RÜŞTÜ

doğru yolla getmə, doğru yolu tapma; inkişaf etmiş.
RÜŞTİYƏ
RZA
OBASTAN VİKİ
Rüştü Paşa
Rüştü Paşa (türk. Rüştü Paşa; 1872, Ərzurum, Ərzurum vilayəti – 13 iyul 1926, İzmir) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1893-cü ildə hərbi məktəbi artilleriya zabiti kimi bitirdi. Balkan müharibələrində iştirak etdi. Birinci Dünya müharibəsində Artilleriya Korpusu komandirliyində və 9-cu Qafqaz bölmə komandirliyində xidmət etdi. Türkiyə İstiqlaliyyət müharibəsində 3-cü Qafqaz Bölmə komandiri vəzifəsini icra etdi. 1921-ci ildə Sakarya meydan döyüşündən sonra general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. İlk öncə 9-cu Qafqaz Bölmə Komandirliyinə və daha sonra isə 9-cu Korpusun Komandirliyinə təyin edilmişdir. Bu vəzifəni icra edərkən 1923-cü ilin avqust ayında Ərzurumun millət vəkili seçildi. Xalq Partiyası parlament qrupunda iştirak etdi.
Rüştü Reçber
Rüştü Rəcbər (10 may 1973) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. == Karyerası == Rüştü Rəcbər 1973-cü il may ayının 10-da Antalyada anadan olub. Antalyaspor FK, Fənərbaxça PFK, Barselona FK klublarının qapıçısı olub. Fənərbaxçanın heyətində ilk oyununa 29 oktyabr 1994-cü ildə Petrolofisi FK klubuna qarşı keçirib. 2002/2003 mövsümünün sonunda İspaniyanın Barselona FK klubuna transfer olunmuşdur. 1 il Barselona FK-nın ehtiyat qapıçısı olduqdan sonra 31 avqust 2004-cü ildə yenidən Fənərbaxça PFK-ya 1 illik icarə verilmişdir. Fənərbaxça PFK tarixində bu klubun heyətində ən çox oyun keçirən qapıçıdır. 110 dəfə Türkiyə milli futbol komandasının, 11 dəfə 21 yaşlılardan ibarət Türkiyə milli futbol komandasının, 1 dəfə isə Türkiyə ordu milli komandasının heyətində çıxış edib. 9 oyunda Türkiyə milli futbol komandasının kapitanı olub.
Rüştü Rəcbər

Fatin Rüştü Zorlu
Fatin Rüştü Zorlu (20 aprel 1910, Konstantinopol – 16 sentyabr 1961, İmralı, Bursa vilayəti) , Türk siyasətçisi və diplomatı. 27 may hadisələrindən sonra Yassıda məhkəmləri keçilirən zaman dönəmin baş naziri Adnan Menderes, maliyyə naziri Həsən Polatkan ilə birgə edam edildi. == Həyatı == Fatin Rüştü Zorlunun babası Rus İbrahim Paşa Osmanlı dövlətinə sığınaraq Əsənkaya- köhnə adıyla Zor kəndinə gəlir və burada kəndin bəylərindən olan Əli Paşanın qızıyla evlənir. Zorlu soyadının mənşəyi də bu kəndin adına söykənir. O, 20 aprel 1910-cu ildə İstanbulda anadan olmuşdur. 1936-cı ildə o illər xarici işlər naziri olan Tövfiq Rüştü Arasın qızı Əməl xanımla ailə həyatı qurur. 1936-cı ildə Sevin adındı bir qızı dünyaya gəlir. == Təhsili və əmək fəaliyyəti == Orta məktəbi Qalatasaray liseyində oxuduqdan sonra Paris Universitetinin siyasi elmlər fakültəsinə daxil olur. Bundan başqa Cenevrə Universitetində hüquq təhsili alır. Təshilini tamamladıqdan sonra Türkiyəyə qayıdaraq 1932-ci ildə Siyasi işlər idarəsində təcrübəçi kimi işə başlayır.
Mehmet Rüştü Tiryaki
Mehmet Rüştü Tiryaki (1971, Diyarbəkir) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı. == Həyatı == Mehmet Rüştü Tiryaki 1971-ci ildə Diyarbəkir ilində anadan olub. Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. 1989-cu ildən Səhiyyə Nazirliyinə tabe olan səhiyyə müəssisələrində çalışıb. Bu müddət ərzində Səhiyyə və Sosial Xidmət İşçiləri İttifaqının (SES) qurucu üzvü olub. İctimai İşçilərin İttifaqı Konfederasiyasında (KESK) hüquq məsləhətçisi, Təhsil və Elm İşçiləri İttifaqında (EĞİTİM SEN) isə hüquqşünas vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində HDP və YSP üzvü olub. 2015-ci ildən HDP-nin Ali Seçim Şurasının nümayəndəsi vəzifəsində çalışır. 2022-ci ilin iyulunda HDP Məclisinin üzvü seçilib. HDP İdarə Heyətinin üzvü və həmsədrin müavini vəzifələrində çalışıb.