Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmarətli-i Ülya (Meşkinşəhr)
İmarətli-i Ülya (fars. عمارتلوي عليا‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (10 ailə).
Qafqaz İmarəti
Qafqaz Əmirliyi (çeçencə Имарат Кавказ, rus. Кавказский Эмират) - 31 oktyabr 2007-ci ildə indiki Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarında və Stavropol vilayətində hazırda özünü bütün Qafqazın əmiri elan etmiş Dokka Ömər Əbu Osman tərəfindən mövcudluğu bəyan olunmuş, de-fakto mövcud olmayan və heç bir dövlət və ya təşkilat tərəfindən tanınmayan xəyali İslam dövləti. Qafqaz Əmirliyinə daxil olan ərazilərin adı dəyişdirilmiş və Rusiyanın Qafqazı işğal etmədən öncə olan adlar qeri qaytarılmışdır. == Qafqaz Əmirliyinin atributları == Qafqaz Əmirliyinin bayrağı qara rəngdə olub, ortasında ərəb dilində "Kəlmeyi-Tövhid" yazılmışdır. Transkripsiyası: "Lə İlahə İlləllah". Mənası: "Allahdan başqa ilah yoxdur". Bayrağın məhz bu rəngdə olmasının səbəbi İslamın ilkin vaxtlarında Cihad bayrağının rənginin qara olmasıdır.[mənbə göstərin] == Qafqaz Əmirliyinin vilayətləri == Noxçi Ço (Çeçenistan (İçkeriya)) Qalqay Ço (İnquşetiya və Şimali Osetiya (İriston)) Noqay Düzənliyi (Stavropol diyarı) Çərkəz Birləşdirilmiş Kabardin-Balkar-Qaraçay DağıstanÇeçenistan Respublikası "Noxçi Ço" vilayəti adlandırılmışdır, çünki yerli əhali tarix boyu özünü noxçi milləti adlandırmışdir. Noxçi Ço vilayətinin paytaxtı hesab etdikləri Qroznı şəhərinin adı "Cövhərqala"ya dəyişdirilmişdir. Bu I Çeçenistan müharibəsində çeçenlərin millli müqavimət hərəkatının rəhbəri Cövhər Dudayevin şərəfinə edilmişdir. Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın adı dəyişdirlmiş və Şamilqala adlandırılmışdır.
İbarət Əkbərov
İbarət Faiq oğlu Əkbərov (21 mart 1993, Mirimli, Yardımlı rayonu – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbarət Əkbərov 1993-cü il martın 21-də Yardımlı rayonunun Mirimli kəndində anadan olub. Ailəli idi və iki oğlu var. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İbarət Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbarət Əkbərov oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbarət Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbarət Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Pənah xanın imarəti
Pənahəli xan sarayı və ya Pənah xanın imarəti — Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Pənahəli xanın Ağdamdakı sarayı, xan nəslinin ən birinci mülklərindən olmaqla iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdıb, Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. Ağdam sarayı, bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burda qonaqlarını qəbul etmişdir. Saray yaxınlığında yerləşən İmarət qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilmişdir. Pənahəli xanın türbəsi və Xurşidbanu Natavanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşir.
Multi-kod idarəli xətti prediktor
Multi-kod idarəli xətti prediktor, (ing. Code Excited Linear Prediction), rus. Линейное предсказание с мультикодовым управлением) – nitq siqnallarının kodlaşdırılması alqoritmi 1985-ci ildə Manfred Şröder və Bişnu Atal tərəfindən təklif edilmişdir. Həmin dövrdə bu alqoritm RELP və LPC audiokodekləri (məsələn, FS-1015) kimi aşağı bit sürətli alqoritmlərlə müqayisədə daha yaxşı keyfiyyət təmin edirdi. ACELP, RCELP, LD-CELP və VSELP kimi variantları ilə birlikdə hazırda ən geniş istifadə edilən nitq kodlaşdırma alqoritmidir. Hazırda CELP konkret kodek üçün deyil, alqoritmlər sinfi üçün ümumi termin kimi istifadə edilir. == Ədəbiyyat == İmamverdiyev Y. N., Suxostat L. V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı, 111 səh.
