Biləcikli Mustafa Paşa (d. ? - ö. 1648) — Gənc Osmanın qətl olunub, I Mustafanın üsyançılar tərəfindən yenidən taxta çıxarıldığı qarmaşıqlıq dönəmində ümumilikdə 2 ay 13 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.
Biləcikli Mustafa Paşa | |
---|---|
بيلجيك مع مصطفى باشا | |
8 iyul 1622 – 21 sentyabr 1622 | |
Əvvəlki | Mere Hüseyn Paşa |
Sonrakı | Gürcü Xədim Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | Biləcik |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Biləcik əyalətinin Osmaneli bölgəsinə bağlı Lefkə kəndində dünyaya gəlmiş, ilk təhsilini Əndərunda almışdır.[1] Bu müddət ərzində silahdar olaraq təyin olunmuş, 1617-ci ilin dekabr ayında Misir hakimi olaraq saraydan ayrıldı. Ancaq Gənc Osman hadisələrinin ardından paytaxta geri döndü və divanda vəzirlik rütbəsini əldə etdi.
8 iyul 1622 tarixində Mere Hüseyn Paşa üsyançıların istəyilə vəzifədən azad edildi və yerinə Sultan Mustafanın dayəsinin əri olan Mustafa Paşa sədrəzəm təyin olundu. Ancaq gənc sultan əqlən zəif, sədrəzəmi isə dirayətsiz idi. Dövlət işlərini Validə Həlimə Sultan və üsyankar birliklər idarə edirdi.[2] Bütün bunların nəticəsində 21 sentyabr 1622 tarixində Mustafa Paşa sədarətdən alındı və ondan daha təcrübəli bir dövlət adamı olan Gürcü Hadım Mehmed Paşa sədarətə gətirildi.
Daha sonra Biləcikli Mustafa Paşaya İzmit və Kastamonu sancaqları iqta torpağı olaraq verildi və İstanbuldakı köşkündə yaşamağa davam etdi. 1648-ci ilin sonlarında isə İstanbulda vəfat etdi və Divanyolundakı Əli Paşa məzarlığında dəfn olundu.