Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miskinli
Miskinli — Təxəllüs. Miskinli Vəli — Azərbaycan aşığı. Fəzail Miskinli — Azərbaycan aşığı. Miskinli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd (əvvəlki adı "Rüstəm Əliyev"). Miskinli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Çirkinli
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.
Fəzail Miskinli
Fəzail Cəfər oğlu Orucov (12 mart 1976, Çaldaş, Gədəbəy rayonu) — Azərbaycan aşığı; sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent; Azərbaycan Aşıqlar Birliyinin və Yunus Emre kültür mərkəzinin (2000) üzvü. Fəzail Orucov 12 mart 1976-cı ildə Gədəbəy rayonunun Çaldaş kəndində qulluqçu ailəsində doğulmuşdur. 1984-cü ildə Gədəbəy rayonunda keçirilən "Gədəbəyin yazı – aşığın sazı" adlı müsabiqənin laureatı olmuşdur. 1993-cü ildə orta məktəbi bitirib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii yaradıcılıq fakültəsinin teatr-rejissorluğu ixtisasına daxil olmuşdur. 1997-ci ildə universitetin bakalavr pilləsini bitirib, teatrşünaslıq ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 1999-cu ildə magistraturanı bitirib, teatrşünaslıq ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. 2000-ci ildən etibarən Yunus Emre kültür mərkəzinin üzvüdür. Xarici ölkələrdə Almaniyada, Fransada, İspaniyada, Malayziyada, Özbəkistanda, İranda, Çində, Qazaxıstanda, Macarıstanda, Maltada, Belarusiyada, Qırğızıstanda, Rusiyada, Bosniyada, Azərbaycan aşıq musiqisini təmsil etmişdir. 1999-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Eyni zamanda AMEA Folklor İnstitutunda laborant, elmi işçi vəzifələrində çalışmışdır.
Miskinli (Gədəbəy)
Miskinli (əvvəlki adı: Rüstəm Əliyev) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindəki Rüstəm Əliyev kəndi Miskinli kəndi adlandırılmış və Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi Miskinli kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Miskinli kəndinin əsl və tarixi adı Qarabulaq və ya Böyük Qarabulaq olmuşdur. Miskinli çuxuru adlanan coğrafi ərazinin ən böyük yaşayış sahəsidir. Kəndin ərazisi tarixi abidələrlə, xüsusilə də qəbir abidələri ilə zəngindir. Son tunc dövrünü əhatə edən Xocalı-Gədəbəy mədəniyyəti bu ərazilər üçün də xarakterikdir. Kəndin cənub-qərb hissəsini əhatə edən yüksəklikdə yerli əhali tərəfindən Koroğlu qalası adlandırılan müdafiə tikilisi vardır. Kənd dağlıq ərazidə, orta və yüksək hündürlüklü lələkvari dağlar arasında yerləşir. İqlimi mülayim soyuq və mülayim isti xarakterlidir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2140 nəfər əhali yaşayır.
Miskinli (Şəmkir)
Miskinli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 352 nəfərdir ki, onunda 197 nəfəri kişi, 155 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Miskinli Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Miskinli bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çirkinli (Miyanə)
Çirkinli (fars. چركينلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 494 nəfər yaşayır (117 ailə).
Çirkinli (Tovuz)
Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. 1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə) kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir. Bədəlov Oqtay Ələddin oğlu (1984–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çirkinli (dəqiqləşdirmə)
Çirkinli — Tovuz rayonunun inzibati ərazi vahidindəki Çeşməli kəndinin tarixi adı. Quzeyçirkin — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çirkinli düşən — Kəlbəcər rayonunun Xoləzəy Alxaslı kəndində bir yer adı. Çirkinli (Miyanə) — Şərqi Azərbaycan ostanındakı Miyanə şəhristanının Mərkəzi bəxşinin Gərmə-i Cənubi dehistanında yerləşən kənd.
Çirkinli (Çeşməli)
Çiştilik
Çiştiyyə-sufi yönümlü islam təriqəti Muinüddin Həsən Çişti (v.633/1236) tərəfindən qurulmuşdur. Muinüddin Çişti, Sicistanda anadan olmuşdur. Muinüddin, Buxara və Səmərqənd mədrəsələrində təhsil aldıqdan sonra Bəlx, Bağdad kimi şəhərlərə səyahət etdi. O şəhərlərdə dövrüntanınmış şeyxləri Əbdülqadir Gilani, Əbün-Nəcib əs-Sührəverdi və Nəcməddin Kübra ilə görüşmüşdür. Bir müddət "Kəşful-məhcub"un müəllifi Xucvirinin türbəsində inziva həyatı yaşamışdır. Əbu İshaq Şamiyə intisab etdikdən sonra onun yaşadığı Çişt kəndində məskunlaşdı. Uzun illər Çişt kəndində yaşadıqdan sonra Əcmərdə vəfat etdi (v.633/1236). Çiştiyyə Hindistan bölgəsinin ilk və ən məşhur təriqətidir. Hindistan və Pakistan bölgəsinin İslamlaşmasında olduğu kimi, orda yaşayan müsəlmanların mənəvi həyatında mühüm bir yeri vardır. Çiştiyyə təriqəti, cəhri və xafi zikr, muraqəbə, çilə və səma kimi xüsusiyyətləri özündə cəmləşdirir.