Almaniyanın kişilərdən ibarət milli basketbol komandası
Almaniyanın kişilərdən ibarət milli basketbol komandası — Almaniyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası.
Azərbaycanın kişilərdən ibarət milli basketbol komandası
Azərbaycanın kişilərdən ibarət milli basketbol komandası — Azərbaycanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Baş məşqçisi Samit Nuruzadədir.
Azərbaycanın qadınlardan ibarət milli futbol komandası
Azərbaycanın qadınlardan ibarət milli futbol komandası — Azərbaycanı beynəlxalq futbol arenasında təmsil edir və AFFA tərəfindən idarə olunur. Azərbaycan milli futbol komandası əsasən iki peşəkar futbol turnirində iştirak etmək üçün mübarizə aparır: FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı. Azərbaycan futbol komandasının ev oyunlarının əksəriyyəti Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir. Azərbaycan heç vaxt FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatında seçmə mərhələni keçməyib. == Tarixi == === Erkən tarixi === Azərbaycanda qadın futbolunun ilk tarixi SSRİ dövründə həvəskar səviyyədə çıxış edən və qadın futbolçulardan təşkil edilmiş "Bakılı" komandası ilə əlaqələndirilir. === 1990-cı illər === Azərbaycan SSRİ-nin tərkibindən çıxmasından sonra, 1992-cı ildə ölkədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yaranmışdır. === 2000-ci illər === Azərbaycanın qadınlardan ibarət futbol yığması ilk dəfə 2006-cı ilin noyabrında Avropa Çempionatının seçmə turnirinə qatılıb. Azərbaycanın qadınlardan ibarət milli futbol komandası 2009-cu ildə Ukraynadan və Moldovadan xeyli sayda legioneri "lipalaşdırma" (saxtakarlıq) qalmaqalına görə AFFA tərəfindən ləğv edildi. === 2010-cu illər === 2019-cu ildə Azərbaycan milli futbol komandası on ildən sonra fəaliyyətini bərpa edərək, qadınlardan ibarət yığma komandalar arasında AVRO-2021-in seçmə qrup mərhələsinə qatılıb. == Beynəlxalq turnirlərdə iştirakı == === FİFA Qadınlararası dünya çempionatı === *Heç-heçəyə penalti zərbələri ilə müəyyən edilmiş nokaut matçları daxildir.
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası — Banqladeşi beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Banqladeş Basketbol Federasiyası 1978-ci ildən FİBA-nın üzvüdür.. == Tarixi == 1971-ci ilədək Banqladeş Pakistanın Şərqi Pakistan adlanan vilayətini təşkil etdiyindən Banqladeş basketbolçuları kişilərdən ibarət Pakistan basketbol komandasının tərkibində çıxış etmişlər. Banqladeş yığması Asiyanın ən zəif komandalarından biridir. Komanda basketbol üzrə Asiya çempionatında ilk dəfə 1979-cu ildə debut etmiş,, Banqladeş yığması sonuncu — 13-cü yeri tutmuşdur.. Sonralar komanda daha üç dəfə Asiya birinciliyində iştirak etmiş, lakin heç bir qələbə qazanmayaraq hər dəfə turniri sonuncu yerdə başa vurmuşdur.. 2010-cu ildə Cənubi Asiya oyunlarının basketbol turnirində basketbol komandası 3-cü yeri tutmuşdur.. Basketbol üzrə Banqladeşin kişilərdən ibarət basketbol komandası basketbol üzrə dünya çempionatında və olimpiya oyunlarında iştirak etməmişdir.
Finlandiyanın kişilərdən ibarət milli basketbol komandası
Finlandiyanın kişilərdən ibarət milli basketbol komandası — Finlandiyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Finlandiya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Henrik Dettmanndır.
