavab verməyib. == Fərdi Əməkdaşlıq Proqramı == 16 oktyabr 2006-cı ildə NATO və İsrail Aralıq dənizi dialoqu çərçivəsində ilk Fərdi Əməkdaşlıq Proqramını (ICP) yekunlaşdırdılar və burada İsrail NATO-nun Aktiv Dəniz Əməliyyatına töhfə verəcək. ICP terrorizmlə mübarizə və Aralıq dənizində birgə hərbi təlimlər kimi ümumi maraq doğuran bir çox sahələri əhatə edir. Misir (2007) və İordaniya (2009) ilə daha çox ICP sazişi imzalanıb və NATO gələcəkdə əlavə Aralıq dənizi Dialoquna üzv dövlətlərlə əlavə sazişlərin imzalanacağını gözləyir.
Aralıq dənizi Oyunları
Aralıq dənizi Oyunları (ing. Mediterranean Games) və ya Aralıq dənizi hövzəsi ölkələrinin olimpiadası — adından da məlum olduğu kimi Aralıq dənizi hövzəsi ölkələrinin idmançılarının bir çox idman növündə yarışdığı çox idman növlü tədbir. Aralıq dənizi Oyunları ilk dəfə 1948 Yay Olimpiya Oyunları zamanı Beynəlxalq Olimpiya Komitəsinin o zamankı prezidenti Məhəmməd Tahir Paşanın təklifi ilə müzakirəyə qoyulmuşdur. Aralıq dənizinin hövzəsində yerləşən ölkələr bu təkliflə razılaşdığından Beynəlxalq Aralıq dənizi Oyunları Komitəsi yaradıldı. Mərkəzi Afinada yerləşdirilən bu komitə oyunları dörd ildən bir Aralıq dənizi ölkələrinin həvəskar idmançıları ilə Aralıq dənizi hövzəsində yerləşən şəhərdə keçirməyi qərara aldı. Nəhayət, 1951-ci ildə 5–20 oktyabr tarixlərində Misirin İsgəndəriyyə şəhərində ilk oyunlar təşkil edildi. == Ölkələr == Aralıq Dənizi Oyunlarına hal-hazırda 24 ölkə qatılır: Afrika: Əlcəzair, Mərakeş, Misir, Liviya, Tunis Asiya: Livan, Suriya Avropa: Andorra, Albaniya, Bosniya və Herseqovina, Fransa, Xorvatiya, İspaniya, İtaliya, Kipr Respublikası, Makedoniya, Malta, Monako, Monteneqro, San Marino, Serbiya, Sloveniya, Türkiyə, Yunanıstan == Turnirin arxivi == == Ümumi medal sıralaması (1951–2013) == *1997 və 2001-ci illərdə Yuqoslaviya, 2005-ci ildə isə Serbiya və Monteneqro adı altında iştirak etmişdir.
Aralıq dənizi Oyunlarında voleybol
Aralıq dənizi Oyunlarında voleybol — 1959-cu ildən kişilərin yarışları ilə tətbiq olunur. Qadınların voleybolu isə ilk dəfə 1975-ci ildə Əlcəzair şəhərində təşkil edilən Aralıq dənizi Oyunlarının proqramına salınmışdır. Həm qadınların, həm də kişilərin yarışlarında açıq-aşkar İtaliyanın üstünlüyü var. Onlar ümumilikdə 13 qızıl, 3 gümüş və 3 bürünc medal əldə etmişdirlər.
Aralıq dənizi adaları
Aralıq dənizi adaların siyahısı:
Aralıq dənizi bölgəsi
Aralıq dənizi regionu (türk. Akdeniz Bölgesi) – Türkiyənin yeddi coğrafi regionundan biri. Anadolunun cənubunda Aralıq Dənizi sahili boyu uzanır. Eni 120–180 km arasında dəyişir. Qərb və şimal qərbində Egey Dənizi Bölgəsi, şimalında Daxili Anadolu Bölgəsi, şərqində Cənub-şərqi Anadolu Bölgəsi, cənubunda isə Aralıq Dənizi yerləşir. Cənub-şərqdən Suriya ilə qonşudur. Türkiyənin başqa bölgələrində olduğu kimi Aralıq Dənizi Bölgəsində də region sərhədləri ilə idarəetmə orqanları olan rayonların sərhədləri tamam olaraq üst-üstə düşmür. == Ümumi məlumat == === Ənlər === Karstik Ərazinin ən yaygın olduğu bölgə. Gölün ən çox olduğu bölgə. Bananın yetişdirildiyi tək bölgə.
Aralıq dənizi hövzəsi
Aralıq dənizi hövzəsi — tarixi bölgə, Aralıq dənizində. Sahil ərazilərinin zəbtindən sonra onun sahillərində yaranmış ən qədim sivilizasiyalar (Qədim Misir, Finikiya, Egey mədəniyyəti, Qədim Yunanıstan və s.) arasında Aralıq dənizi boyu sıx qarşılıqlı əlaqə, müharibələr, ticarət və mədəni nailiyyətlərin mübadiləsi aparılmışdır. Roma İmperiyası tərəfindən bütün Aralıq dənizi, Qədim sülhün ən inkişaf etmiş bölgəsinə çevrildi. == Coğrafiyası == Aralıq dənizi iki (üç) qitənin kənarlarını (ölkələrini) - Avrasiya (Avropa və Asiya) və Afrikanı, həmçinin çoxsaylı adaları və arxipelaqları birləşdirir: Siciliya, Sardiniya, Kipr, Krit, Balear adaları və bir çox başqaları. Aralıq dənizi bölgəsinin sahəsi 4 milyon km²-dən çox, Yaxın Asiya yüksək dağları ilə — 5 milyon km²-dən çoxdur. == İqlimi == Aralıq dənizi iqlimi yağışlı qışlar və isti və quraq yaylarla üstünlük təşkil edir. Məxmər mövsümü avqustdan oktyabr ayına qədər gəlir. Əksər Aralıq dənizi ölkələrində insanların gözlənilən ömür uzunluğu planet üzrə orta göstəricidən xeyli yüksəkdir (qadınlar üçün təxminən 85 il, kişilər üçün təxminən 83 il). Bir çox elm adamları uzunömürlülüyün sirrini region sakinlərinin ənənəvi olaraq qırmızı şərab (İslam ölkələri istisna olmaqla), zeytun yağı, digər zeytun məhsulları, təzə göyərti və meyvələrdən (ərik, üzüm, portağal, naringi, şaftalı, tut), dəniz məhsulları, keçi südü. == Etnoqrafiyası == Aralıq dənizi regionunda hind-avropa, semit-hamit, türk və başqa xalqlar yaşayır.

Значение слова в других словарях

выгрыза́ться гонча́рничать манкиро́вка переду́ть позицио́нность приме́рчик второку́рсница дреко́лья подсозна́тельное прока́зничать самохо́д спектрографи́ческий чернопло́дный Митава circumplanetary encamp Lab. oblational Turkman well-known задорный коленчатый любознательность скачками скипидар