saatqabı
saatlıq
OBASTAN VİKİ
Saatlı
Saatlı — Azərbaycan Respublikasında şəhər. Saatlı rayonunun inzibati mərkəzi. Araz çayının sağ sahilində yerləşir. == Tarixi == Saatlı kəndi Bakı quberniyasının Cavad qəzasına aid idi. 25 may 1943-cü il tarixli Fərmanla Sabirabad rayonundan mərkəzi Saatlı olan yeni rayon ayrılmışdır. Saatlı kəndi 24 sentyabr 1947-ci ildə şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmişdir. 1971-ci ildə şəhər statusu almışdır. == Əhali == "Qafqaz təqvimi "nin məlumatına görə, 1910 — cu ildə Bakı quberniyasının Cavad qəzasının Saatlı kəndində 1908-ci ildə 307 nəfər, 1912-ci ildə isə 323 nəfər yaşayırdı. "Qafqaz təqvimi" nin məlumatına görə, Saatlı əhalisinin sayı 1915-ci ilə qədər 235 nəfərə düşüb. Əhalisi azərbaycanlılardan ibarətdir.
Abbasbəyli (Saatlı)
Abbasbəyli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Azadkənd (Saatlı)
Azadkənd — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1853 nəfərdir. == Toponimikası == Azadkənd oyk., mür. Saatlı rayonunun eyniadlı i.ə.v.-də kənd. Muğan düzündədir. Keçmiş adı 5 Dekabr (Konstitusiya gününə işarədir) olmuş, 1937-ci ildə Sabirabad rayonunun Həşimxanlı kəndindən gəlmiş ailələr tərəfindən salınmışdır.
Ağaməmmədli (Saatlı)
Ağaməmmədli— Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Balakənd (Saatlı)
Balakənd — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Bəylik (Saatlı)
Bəylik — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 953 nəfərdir. == Toponimikası == Bəylik oyk., düz. Saatlı rayonunda kənd. Muğan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndin əhalisi keçmişdə bəy rəiyyəti olduğu üçün kənd belə adlanır. Bəy (titul) və -lik (mənsubiyyət bildirən şək.) komponentlərindən ibarət olan bu oykonim "bəyə məxsus kənd" mənasındadır.
Bəylər (Saatlı)
Bəylər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Əlisoltanlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bəylər kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Bəylər kəndi Əlisoltanlı kənd inzibati dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bəylər kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 1604 nəfərdir. == Din == Kənddə Bəylər kənd məscidi dini icması fəaliyyət göstərir.
Dəlilər (Saatlı)
Dəllər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 952-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Dəllər kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dəllər kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Talış Əlimirzəbəyli olmuşdur. == Əhalisi == Əhalisinin sayı 1935 nəfərdir.
Gomuşçu (Saatlı)
Gomuşçu — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 954 nəfərdir. == Toponimikası == Gomuşçu oyk, sadə. Saatlı rayonunun Varxan inzibati ərazi vahidində kənd. Muğan düzündədir.
Günəşli (Saatlı)
Günəşli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Fətəlikənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Günəşli adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Heydərabad (Saatlı)
Heydərabad (əvvəlki adı: Qolovinovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Dədə Qorqud kənd inzibati-ərazi vahidi tərkibindəki Qolovinovka kəndi Heydərabad kəndi adlandırılmışdır. == Əhalisi == Əhalisinin sayı 783 nəfərdir.
Kamallı (Saatlı)
Kamallı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1107 nəfərdir.[mənbə göstərin] == Toponimikası == Saatlı r-nunun Hacıqasımlı i.ə.v.-də kənd. Araz çayı sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kamal adlı şəxs qoyduğundan kənd onun adını daşıyır. Güman etmək olar ki, bu kəndlər ya Dərələyəz mahalında vaxtilə mövcud olmuş Kamal kəndindən köçüb gəlmiş ailələrin gətirdiyi adla, ya da kamallı nəslinin adı ilə adlandırılmışdır. Keçən əsrdə Tatarıstan ərazisində də Kamallı adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Türk dillərində kamal sözü "qala", "səngər", "axın" mənalarında işlənir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Qaracalar (Saatlı)
Qaracalar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1033 nəfərdir. == Toponimikası == Qaracalar oykonimi qılıclı tayfasının qaracalar tirəsinin adı ilə bağlıdır. Qılıclı/qılınclı tayfası keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Hal-hazırda Azərbaycan Respublikasının müxtəlif rayonlarında Qılıclı adlı obyektlər vardır. == Coğrafiyası və iqlimi == Saatlı rayonunun Varxan kəndinin inzibati ərazi vahidində yerləşir. Araz çayının sahilində, Muğan düzündədir. Qaracalar kəndinin iqlimi əsasən mülayim-isti iqlim tipidir. Yayı isti, qışı isə mülayimdir. == İqtisadiyyatı == Kənddə əsasən pambıq, taxıl, arpa, şəkər çuğunduru, yonca və s.
Qaralar (Saatlı)
Qaralar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Varxan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaralar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi təxminən 4000-4500 nəfərdir.
Qarağan Saatlı
Qarağan Saatlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Qıraqlı (Saatlı)
Qıraqlı (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun mövcud Leninkənd kəndi iki hissəyə ayrılaraq Qıraqlı və Mustafabəyli kəndləri adlandırılmaqla rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Kənd sovetinin mərkəzi Qıraqlı kəndinə keçirilmişdir. == Əhalisi == Əhalisinin sayı 3622 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisi əsasən pambıqçılıqla məşğul olurlar.
