rəqəm-proqram
rəqəmhesablayıcı
OBASTAN VİKİ
Şifr
Şifr (ərəb. صِفْر ‎, ṣifr «Sıfır», oradan fr. chiffre «sifra») — hansısa mətnin ötürülərkən üçün "açar" vasitəsi ilə oxunmaz vəziyyətə çatdırılması sistemi. Ərəb dilindən götürülüb. Sıfır sözü ilə kökdaşdır. Şifrlər diplomatik nümayəndiliklər öz hökumətləri ilə yazışması, silahlı qüvvələrdə öz rabitələri ilə məlumat ötürülərkən və bankların tranzaksiyası zamanı istifadə edilir. Şifr, yəni "sıfır"rəqəmi bir Hind rəqəmidir.Onu Avropaya ilk gətirən alim "Əl–Xarəzmi" olmuşdur. "şifr" tarixə "əs-sifr" yəni sifir olaraq gəlmişdi.
Rəqəm
Rəqəm və ya say — ədədləri yazmaq üçün istifadə edilən xüsusi işarə. == Tarixi == 1202-ci ildə riyaziyyatçı Leonardo Pizano (Leonardo Pisano) ərəb rəqəmlərinin adını çəkir. Hazırda istifadə edilən rəqəmlər Hindistandan gəlib və Avropa xalqları bu rəqəmlərlə ərəblərin sayəsində tanış olmuşlar. İlk dəfə XVI əsrdə yeni nömrələmə geniş şəkildə yayılmağa başlamışdır. Ərəb sistemi olan onluq say sistemi istənilən qədər böyük ədədi yazmağa imkan verir. Məlum olduğu kimi, Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq 1–9 arasında saxladılar, çünki bu rəqəmlər başlanğıc rəqəmləridir, qalan rəqəmləri onlardan düzəltmək mümkündür. İyirmi əsr keçəndən sonra, məşhur Kornelius Aqrippa 1533-cü ildə nəşr etdiyi "Okkult fəlsəfəsi" əsərində həmin rəqəmləri və onların mənasını verdi. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Bloklu şifr
Bloklu şifr-ilkin məlumatın (PLAİNTEXT) müəyyən uzunluqlu bloklara bölündüyü və blok-blok şifrəli mətnə çevrildiyi şifr. Şifrin dayanıqlılığını yüksəltmək üçün tətbiq olunan raund (ROUND) adlı bu çevirmə bir neçə dəfə təkrarlanır. Açıq və şifrlənmiş mətnin ölçüsü eyni olur. Adətən, blokun ölçüsü (BLOCK SİZE) 64 və ya 128 bit olur. Bloklu şifrə örnək olaraq DES, 3DES və AES şifrlərini göstərmək olar. == Tarix == Blok şifrələrinin müasir dizaynı təkrarlanan məhsul şifrəsi konsepsiyasına əsaslanır. Klod Şennon 1949-cu ildə özünün əsas nəşri olan Məxfilik Sistemlərinin Əlaqə Nəzəriyyəsində məhsul şifrələrini təhlil etdi və onları əvəzetmə və dəyişdirmə kimi sadə əməliyyatları birləşdirərək təhlükəsizliyin effektiv şəkildə yaxşılaşdırılması vasitəsi kimi təklif etdi.[6] Təkrarlanan məhsul şifrələri hər biri orijinal açardan əldə edilən fərqli alt açardan istifadə edən çoxlu dövrlərdə şifrələməni həyata keçirir. Horst Feistelin şərəfinə Feistel şəbəkəsi adlandırılan bu cür şifrələrin geniş yayılmış tətbiqi, xüsusilə DES şifrəsində həyata keçirilir. AES kimi blok şifrələrinin bir çox digər realizasiyaları əvəzetmə-yerləşdirmə şəbəkələri kimi təsnif edilir. Ödəniş Kartı Sənayesi Məlumat Təhlükəsizliyi Standartı (PCI DSS) və Amerika Milli Standartlar İnstitutu (ANSI) standartları çərçivəsində istifadə edilən bütün kriptoqrafik blok formatlarının kökü Atalla Qutunun əsas yeniliyi olan Atalla Açar Bloku (AKB) ilə bağlıdır.
1000 (rəqəm)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. == Riyaziyyatda == === Əsas hesablamalarda. === Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == == İnam və etiqadlarda == === Qurani-Kərim === Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən.
2014 (rəqəm)
2014 (iki min on dörd) — say sistemində ədədlərdən biridir. 2013 ədədindən sonra, 2015 ədədindən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === İki min on dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Min (rəqəm)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. == Riyaziyyatda == === Əsas hesablamalarda. === Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == == İnam və etiqadlarda == === Qurani-Kərim === Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən.
