Saatlı

Bu məqalə Saatlı şəhəri haqqındadır. Saatlı rayonu üçün Saatlı rayonu səhifəsinə baxın.

SaatlıAzərbaycan Respublikasında şəhər. Saatlı rayonunun inzibati mərkəzi. Araz çayının sağ sahilində yerləşir.[2]

Şəhər
Saatlı
39°55′52″ şm. e. 48°22′11″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü −9 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 17.900 nəf. (2012)
Digər
saatli-ih.gov.az
Xəritəni göstər/gizlə
Saatlı xəritədə
Saatlı
Saatlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Saatlı" adının mənşəyi Səədli oymağından gəlir,bu oymağın daşıdığı bu ad Qaraqoyunlu boy bəyindən almışdır. Əvvəllər saatlılar Arpaçayın aşağı axarı və Arazın sağ sahillərində yaşayıb, XV əsrin 30-cu illərində ayrımlarla qarışaraq Qazax-Borçalı zonasında kök salıblar. Bu boy/tayfa Qaraqoyunlu dövləti dağıldıqdan sonra İrəvan ətrafına,sonra Borçalı ərazisinə,[3] 1759-cu ildə feodal münaqişələrinə görə bölünərək Gəncəyə və Qarabağ xanlığına (Cavanşir mahalıŞuşa şəhəri) köçmüşdür.[4][5][6]

Şuşa şəhərində yaşadıqları məhəllə isə öz adları ilə "Saatlı" (Saatlı məhəlləsi) adlandırılıb.[7]

Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ilə əlaqədar Qarabağ xanı İbrahimxəlil xan bu tayfanı müvəqqəti olaraq Şirvan xanlığı ərazisinə köçürmüşdür. İndiki Saatlı rayonunun ərazisi Şirvan xanlığına aid Muğan mahalının bir hissəsi idi.[8]

İndiki Saatlı şəhəri ilk olaraq oba (köçəri icma) olaraq xarakterizə edilmişdir.[9][10] Ümumi Azərbaycanda tayfalar/oymaqlar oturaq həyat tərzinə keçdiyindən sonra Saatlı kəndə çevrilmişdir.

Səədli/Saatlı oymağının yayılma arealı

Saatlı kəndi Bakı quberniyasının Cavad qəzasına aid idi. 25 may 1943-cü il tarixli Fərmanla Sabirabad rayonundan mərkəzi Saatlı olan yeni rayon ayrılmışdır. Saatlı kəndi 24 sentyabr 1947-ci ildə şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmişdir. 1971-ci ildə şəhər statusu almışdır.[11]

"Qafqaz təqvimi "nin məlumatına görə, 1910 — cu ildə Bakı quberniyasının Cavad qəzasının Saatlı kəndində 1908-ci ildə 307 nəfər, 1912-ci ildə isə 323 nəfər yaşayırdı. "Qafqaz təqvimi" nin məlumatına görə, Saatlı əhalisinin sayı 1915-ci ilə qədər 235 nəfərə düşüb. Əhalisi azərbaycanlılardan ibarətdir.

İl Sayı
1959 5.936 [12]
1970 6.588 [13]
İl Sayı
1979 10.986 [14]
1989 14.200 [15]
İl Sayı
2012 17.900
  1. 1 2 GEOnet Names Server. 2018.
  2. Saatlı Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine Böyük Sovet Ensiklopediyası
  3. Çingizoğlu, Ə. Şuşa şəhəri (1750–1850) / Ənvər Çingizoğlu; red. V.Quliyev. – Bakı: Şuşa, 2009. – 247, [1] s.
  4. "Çingiz Qacar, Köhnə Şuşa, 2019" (PDF). www.ebooks.az. 2022-06-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyun 2022.
  5. Müəllif: Çingiz Qacar. Şərq-Qərb nəşriyyatı. 2019-cu il. 344 səh.
  6. Qarabağ – irsimizin əbədi yaddaşı / [ideya və ön sözün müəl. Ə.Qarayev; red. və sözardının müəl. T. Vəliyev; fotolar. H. Hüseynzadə və b.]; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi. – Bakı: [s.n.], 2008. – 379, [5] s
  7. "Şuşa məhələlləri". azertag.az. 21 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 apr 2022.
  8. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Дәрмирлигышлаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.
  9. ARDTA, Камеральное описание селений Муганского участка, Ленкоранского уезда за 1850г. ,Φ. 10 Оп. 1, Док. 29
  10. Rəzzaq Xansuvar, Ağaəli Varsaman. LƏNKƏRAN QƏZASININ (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Sabirabad, Saatlı, İmişli) KAMERAL TƏSVİRİ, 1849-CU İL., 2024. səh. 837
  11. Azərbaycan SSR-in qanunları və Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fərmanları toplusu: 1938-1966
  12. SSRİ əhalisinin siyahıya alınması (1959).
  13. SSRİ əhalisinin siyahıya alınması (1970).
  14. SSRİ əhalisinin siyahıya alınması (1979).
  15. SSRİ əhalisinin siyahıya alınması (1989).