SARUXAN

baş xan, böyük xan, xanlarxanı (Sar-şahinlər sinfinə mənsub olan, suda, quruda və dağ zirvələrində yaşayan yırtıcı quşdur. Qədim türklərdə totem və etnonim olan bu söz "dünya, kainat" mənasında olan "Sarı-Günəş" ilə əlaqədardır).
SARRAC
SARVAN
OBASTAN VİKİ
Saruxan bəy
Saruxan bəy (XIII əsr – 1346) — Qərbi Anaodoluda mərkəzi Manisa olan Saruxanoğulları bəyliyinin qurucusu, xarəzmli türkman bəyidir. == Həyatı == Atası Albaqu bəy, onun atası da Saruxandır. Bilinən qardaşları Çoğa bəy və Əli paşadır. Saruxan bəyin Səlcuqluların uc bəylərindən və ya tabeliyindəki şəxslərdən biri olduğu düşünülür. Manisanı 3 illik mühasirədən sonra Bizanslılardan almışdır. Manisadakı Saruxan Baba Türbəsi olaraq da bilinən Saruxan bəy türbəsində dəfn olunmuşdur. Dəqiq doğum tarixi bilinmir. 1300-cü ildə anadan olduğu təxmin edilir. 1345-1346-cı illərdə vəfat etmişdir. == Fəaliyyəti == === Manisanın ələ keçirilməsi === Bu proses barədə mənbələrdə yetəri qədər məlumat yoxdur.