Saatlı məhəlləsi — Şuşa şəhərinin 17 məhəlləsindən biri.
Saatlı məhəlləsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Aidiyyatı | Şuşa Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XVIII əsrin sonu-XIX əsrin əvvəlləri |
Saatlı məhəlləsi dik yamac üzərində inşa olunmuşdur. Məhəllə dik yamac üzərində inşa olunmuşdur. Məhəllənin əsas küçə yolundan sol və sağ istiqamətləri daşla döşənmiş dar yollar burularaq bir-birini tamamlayır. Məhəllə məscidinin qarşısında kiçik meydan var. Məhəllədə yaşayış binalarının hamısı bir və iki mərtəbəlidir. Məhəllə meydanın aşağı hissəsində hamar ağ saf daşla tikilmiş şirin su bulağı var.[1] Bulaq 1873-cü ildə xan qızı Xurşidbanu Natəvanın Şuşa qalasına çəkdirdiyi su kəmərinin suyu ilə təchiz olunurdu. Bütün məhəllə bulaqları həmin su ilə təmin olunurdu. Məhəllənin əhalisi İyirmidörd mahalı Saatlı kəndindən, eləcə də Keştazlı obasının əhalisindən təşkil olunmuşdu. Saatlı məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb.[1][2] Şuşa məhəllələrindən Köçərli məhəlləsi Saatlı məhəlləsində sol tərəfdə dik yamac üzərində yerləşir.[1] Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq hamam və daha aşağı hissədə körpü və meydança var idi. Məhəllə körpüsünə "Şahlıq körpüsü " deyilirdi. XX əsrin 40-cı illərində körpü sökülmüş və meydan bir qədər genişləndirilmişdir. Məhəllənin yaşayış binaları bir-birindən fərqlənirdi. Bu sosial bərabərsizliklə əlaqədar idi. Məhəllədə 6-a qədər iki mərtəbəli yaşayış binası və qalan binalar bir mərtəbəlidir.[3] XIX əsrdə Saatlı məhəlləsində məscid, mədrəsə və hamam vardı. Saatlı məhəlləsinin ən məşhur məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilmiş, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmış Saatlı məscididir.[4] Qarabağ xanlığının baş vəziri, şair Molla Pənah Vaqif bu məhəllədə yaşamışdı. Mədrəsədə dərs demişdi.[5] Saatlı məhəlləsindəki məscid keçmiş realnı məktəbinin binası, qala divarlarının bir hissəsi. "Şirin su" hamamı qazılıb üzə çıxarılaraq bərpa olunmuşdur.[6]Saatlı məhəlləsinin adı Saatlı tayfasının adından götürülmüşdü. Bu tayfadan olan on yeddi ailə bura şair Molla Pənah Vaqiflə birlikdə köçmüşdü. Burada o, məktəb açıb, dərs demişdi.[7]
Şəhərin qədim məhəllələrindən olan "Saatlı"nın ilk sakinləri türkdilli Saatlı tayfasından olub. Əvvəllər saatlılar Arpaçayın aşağı axarı və Arazın sağ sahillərində yaşayıb, XV əsrin 30-cu illərində ayrımlarla qarışaraq Qazax zonasında kök salıblar. 1795–1797-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumları ilə əlaqədar olaraq onların bir hissəsi Qarabağa köçüb, bir çox yerlərdə, o cümlədən Şuşa şəhərində də məskunlaşıblar. Yaşadıqları məhəllə isə öz adları ilə "Saatlı" adlandırılıb.[8][9]Qarabağın daha bir görkəmli xanı İbrahimxəlil xanın hakimiyyəti dövründə Şuşanın 8 kiçik məhəllədən (Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə) ibarət olan ikinci böyük məhəlləsi — Yuxarı məhəllə formalaşır. Və daha sonrakı illərdə də Şuşa şəhərinin formalaşması davam edir. Şəhərdəki bütün məhəllələrin adları bu şəhəri yaradan, orada yaşayan və buranın əsl sahibləri olan Azərbaycan türklərinə məxsus idi. Saatlı məhəlləsinin adı Saatlı tayfasının adından götürülmüşdü. Bu tayfadan olan on yeddi ailə bura şair Molla Pənah Vaqiflə birlikdə köçmüşdü. Burada o, məktəb açıb, dərs demişdi.[10][11]
Saatlı Şuşa şəhəri məhəllələrindən birinin adı. Məhəllədə Qaraxanbəyli nəsli də yaşayırdı. XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasında (indi Dmanisi rayonunda) Saatlı, İrəvan əyalətində Saatlı (üç kəndin adı) və indi Azərbaycanın Saatlı rayonun adları ilə mənşəcə eynidir. Saatlı orta əsrlərdə Azərbaycanlı ellərindən birinin adıdır. Orta əsrlərdə həm də indiki Ermənistanı əhatə etmiş Qaraqoyunlu dövlətinin Çuxursəəd (Ağrı) əyalətinin əmiri Saadın adı ilə bağlı bu tayfa Arpa çayının aşağı axarı və Arazın sol sahili Çuxur-Saad adlanmış bölgəsində türk ellərini ümumi adı idi. Həmin ellər əmir Saada məxsus idi. 1431-ci ildə Qaraqoyunlu hökmdarı İsgəndər Saadlıların hökmranlğına son qoyduqdan sonra elin bir hissəsi İrəvan əyalətinə, oradan da Qazax-Borçalı bölgəsinə və sonra Azərbaycanın Qarabağ və Şirvan əyalətlərinə səpələnmişdir.[12]