Fransanın kişilərdən ibarət milli basketbol komandası
Fransanın kişilərdən ibarət milli basketbol komandası — Fransanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Fransa Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Vinsent Kolletdir.
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası — Gürcüstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Baş məşqçisi İlias Zourosdur. == Tarixi == Gürcüstan Basketbol Federasiyası 4 iyun 1991-ci ildə təsis edilmiş və 1992-ci ildən FIBA-nın üzvü olsa da, milli komanda ilk rəsmi oyununu 1995-ci ildə Polşaya qarşı keçirmişdir. Komnanda tarixinin ən böyük uğurunu ilk dəfə 2011-ci ildə final mərhələsinə vəsiqə qazandığı EuroBasket turnirində əldə etmişdir. Həmin il Litvada təşkil olunmuş final mərhələsində Gürcüstan millisi 11-ci yeri tutmuşdur.
Kiprin kişilərdən ibarət milli basketbol komandası
Kiprin kişilərdən ibarət milli basketbol komandası — Kipri beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Kipr Basketbol Federasiyası tərəfindən idarə olunur. Komanda 2013-cü ildə Avropa basketbol çempionatının təsnifat mərhələsində iştirak etmişdir. Yığma komanda heç bir iri beynəlxalq basketbol yarışlarının iştirakçısı olmamışdır.
Latviyanın kişilərdən ibarət milli basketbol komandası
Latviyanın kişilərdən ibarət milli basketbol komandası — Latviyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. 1932-ci ildən FİBA-nın üzvüdür. Latviya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Aynas Baqatskisdir. == Tarixi == Basketbol üzrə Latviya yığması ilk dəfə 1924-cü ildə yaradılmış və elə həmin il Estoniya yığma komandası ilə oynamaq üçün Tallinə dəvət olunmuşdur. O zaman komandanın tərkibinə Latviya İdman Cəmiyyətinin nümayəndələri olan Vilis Liberts, Nikolay Muzis, Karlis Plorinş, Alfred Raminş, həmçinin Gənc Xristian İttifaqı komandasının üzvləri olan Valdemar Baumanis, Yanis Birkmanis, Adolf Qrasis, və Bronislav Malinovski dəvət olunmuşlar. Bu oyunda Latviya komandası 20:16 hesabı ilə qalib gəlmişdir. 5 yanvar 1925-ci ildə Latviyada keçirilən oyunda isə Latviya yığması 23:30 hesabı ilə məğlub olmuşdur. 1935-ci ildə yarımfinalda İsveçə 28:19, finalda isə İspaniyaya 24:18 hesabı ilə qalib gələn Latviya yığması basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur. 1936-cı ilin avqustunda Latviyanın basketbol komandası Berlində keçirilən Olimpiya oyunlarında Uruqvay komandası üzərində 20:17 hesabı ilə qələbə qazansa da, Kanada yığmasına 23:34, Polşa yığmasına isə 23:28 hesabı ilə məğlub olmuşdur.
Litvanın kişilərdən ibarət milli basketbol komandası
Litvanın kişilərdən ibarət milli basketbol komandası — Litvanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Litva Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Daymias Adomaytisdir.
