Bürhanəddin Rəbbani
Bürhanəddin Rəbbani (20 sentyabr 1940, Feyzabad, Əfqanıstan krallığı[d] – 20 sentyabr 2011[…], Kabil, Əfqanıstan İslam Respublikası[d]) — Əfqanıstan prezidenti (1992-2001)
Bürhanəddin Rəbbani 20 sentyabr 2011-ci ildə öldürülmüşdür.
== Həyatı ==
Əfqanıstanın sabiq prezidenti, tacik əsilli Bürhanəddin Rəbbanı 1940-cı ildə Əfqanıstanın şimal-şərqindəki Faizabad şəhərində anadan olub .
1963-cü ildən Kabil Universitetində İslam Hüququndan dərs deyib. Daha sonra 1968-ci ildə Misirin Əzhər universitetində islam fəlsəfəsi ixtisası üzrə təhsil alıb.Həmin il Cəmiyyət-i İslam partiyasını rəhbəri olub.
1973-cü ildə şahzadə Davudun devrilməsindən sonra Pakistanın Pişavər şəhərinə köçüb.
1979-1989-cu illərdə Əfqanıstanda rus ordusuna qarşı aparılan döyüşlərdə iştirak edən Rəbbani Əfqan mücahidlərinə başçılıq edib. Tabeçiliyində 20 minə yaxın döyüşçü vardı.
1992-ci ildə Əfqanıstana qayıdaraq, iyunun 28-də Əfqanıstan İslam Dövlətinin müvəqqəti prezidenti olub.
22 dekabr 2001-ci ildə Rabbani rəsmən prezidentlikdən istefa edib.
Əfqanıstanda “Taliban”la müzakirələrə rəhbərlik edən Ali Sülh Şurasının başçısı Rəbbani paytaxt Kabildəki evində 20 sentyabr 2011-ci ildə terror aktı nəticəsində qətlə yetirilib.