Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İmam Rəbbani — əsl adı Əhməd Faruki Sərhəndidir.
1564-cü ildə Hindistanda doğulmuşdur. Ata tərəfindən Ömərin soyuna dayandığı üçün Əl-Faruki ləqəbi ilə tanınır. Əhli Sünnə təsəvvüfünün (təriqət əhli olmaq, qəlbini Allah sevgisinə bağlamaq) böyük simalarından biridir. Təsəvvüfdə Nəqşibəndi şeyxlərindən Məhəmməd Baqi Billah həzrətlərinə intisab (bir yerə bağlanmaq, bir kimsəyə mənsub olma) etdi. Dövrün Hind-Türk hökmdarı Əkbər şah ilə dinin əsasını pozduğu səbəbiylə bəzi mövzularda zidd düşmüş və 1619-cu ildə Guvalyarda bir qalada həbs edilmişdir. Hər cür azğın axınlara qarşı Əhli Sünnə etiqadını dəstəklədiyi üçün "iki min ilin yeniləyicisi" ünvanına layiq görülmüşdür.
Dostları və tələbələrinə yazdığı məktubların bir yerə gətirildiyi "Məktubat" İslam təsəvvüfünün ən əhəmiyyətli qaynaqlarından biridir. İmam Rəbbaninin bəzi sözləri belədir:
"İnsanın əvvəlcə etiqadını düzəltməsi lazımdır. Bu düzəltmə də, Qurani Kərimə, Məhəmməd Peyğəmbərin sözlərinə, hərəkətlərinə, əmrlərinə və camaatın fikirlərinə uyğun olaraq edilməlidir. Əməldə zəifliyin bir bağışlama ümidi vardır, etiqadda zəifliyin əsla bağışlamada yeri yoxdur."
"Məlum olsun ki, iki dünyanın səadətini qazanmaq ancaq Rəsulullaha tabe olmağa bağlıdır. Ona tabe olmaq bu şəkildə olar: İnsanlar arasında İslamın hökmlərini yerinə yetirib icra etmək, küfr adətlərini qaldırmaq, küfr əlamətlərini qaldırıb ləğv etmək."
"Əməl işləməyin zamanı gənclikdir. Ağlı olan bu fürsəti qaçırmaz və fürsəti qənimət bilər. Çünki insan yaşlılıq zamanına qalmaya bilər. Qaldığını fərz edək, hərəkət etməyə müyəssər olmaya bilər. Belə bir hərəkətdə olduğunu fərz edək, bir əməl işləməyə gücü çatmaz. Çünki o zaman zəifliyin və acizliyin üstün gəldiyi zamandır…"
(Məktubatı Rəbbani)