Macarıstanın kişilərdən ibarət milli basketbol komandası
Macarıstanın kişilərdən ibarət milli basketbol komandası — Macarıstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. == Tarixi == Macarıstan Basketbol Federasiyası — 1935-ci ildən FİBA-nın üzvüdür.. İkinci Dünya müharibəsinədək Macarıstan yığması basketbol üzrə Avropa çempionatında iki dəfə çıxış etmişdir; 1935-ci il çempionatında macarlar basketbol üzrə kişilərdən ibarət Rumıniya yığma komandasına 24:17 hesabı ilə qalib gələrək 9-cu yeri tutmuşdur., 1939-cu ildə basketbol üzrə Avropa çempionatında isə Finlandiyanın kişilərdən ibarət yığma komandasina 43:16 hesabı ilə qalib gələrək 7-ci yeri tutmuşdur1940-cı illərin ortalarından 1960-cı illərin ortalarınadək olan dövr Macarıstanın basketbol yığması üçün ən uğurlu dövr olmuşdur. 1946-cı ildə müharibədən sonra keçirilən basketbol üzrə ilk Avropa çempionatında Macarıstan yığması III yeri tutmuşdur, 1953-cü ildə Moskvada keçirilən Avropa çempionatında isə macarlar II pilləyə yüksəlmişlər, Macarıstan yığması 1955-ci ildə evdə, Budapeştdə keçirilən turnirdə Avropa çempionu olmuşdur. "Ferens Puşkaş" stadionunda 45 min tamaşaçının iştirakı ilə keçirilən həlledici oyunda ev sahibləri SSRİ yığma komandasına 82:68 hesabı ilə qalib gəlmişlər. Sonrakı illərdə Macarıstan yığması mükafatçılar sırasında olmasa da, 3 dəfə: 1957, 1959 və 1963-cü illərdə qitə dördüncüsü olmuşlar. Bundan sonra tənəzzül dövrünə qədəm qoyan Macarıstan yığması yalnız 1969-cu ildə basketbol üzrə Avropa çempionatında 8-ci yeri tuta bilmişdir. Macarıstan yığması Avropa çempionatında yalnız 30 il sonra fərqlənmişlər, macarlar 1999-cu ildə keçirilən çempionatda qrup mərhələsindən çıxa bilməsələr də, yekun sıralamada 14-cü yeri tutmağa müvəffəq olmuşdur. Macarıstan yığması Olimpiya oyunlarında basketbol üzrə turnirdə yalnız dörd dəfə iştirak etmək hüququ qazanmışdır. Macarların Olimpiya oyunlarında qazandıqları ən yaxşı nəticə 1960-cı ildə Romada keçirilən yay Olimpiya oyunlarında əldə etdikləri 9-cu yerdir.
Monteneqronun kişilərdən ibarət milli basketbol komandası
Monteneqronun kişilərdən ibarət milli basketbol komandası — Monteneqronu beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Monteneqro Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Boqdan Tanyeviçdir.
Polşanın kişilərdən ibarət milli basketbol komandası
Polşanın kişilərdən ibarət milli basketbol komandası — Polşanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. 28 dəfə basketbol üzrə Avropa çempionatında və bir dəfə basketbol üzrə dünya çempionatında iştirak etmişdir, 1960-cı illərdə bu yarışlarda 2 bürünc və bir gümüş medal qazanmışdır. 1997-ci ildə Avropa çempionatında iştirakdan uzaqlaşmış, lakin 2007-ci ildə yenidən bu mötəbər turnirə qayıtmışdır. Polşa Basketbol İttifaqının rəhbərliyi altında çıxış edir. == Statistika == === Olimpiya oyunları === 1936-cı il yay Olimpiya oyunları. Basketbol 4-cü 1960-cı il yay Olimpiya oyunları. Basketbol 7-ci 1964-cü il yay Olimpiya oyunları. Basketbol 6-cı 1968-ci il yay Olimpiya oyunları. Basketbol 6-cı 1972-ci il yay Olimpiya oyunları. Basketbol 10-cu 1980-ci il yay Olimpiya oyunları.
Qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığması
Qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığması — Azərbaycanı beynəlxalq şahmat turnirlərində təmsil edir. Azərbaycan Şahmat Federasiyası tərəfindən idarə olunur.
