Bareli

Bareli[1], bəzən Bareyli (hind. बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır.

Şəhər
Bareli
ing. Bareilly
28°21′50″ şm. e. 79°24′54″ ş. u.HGYO
Ölkə  Hindistan
Region [[Uttar Pradeş]]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1657
Sahəsi
  • 235 km²
Mərkəzin hündürlüyü 165 m
Saat qurşağı UTC+5:30
Əhalisi
Əhalisi 979 933 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 581
Poçt indeksi 243001
Digər
bareilly.nic.in
Xəritəni göstər/gizlə
Bareli xəritədə
Bareli
Bareli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir. İngiltərə-Marathi müharibələrinin gedişində Britaniyanın Hindistandakı müstəmləkələrinə birləşdirilmişdir (1801). Bareli sipahilər üsyanı (Hindistanda xalq üsyanı.1857–59-cu illər) zamanı üsyançıları dəstəkləmiş, lakin 1858-ci ilin may ayında inadlı müqavimətə baxmayaraq ingilislər tərəfindən zəbt olunmuşdur. Barelidəki çoxsaylı məscidlər şəhərin maraqlı memarlıq abidələrindəndir. Ahiçhatra, Buddanın ziyarət etdiyi qədim Şimali Pançal şəhərinin xarabalıqları ( IV– VII əsrlər) Bareli yaxınlığında yerləşir. Şiva məbədinin xarabalıqları,  allahların həyatına dair təsvirləri olan terrakota heykəllər və terrakota lövhələr saxlanılmışdır. Ahiçhatra tapıntılarının bir hissəsi Dehli Milli Muzeyində qorunur.  

Şəhər dəniz səviyyəsiondən 165 metr yüksəklikdə yerləşir[2]. Ramqanqa çayının sahilində yerləşən Barelini Lakhnau şəhərindən - 252 km, Dehlidən isə 250 km ayırır. Himalay dağları şəhərdən 40 km şimaldan başlayır.

2011-ci ildə keçirilən siyahıya alınmaya görə şəhər əhalisi 979 933 nəfərdir[3]. Əhalinin savadlılığı: 84 % ( 2011), 2001-ci ildə bu göstərici81 % olmuş. Dini baxımdan hindustlar 52 % , müsəlmanlar  — 34 %, sikhilər — 10 %, digər dinlərin nümayəndələri— 4 %. Əsas dil hind, ingilis, urdupəncab dilidir.

İllər üzrə şəhər əhalisinin artım dinamikası:

1991 2001 2013
587 211 718 395 864 270

Mənbə:[4]

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Şəhərdə Rohilkxand Universiteti (1975-ciil dən), Bareli kolleci (1837-ci ildən) fəaliyyət göstərir; yeyinti (şəkər), toxuculuq sənayesi müəssisələri; sintetik kauçuk zavodu var. Dəmiryol avadanlıqları təmir və istehsal olunur. Mühüm kənd təsərrüfatı rayonu mərkəzidir.

Bareli şəhərindən milli avtomobil yolu keçir ( 24 №-li Dehli-Bareli-Laknau və 74 №-li Dehradun - Bareli şossesi). Dəmiryol qovşağına malikdir. Əsasən ölkənin şimal rayonları ilə əlaqəlidir. 6 dəmiryol stansiyası var. Ən yaxın hava limanı Dehli və Laknaudur (250 km)

Bareli // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 205–206. ISBN 978-9952-441-07-9.

  1. Географический энциклопедический словарь: географические названия. Под ред.Трёшников, Алексей Фёдорович. 2-е изд., доп. М. 1989. ISBN 5-85270-057-6
  2. "Bareilly, India Page" (ingilis). Fallingrain Global Gazetteer. 2013-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-4.
  3. "Urban Agglomerations/Cities having population 1 lakh and above" (PDF) (ingilis). Provisional Population Totals, Census of India 2011. 2013-04-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-09-03.
  4. "Bareli" (ingilis). World Gazetteer. 2013-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-4.