Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kürdləşdirmə
Kürdləşdirmə — kürd olmayan bir şəxsə və ya icmaya kürd kimliyinin yeridilməsi. İraqın rəhbəri Səddam Hüseynin hakimiyyəti dövründə həyata keçirilən ərəbləşdirmə siyasətinə qarşı meydana gətirilmişdir. == Tarixi == İraq Kürdüstanında yaşayan türkmanlara qarşı kürdləşdirmə prosesi gedir. Səddam Hüseynin hakimiyyəti dövründən sonra Kərkük şəhəri kürdləşdirilməyə məruz qalmışdır. Regiondakı xristianlar da kürdləşdirməyə məruz qalmışdır. Qaret R. V. Stansfildin sözlərinə görə, İraqın şimalında kürdləşdirmə siyasəti Kürdüstan Demokrat Partiyası və Kürdüstan Vətən İttifaqı tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, bu kontekstdə kürd olmayan ailələr bölgədən köçməyə məcbur edilirlər və bu da bölgədə türkmanlar ilə kürdlər arasında ciddi etnik problemlərə səbəb olur. Kürdləşdirmə siyasəti səbəbindən türkmanlar işsizliklə üzləşdilər. Ərəb və türkman siyasətçilərə görə, 2003-cü ildən bu günə kimi təxminən 350 min kürd bölgəyə gəlmişdir. Ərəb siyasətçilər bölgəyə gələnlər arasında Kərkükdə heç yaşamamışların da olduğunu iddia edirlər.
Türkləşdirmə
Türkləşdirmə — əhalinin və ya yerlərin mədəniyyət, dil, tarix və ya etnik mənsubiyyət kimi türk atributlarını qəbul etdiyi və ya mənimsədiyi yerdəyişməni təsvir edir. Bununla belə, çox vaxt bu termin daha dar mənada sadəcə türk deyil, konkret türkiyəli mənasında tətbiq edilir, buna görə də Osmanlı imperiyasına və Türkiyə Respublikasının Türkiyədə yaşayan etnik azlıqlara qarşı türk milliyətçi siyasətinə xitab edilir. Türk dövlətləri inkişaf etdikcə və böyüdükcə bu mədəni dəyişikliyin bir çox nümunələri olmuşdur. Türkləşmənin ən erkən nümunəsi Mərkəzi Asiyada baş bermişdir. O zaman b.e. VI əsrində Daxili Asiyadan türk tayfalarının köçü regionda yaşayan İran xalqları arasında dil dəyişikliyinə səbəb olmuşdur. Həmçinin, b.e. VIII əsrinə qədər Qaşqarın türkləşdirilməsini qarluq türkləri başa çatdırmış və əhalini islamlaşdırmışdılar. O zamanlar əsasən ellinləşdirilmiş yunandilli müxtəlif xalqların yaşadığı Anadolunun türkləşməsi Səlcuqlu imperiyası və Rum suultanlığı dövründə baş vermişdir. == Etimologiya == XX əsrdən əvvəl Anadolu, Balkan, Qafqaz və Yaxın Şərq vilayətlərinin osmanlılaşmaya məruz qaldığı deyilirdi.