Qazaxıstanın kişilərdən ibarət milli basketbol komandası
Qazaxıstanın kişilərdən ibarət milli basketbol komandası — Qazaxıstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Qazaxıstan Respublikasının Milli Basketbol Federasiyası tərəfindən idarə olunur. == Tarixi == Basketbol üzrə Qazaxıstanın kişilərdən ibarət yığma komandası 1992-ci ildə FİBA Asiya liqasının tərkibinə daxil olmuş və basketbol üzrə Asiya çempionatında iştirak etmək imkanı qazanmışdır. Bu turnirdə ən yaxşı nəticəsi 2007-ci ildə 4-cü yeri tutmasıdır. == Statistik göstəricilər == Olimpiya oyunları == Qazaxıstan yığması Olimpiya oyunlarının təsnifat oyunlarında iştirak etməmişdir. == Dünya çempionatı == Qazaxıstan yığması dünya çempionatının təsnifat oyunlarında iştirak etməmişdir. == Asiya çempionatı == 1993 - iştirak etməmişdir 1995 - 5-ci yer 1997 - 13-cü yer 1999 - FİBA tərəfindən təsnifat ləğv olunub.
Rumıniyanın kişilərdən ibarət milli basketbol komandası
Rumıniyanın kişilərdən ibarət milli basketbol komandası — Rumıniyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Rumıniya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Marsel Tenterdir.
Serbiyanın kişilərdən ibarət milli basketbol komandası
Serbiyanın kişilərdən ibarət milli basketbol komandası — Serbiyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Serbiya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Aleksandar Corceviçdir. FİBA Dünya Reytinqində hazırda üçüncü pillədədir. == Tarixi == Serbiya milli basketbol komandası Yuqoslaviya milli basketbol komandasının və Serbiya və Monteneqro milli basketbol komandasının xələfidir. 1992-2002-ci illərdə Yuqoslaviyanı, 2003-2006-cı illərdə isə Serbiya və Monteneqronu təmsil etmiş bu komanda, indiki adı ilə 2006-cı ildə təşkil olunmuşdur.
Sloveniyanın kişilərdən ibarət milli basketbol komandası
Sloveniyanın kişilərdən ibarət milli basketbol komandası — Sloveniyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Sloveniya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi İqor Kokoskovdur.
Tailandın kişilərdən ibarət milli basketbol komandası
Tailandın kişilərdən ibarət milli basketbol komandası — Tailandı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Tailand Basketbol Assosiasiyası 1953-cü ildən FİBA-nın üzvüdür.. == Tarix == Basketbol üzrə Tailandın kişilərdən ibarət yığma komandası üçün ilk böyük basketbol turniri 1954-cü ildə keçirilən Asiya yay oyunları olmuşdur. Komanda üçün bu oyunlar uğursuz olmuş, onlar qrupda 3 oyunun hamısında məğlub olaraq axırıncı, 8-ci yeri tutmuşdur.. Komanda 1956-cı ildə Melburnda keçiriən Yay Olimpiya oyunlarında ilkin təsnifat qrup oyunlarının hamısında məğlub olmuş və 15-ci yeri tutmuşdur.. 1962-ci ildə komanda IV Asiya oyunlarında iştirak etmişdir. Bu turnir Tailand komandası üçün uğurlu olmuş. Tailand yığması 4-cü yeri tutmuşdur.. Tailand yığması ilk dəfə 1963-cü ildə basketbol üzrə Asiya çempionatında iştirak etmiş və elə həmin il də qitə birinciliyində öz tarixinin ən yüksək uğuruna nail olmuş, 4-cü yeri tutmuşdur.. Komanda turnirdə 11 oyundan 5-də qalib gəlmiş, 3-cü yer uğrunda matçda basketbol üzrə Cənubi Koreyanın kişilərdən ibarət komandasına 71:86 hesabı ilə məğlub olmuşdur..
Bareli
Bareli, bəzən Bareyli (hind बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır. == Tarixi == Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir. İngiltərə-Marathi müharibələrinin gedişində Britaniyanın Hindistandakı müstəmləkələrinə birləşdirilmişdir (1801).
Türkiyənin kişilərdən ibarət milli basketbol komandası
Türkiyənin kişilərdən ibarət milli basketbol komandası — Türkiyəni beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası.