SAÇILMAQ

f. Dağılmaq, yayılmaq, səpələnmək, ətrafı bürümək.
Göy səmti açıldıqca könüllər də açıldı; Dünya üzünə zövq, səfa endi, saçıldı. A.Səhhət.
Güllərin ətri otların iyinə qarışıb ətrafa saçılmaqda idi. T.Ş.Simurq.
Yamaclarda boynubükük bənövşələrin ətri saçılır, qönçələrə, düymələrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə.

SAÇILMA
SAÇQIRAN

Digər lüğətlərdə