Miskinli (əvvəlki adı: Rüstəm Əliyev) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindəki Rüstəm Əliyev kəndi Miskinli kəndi adlandırılmış və Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi Miskinli kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[1]
Miskinli | |
---|---|
40°30′07″ şm. e. 45°45′55″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.366 m |
Saat qurşağı | |
Miskinli kəndinin əsl və tarixi adı Qarabulaq və ya Böyük Qarabulaq olmuşdur. Miskinli çuxuru adlanan coğrafi ərazinin ən böyük yaşayış sahəsidir.
Kəndin ərazisi tarixi abidələrlə, xüsusilə də qəbir abidələri ilə zəngindir. Son tunc dövrünü əhatə edən Xocalı-Gədəbəy mədəniyyəti bu ərazilər üçün də xarakterikdir. Kəndin cənub-qərb hissəsini əhatə edən yüksəklikdə yerli əhali tərəfindən Koroğlu qalası adlandırılan müdafiə tikilisi vardır.
Kənd dağlıq ərazidə, orta və yüksək hündürlüklü lələkvari dağlar arasında yerləşir. İqlimi mülayim soyuq və mülayim isti xarakterlidir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2140 nəfər əhali yaşayır.[2]
Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — kartofçuluq, heyvandarlıq və taxılçılıq təşkil edir.
Kənddə aşıq sənəti geniş yayılmışdır.
Kənddə iki tam orta məktəb və bir ibtidai məktəb var.
Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Gədəbəy rayonunun Miskinli kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 1 130 000 manat vəsait ayrılmışdır.
Gədəbəy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |