SELAY
SELYAN
OBASTAN VİKİ
Selcan xatun
Selcan xatun — «Kitabi-Dədə Qorqud» əsərində Qanturalın nişanlısı. == Məzmunu == Sarı tonlu Selcan xatun. 6-cı boyda işlədilmişdir. Qanturalın nişanlısıdır. "Sarı tonlu" ləqəbi "Selcan xatun"un həddindən artıq gözəl olduğunu göstərir. Selcan Xatunun "gözəllər sərvəri", "incə tonlu" epitetləri də onun gözəlliyinə işarədir. B.Abdullayev göstərir ki, "Selcan qədim türk dilindəki "sel" və fars dilindəki "can" sözlərindən düzəlib, "can dincliyi, qərb sakitliyi" deməkdir. N.Məmmədov isə "Selcan"ın "işıqlı sima", "parlaq vücud" mənasında olduğunu göstərir. «Qanlı Qoca oğlu Qanturalı» boyunda qanturalın sevdiyi Selcan Xatun Sarı libaslda təsvir olunur. Qanturalı Sarı donlu qızın eşqi ilə bir «hu»!
Selcan Hamşıoğlu
Selcan Hamşıoğlu (1978, Təkirdağ ili) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Selcan Hamşıoğlu 1978-ci ildə Təkirdağ ilində anadan olub. İstanbul Universiteti Ədəbiyyat Bölməsindən məzun olub. Kanal 59 və Radyo 59da müxbir olaraq çalışıb. Kurultay, Ortadoğu və Yeniçağ qəzetlərində məqalələri dərc olunub. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Təkirdağ ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Rəqəmsal Media Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə və italyanca bilir. Evli və 1 uşaq anasıdır.