Rüştü Rəcbər (10 may 1973[1]) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı.
Rüştü Rəcbər | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
türk. Rüştü Reçber | ||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Tam adı | Rüştü Rəcbər | |||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 10 may 1973[1] (51 yaş) | |||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Türkiyə | |||||||||||||||||||||||||||||||||
Boyu | 186 sm | |||||||||||||||||||||||||||||||||
Çəkisi | 76 kq | |||||||||||||||||||||||||||||||||
Mövqeyi | qapıçı | |||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||
Klub | karyerasını bitirib | |||||||||||||||||||||||||||||||||
Nömrəsi | 1 | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Rüştü Rəcbər 1973-cü il may ayının 10-da Antalyada anadan olub. Antalyaspor FK, Fənərbaxça PFK, Barselona FK klublarının qapıçısı olub.
Fənərbaxçanın heyətində ilk oyununa 29 oktyabr 1994-cü ildə Petrolofisi FK klubuna qarşı keçirib. 2002/2003 mövsümünün sonunda İspaniyanın Barselona FK klubuna transfer olunmuşdur. 1 il Barselona FK-nın ehtiyat qapıçısı olduqdan sonra 31 avqust 2004-cü ildə yenidən Fənərbaxça PFK-ya 1 illik icarə verilmişdir.
Fənərbaxça PFK tarixində bu klubun heyətində ən çox oyun keçirən qapıçıdır. 110 dəfə Türkiyə milli futbol komandasının, 11 dəfə 21 yaşlılardan ibarət Türkiyə milli futbol komandasının, 1 dəfə isə Türkiyə ordu milli komandasının heyətində çıxış edib. 9 oyunda Türkiyə milli futbol komandasının kapitanı olub.
2006/2007 mövsümünün sonunda Beşiktaş FK-ya transfer olunub.