Kürdləşdirmə — kürd olmayan bir şəxsə və ya icmaya kürd kimliyinin yeridilməsi. İraqın rəhbəri Səddam Hüseynin hakimiyyəti dövründə həyata keçirilən ərəbləşdirmə siyasətinə qarşı meydana gətirilmişdir.[1]
İraq Kürdüstanında yaşayan türkmanlara[2] qarşı kürdləşdirmə prosesi gedir.[3][4] Səddam Hüseynin hakimiyyəti dövründən sonra Kərkük şəhəri kürdləşdirilməyə məruz qalmışdır.[5][6] Regiondakı xristianlar da kürdləşdirməyə məruz qalmışdır.[7] Qaret R. V. Stansfildin sözlərinə görə, İraqın şimalında kürdləşdirmə siyasəti Kürdüstan Demokrat Partiyası və Kürdüstan Vətən İttifaqı tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, bu kontekstdə kürd olmayan ailələr bölgədən köçməyə məcbur edilirlər və bu da bölgədə türkmanlar ilə kürdlər arasında ciddi etnik problemlərə səbəb olur.[8] Kürdləşdirmə siyasəti səbəbindən türkmanlar işsizliklə üzləşdilər.[9]Ərəb və türkman siyasətçilərə görə, 2003-cü ildən bu günə kimi təxminən 350 min kürd bölgəyə gəlmişdir.[10] Ərəb siyasətçilər bölgəyə gələnlər arasında Kərkükdə heç yaşamamışların da olduğunu iddia edirlər.[11]
Sarqon və Ninos Donabed qardaşları Mardin ilindəaysor əhalisinin azalmasını kürdləşdirmə ilə əlaqələndirirlər.[12]
A. Bazzaz, turkmen.nl "The Kurdification procedure was soon implemented by the Kurdish leadership after toppling Saddam down in April 2003"
Park, Bill, The Kurds and post-Saddam political arrangements in Iraq The Adelphi Papers (2005), Taylor & Francis: "The Kurds, who are intent on the further ‘Kurdification’ of Kirkuk before any census is held"
Park, Bill, Iraqi scenarios, The Adelphi Papers, Volume 45, Number 374, May 2005, pp. 49–66