Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu tip generatorlar sabit cərəyan qida mənbəyinin enerjisi hesabına toplanana enerjinin (enerjinin toplanma prosesi kondensator və induktiv doloqlar vasitəsilə yerinə yetirilir) çıxışda azad olması hesabına yaranana qeyri-harmonik rəqslər yaranır ki, belə generatorlara releksasiya heneratorları deyilir. Burada qeyri-harmonik siqnallar (rəqslər) deyərkən xətti dəyişən, düzbucaqlı, eksponensial və başqa xüsusi formaya sahib xüsusi siqnallar nəzərdə tutulur. Multivibrator, təkvibrator, trigger, bloking generatorları releksasiya generatorlarına aid etmək olar. Müvazinətli vəziyyətin saxlama xarakteri düzbucaqlı impuls generatorlarının təsnifat əlamətidir. Müvazinətli vəziyyət uzun müddətli dayanıqlı və kvazidayanıqlı (demək olar ki-nisbətən dayanıqlı) olmaqla iki çür olur.
Düzbucaqlı impuls generatorları dayanıqlı vəziyyətin xarakterinə görə üç qrupa bölünür.
Generatorlar inteqral sxemlər, diskret cihazlar (tranzistorlar), məntiq elementləri və əməliyyat gücləndiriciləri üzərində qurulur. Günümüz mikroelektronika əsri olduğu üçün əsasən tək bir mikrosxemə inteqrasiya edilmiş məntiq elementləri üzərində qurulur. Bu tip generatorlara rəqəmsal generatorların əsas üstün cəhəti stabil iş rejimi, təhriflərə qarşə stabillik, tezliyin avtomatik köklənməsi və s. onun tətbiq sahəsini genişləndirmişdir.