Saatlı (Bərdə)
Saatlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == === Tanınmış şəxsləri === Mirzə Quliyev — Azərbaycanın Milli Qəhrəmanı.
Seyidlər (Saatlı)
Seyidlər (əvvəlki adı: Seyidoba) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Qaracalar kənd Sovetinin mövcud Seyidoba kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 18 dekabr 2007-ci il tarixli, 513-IIIQ saylı Qərarı ilə Saatlı rayonunun Seyidoba kənd inzibati ərazi dairəsi tərkibindəki Seyidoba kəndi Seyidlər kəndi adlandırılmış, Seyidoba kənd inzibati ərazi dairəsi Seyidlər kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisinin sayı 1133 nəfərdir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Saatlı (Urmiya)
Saatlı (fars. ‎‎ساعتلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (29 ailə).
Saatlı (dəqiqləşdirmə)
Saatlı — Saatlı rayonunun inzibati mərkəzi. Saatlı rayonu — Azərbaycan Respublikasında rayon. Saatlı (Bərdə) — Bərdə rayonunda kənd. Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Saatlı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Saatlı bələdiyyələri
Saatlı bələdiyyələri — Saatlı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Saatlı bələdiyyəsi
Saatlı bələdiyyələri — Saatlı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Saatlı məhəlləsi
Saatlı məhəlləsi — Şuşa şəhərinin 17 məhəlləsindən biri. == Haqqında == Saatlı məhəlləsi dik yamac üzərində inşa olunmuşdur. Məhəllə dik yamac üzərində inşa olunmuşdur. Məhəllənin əsas küçə yolundan sol və sağ istiqamətləri daşla döşənmiş dar yollar burularaq bir-birini tamamlayır. Məhəllə məscidinin qarşısında kiçik meydan var. Məhəllədə yaşayış binalarının hamısı bir və iki mərtəbəlidir. Məhəllə meydanın aşağı hissəsində hamar ağ saf daşla tikilmiş şirin su bulağı var. Bulaq 1873-cü ildə xan qızı Xurşidbanu Natəvanın Şuşa qalasına çəkdirdiyi su kəmərinin suyu ilə təchiz olunurdu. Bütün məhəllə bulaqları həmin su ilə təmin olunurdu. Məhəllənin əhalisi İyirmidörd mahalı Saatlı kəndindən, eləcə də Keştazlı obasının əhalisindən təşkil olunmuşdu.
Saatlı məscidi
Saatlı məscidi — Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən tarixi məsciddir. Məcid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında Pənah Əli xanın 1759-cu ildə Şuşada tikdirdiyi məscid və mədrəsənin yerində tikilib. Abidə memarın son əsərlərindən biri hesab edilir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır. == Tarixi == Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda cümə məscidi və Bərdə imamzadə türbəsinin müəllifi olan Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilmişdir. Bu haqqda məlumat məscidin əsas fasadında yerləşdirilmiş inşaat kitabəsində verilir. Məscidin inşa ediliyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olmuşdur. 1980-ci illərdə məsciddə restavrasiya işləri aparılmışdır. Məscidin interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən bol istifadə olunmuşdurŞuşanın işğalından sonra məscid xarabalığa çevirilmiş, onun zəngin interyerləri tamamilə, minarəsi isə qismən dağıdılmışdır.
100 saatlıq müharibə
Futbol müharibəsi və ya 100 saatlıq müharibə — 1969-cu ildə Salvador və Honduras arasında baş verib və 5 gün davam edib. Müharibənin səbəbi iki ölkə arasındakı siyasi konfliktlər və immiqrasiya problemləri ilə bağlı idi. Konflikt 1970-ci ildə FİFA Dünya Kubokunun Şimali Amerika ikinci seçmə mərhələsi zamanı başlamışdı. 1969-cu ildə futbol üzrə dünya çempionatının seçmə mərhələsində pley-off zamanı Hondurasın Salvador tərəfindən məğlub edilməsi iki ölkə arasında 6 günlük müharibəyə səbəb olmuşdu. İki ölkə arasında miqrasiya və siyasi konfliktlərin olması müharibənin əsas səbəbi olsa da, Honduras kimi güclü heyətin tarixində ilk dəfə dünya çempionatına çıxacaq Salvadora uduzması vəziyyəti daha da qızışdırdı. El-Salvador ordusu 1969-cu ilin iyulun 14-də Honduras üzərinə hücuma keçib. Digər Amerika dövlətlərinin - Amerika Dövlətləri Təşkilatının səyi ilə iyulun 20-də iki ölkə arasında sülhün bərqərar olmasına nail olunub.
62 saylı Saatlı seçki dairəsi
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi
Dədə Qorqud (Saatlı)
Dədə Qorqud (əvvəlki adı: Bayramovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Bayramovka kənd inzibati-ərazi vahidi tərkibindəki Bayramovka kəndi Dədə Qorqud kəndi, Bayramovka kənd inzibati-ərazi vahidi Dədə Qorqud kənd-inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Əhalisinin sayı 2348 nəfərdir.
Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi
Saatlı-i Bəylər (Urmiya)
Saatlı-i Bəylər (fars. ساعتلوي بيگلر‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 675 nəfər yaşayır (196 ailə).