Saruxan bəy

Saruxan bəy (XIII əsr1346) — Qərbi Anaodoluda mərkəzi Manisa olan Saruxanoğulları bəyliyinin qurucusu, xarəzmli türkman bəyidir.[1]

Saruxan bəy
Doğum tarixi XIII əsr
Vəfat tarixi 1346
Üzərinə Saruxan ibn Alpağı həkk edilən sikkə. Anadoludan aşkarlanmışdır. Sikkə Neopol kralı I Robertin sikkəsinin əsasında hazırlanmışdır.

Atası Albaqu bəy, onun atası da Saruxandır. Bilinən qardaşları Çoğa bəy və Əli paşadır. Saruxan bəyin Səlcuqluların uc bəylərindən və ya tabeliyindəki şəxslərdən biri olduğu düşünülür. Manisanı 3 illik mühasirədən sonra Bizanslılardan almışdır. Manisadakı Saruxan Baba Türbəsi olaraq da bilinən Saruxan bəy türbəsində dəfn olunmuşdur.

Dəqiq doğum tarixi bilinmir. 1300-cü ildə anadan olduğu təxmin edilir. 1345-1346-cı illərdə vəfat etmişdir.

Manisanın ələ keçirilməsi

[redaktə | mənbəni redaktə et]

Bu proses barədə mənbələrdə yetəri qədər məlumat yoxdur. Lakin bəzi rəvayətlər dövrümüzə qədər gəlib çatmışdır. Rəvayətə görə, Saruxan Manisaya şərqdən hücum etmişdir. Döyüşçülərini isə çox göstərmək üçün keçilərin buynuzunda şam yandırmışdır ki, onlar çox görünsünlər. Döyüşün baş verdiyi yer kimisə müasir Kırtık adlanan yerdir. Bunun “düşməni qırdıq” sözündən gəldiyini düşünülür. Burada əvvəllər kənd yerləşsə də, hal-hazırda Kırtık məzarlığı vardır. Rəvayətə görə, döyüş səhərə qədər davam etmiş və səhərə yaxın türklər bizanslıları məğlub etmişdir. Xalq arasında Manisanın fəthi bayram olaraq qeyd edilsə də, bu adət tədricən unudulmuşdur.

Manisanın fəthi 1313-cü ildə baş vermişdir.

Manisa ələ keçirildikdən sonra onun adı ələ keçirdiyi torpaqlara verilmişdir və o, tədricən müstəqil hökmdara çevrilmiş, torpaqlarını oğullarına ötürmüşdür.[2] 1336-cı ildə Bizans imperatoru Gənc Andronikus ilə ittifaq qurmuş və onu Mitilen və Fokaeya mühasirələrində Genuyaya qarşı müdafiə etmişdir.[3] 1341-ci ildə Saruxan bəy donanma ilə Konstantinopola hücum etsə də, uğur qazana bilməmiş, elə həmin ildə müasir Çanaqqala ətraflarında məğlub olmuşdur.[3]

İbn Bəttutə ilə qarşılaşması

[redaktə | mənbəni redaktə et]

Manisanı ziyarət edən İbn Bətutə Saruxan barədə bunları yazmışdır: Şəhərin hökmdarı Saruxan adında biridir. Bura gəldiyimizdə onu bir neçə ay öncə ölmüş oğlunun türbəsində tapdıq. Bayram gecəsi ilə sabahı ata və anası bu türbədə keçirmişdi. Uşağın cəsədi yuyulub hazırlanmış, qalaylı, dəmir qablı taxta tabut içinə qoyulmuş və cəsəddən çıxan qoxunun itib batması üçün tavanı açıq bir qübbəyə asılmışdı. Bir müddət sonra tavan hörüləcək, tabut endiriləcək, üstünə də ölünün paltarları örtüləcəkdi. Bir çox hökmdar üçün belə edildiyinin əvvəllər də şahidi olmuşdum.

Qeyd olunan bu məlumatdan aydın olur ki, bu dövrdə də türklər islamı qəbul etmələrinə baxmayaraq, hələ də Tanrıçılığın müəyyən təsirində olmuşdurlar. İbn Bəttutənin belə bir dəfni əvəvllər də gördüyün qeyd etməsi, bunun təkcə Manisada yox, digər türklər arasında da yayılmış olduğuna işarə edir.

Saruxxan bəyin tidkirdiyi bilinən yeganə memarlıq nümunəsi bu gün Saruxan bəy məscidi olaraq bilinən məsciddir. Məscid Manisa qalasının içində yerləşir və Qala məscidi olaraq da bilinir.

  1. Clifford Edmund Bosworth, The new Islamic dynasties: a chronological and genealogical manual (Edinburgh: University Press, 2004), p.220
  2. A History of the Ottoman Empire to 1730, edited by M.A. Cook (Cambridge: University Press, 1976), p.16
  3. 1 2 Samuel Jacob, History of the Ottoman Empire, (London, 1854), p.308