Rəqəm generatorları
== Rəqəm və ya rəqəmsal generatorlar == Bu tip generatorlar sabit cərəyan qida mənbəyinin enerjisi hesabına toplanana enerjinin (enerjinin toplanma prosesi kondensator və induktiv doloqlar vasitəsilə yerinə yetirilir) çıxışda azad olması hesabına yaranana qeyri-harmonik rəqslər yaranır ki, belə generatorlara releksasiya heneratorları deyilir. Burada qeyri-harmonik siqnallar (rəqslər) deyərkən xətti dəyişən, düzbucaqlı, eksponensial və başqa xüsusi formaya sahib xüsusi siqnallar nəzərdə tutulur. Multivibrator, təkvibrator, trigger, bloking generatorları releksasiya generatorlarına aid etmək olar. Müvazinətli vəziyyətin saxlama xarakteri düzbucaqlı impuls generatorlarının təsnifat əlamətidir. Müvazinətli vəziyyət uzun müddətli dayanıqlı və kvazidayanıqlı (demək olar ki-nisbətən dayanıqlı) olmaqla iki çür olur. Uzun müddətli dayanıqlı vəziyyət: Bu vəziyyətdə generator öz stabil halını istəlinən ana qədər saxlaya bilər və generatoru xarici təsirin köməyilə bu vəziyyətdən çıxarmaq olar. Kvazidayanıqlı vəziyyət: Bu vəziyyətdə generator öz stabil halını müəəyən sonlu müddət ərzində saxlayır və bu müddət generatorun daxili parametrləri və strukturu ilə müəyyən edilir. Bu tip generatorlarda bir dayanıqlı vəziyyətdən digərinə keçid üçün xarici təsirlər tələb edilmir. Düzbucaqlı impuls generatorları dayanıqlı vəziyyətin xarakterinə görə üç qrupa bölünür. Triggerlər: Belə generatorlar iki uzun müddətli dayanıqlı vəziyyətə sahib olurlar və bistabil düzbucaqlı impuls generatoru adlanırlar.
Rəqəm klaviaturası
Rəqəm klaviaturası (numeric keypad)- klaviaturanın sağ hissəsində olan və ədədləri rahat daxil etmək üçünistifadə oluna bilən əlavə klavişlər bloku. Rəqəm klaviaturası, adətən, kompüter klaviaturalarının əksəriyyətində olur, ancaq ayrıca blok kimi də mövcuddur. Onun tərkibinə rəqəm klavişlərindən savayı toplama, çıxma, vurma, bölmə və hətta ENTER klavişləri də (adətən, klaviaturanın əsas hissəsində olan eyni adlı klavişdən fərqlənən) əlavə olunub. Çox zaman rəqəm klaviaturasının bir çox klavişlərinin ikili təyinatı olur; Num Lock indikatorunu yananda bu klavişlərinin ikili təyinatı olur; Num Lock indikatorunu yananda bu klavişlərdən kursoru hərəkət etdirmək, sənədi aşağı-yuxarı səhifələmək, mətni artırmaq və uzaqlaşdırmaq üçün istifadə etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Analoq-rəqəm çeviricisi
Analoq-rəqəm çeviricisi – analoq (zamana görə fasiləsiz dəyişən) fiziki kəmiyyətləri diskret rəqəmli kəmiyyətlərə çevirən qurğu. Analoq kəmiyyətlər kimi elektrik gərginliyi və cərəyanı, rəqslərin tezliyi, faza sürüşmələri, dönmə bucaqları və s. götürülür. Ədədi kodlar, əsasən, ikilik, ikilik-onluq və ya onluq say sistemləri ilə verilir. Ümumi halda analoq-rəqəm çevrilməsi prosesi kvantlaşdırma (fasiləsiz verilənlərin zaman, səviyyə və ya hər iki parametr üzrə eyni anda diskretləşdirilməsi) və kodlaşdırmadan ibarətdir. Kvantlaşdırma zamanı fasiləsiz kəmiyyət müəyyən qanunla seçilmiş və ümumilikdə ilkin kəmiyyəti (əvvəlcədən təyin edilmiş səhvlə) əks etdirən ani qiymətlərdən ibarət ardıcıllığa çevrilir. Kodlaşdırma zamanı kvantlaşdırma prosesində seçilmiş ilkin kəmiyyətin ani qiymətləri ölçülür və nəticələr ədədi kodlar şəklində qeyd edilir. Müasir Analoq-rəqəm çeviricisində kvantlaşma və kodlaşma prosesləri analoq və inteqral sxemlərin, mikroprosessorların və s. köməyilə yerinə yetirilir. Analoq-rəqəm çeviricisi verilənlərin ötürülməsi sistemlərində, informasiya-ölçmə sistemlərində, avtomatik idarəetmə qurğularında və s.