Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biləcikli Mustafa Paşa
Biləcikli Mustafa Paşa (d. ? - ö. 1648) — Gənc Osmanın qətl olunub, I Mustafanın üsyançılar tərəfindən yenidən taxta çıxarıldığı qarmaşıqlıq dönəmində ümumilikdə 2 ay 13 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Həyatı == Biləcik əyalətinin Osmaneli bölgəsinə bağlı Lefkə kəndində dünyaya gəlmiş, ilk təhsilini Əndərunda almışdır. Bu müddət ərzində silahdar olaraq təyin olunmuş, 1617-ci ilin dekabr ayında Misir hakimi olaraq saraydan ayrıldı. Ancaq Gənc Osman hadisələrinin ardından paytaxta geri döndü və divanda vəzirlik rütbəsini əldə etdi. 8 iyul 1622 tarixində Mere Hüseyn Paşa üsyançıların istəyilə vəzifədən azad edildi və yerinə Sultan Mustafanın dayəsinin əri olan Mustafa Paşa sədrəzəm təyin olundu. Ancaq gənc sultan əqlən zəif, sədrəzəmi isə dirayətsiz idi. Dövlət işlərini Validə Həlimə Sultan və üsyankar birliklər idarə edirdi.