Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülarə Azaflı
Gülarə Azaflı (tam adı:Zeynalova Gülarə Mikayıl qızı; 21 mart, 1959, Azaflı, Tovuz rayonu, Azərbaycan SSR) — Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, Aşıq Pəri Məclisinin sədri (2000). == Həyatı == Gülarə Azaflı 21 mart 1959-cu ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1976-cı ildə Tovuz rayonu Azaflı kənd tam orta məktəbini, 1983-cü ildə Tovuz Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1983-1994-cü illərdə Gəncə Pedaqoji İnstitutunda "Çeşmə" folklor ansamblının bədii rəhbəri olub. 1985-ci ildə Gənc ozanların Gəncə şəhərində keçirilən 3-cü ümumittifaq festivalının laureatı adını qazanıb. 1984-cü ildən Aşıq Pəri Məclisinin üzvü, 2000-ci ildən isə sədridir. Azərbaycanın bir sıra incəsənət xadimləri ilə birlikdə 1989-cu ildə İraqda, 1991-ci ildə isə Almaniyada dostluq görüşlərində iştirak etmişdir. Sonrakı 1995-1996-cı illərdə İran, İraq, Türkiyədə keçirilən müxtəlif tədbirlərdə və festivallarda iştirak edib. 2005-ci ildə Amerikanın San-Fransisko şəhərində keçirilən Dünya folklor festifalında müvəffəqiyyətlə çıxış etmişdir. 2006-cı ildə Çıldırda keçirilən "Aşıq Şenlik" festifalında, Karsda keçirilən "Akyaka Tarım" festifalında iştirak edib, ən yüksək mükafat və fəxri diplomlar alıb.
Gülarə Cabbarlı
Gülarə Cəfər qızı Cabbarlı (11 fevral 1930, Bakı – 12 fevral 2018, Bakı) — filoloq, uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru olub. Dramaturq Cəfər Cabbarlının qızıdır. "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri. == Həyatı və fəaliyyəti == Gülarə Cabbarlı 1930-cu ildə Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gəlib. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş "Cəfər Cabbarlı Mükafatı"nı, yazıçının əsərlərinin toplandığı "Mənim tanrım—gözəllik", "XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu" adlı kitablarını, həmçinin, ədibin öz sözlərinə bəstələdiyi mahnılardan və şeirlərdən ibarət "Azad bir quşdum" adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən ömrünün sonunadək Gülarə xanım eyni zamanda "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri olmuşdur. Gülarə Cabbarlı 2018-ci ildə 88 yaşında dünyasını dəyişmişdir. == Mükafatları == 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir.
Gülarə Fərhadova
Gülarə Fərhadova (tam adı: Gülarə Məmməd Tağı qızı Fərhadova; 28 oktyabr 1944 – 27 oktyabr 2004) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor. == Həyatı == Gülarə Məmməd Tağı qızı Fərhadova 1944-cü il oktyabrın 28-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuş, 1961-ci ildə Bakı şəhərinin 23 saylı orta məktəbini bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə qəbul olunmuşdur. 1966-ci ildə BDU-nu bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdindəki aspiranturada təhsil almış, 1969-cu ildən Neft-Kimya Prosesləri İnstitutunda elmi və əmək fəaliyyətini davam etdirmişdir. 1969-1990-ci illərdə kiçik və böyük elmi işçi vəzifələrində çalışmış, 1990-cı ildən “Katalitik krekinq və piroliz” laboratoriyasının müdiri təyin edilmişdir. Gülarə Fərhadova 1971-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Qalxanvarı katalizator axınlı reaktorda katalitik krekinq prosesinin optimallaşdırılması və riyazi modelləş¬dirilməsi” mövzusunda namizədlik, 1991-ci ildə isə “Yüksək oktanlı benzin və C3-C5 izoparafin və izoolefin karbohidrogenlərinin alın¬ması üçün neft xammalının destruktiv izomerləşməsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1995-ci ildə “Neft kimyası” ixtisası üzrə professor adına layiq görülmüşdür. Professor Gülarə Məmməd Tağı qızı Fərhadova 2004-cü il oktyabrın 27-də Bakı şəhərində vəfat etmişdir. == Elmi fəaliyyəti == G.Fərhadovanın elmi işləri, əsasən heterogen kataliz proseslərinin texnologiyasına həsr edilmişdir. O, lift-reaktor sistemlərinin riyazi modellərini işləyib hazırlamışdır. Apardığı elmi tədqiqatları neft emalının dərinləşdirilməsinə və alınan məhsulların keyfiyyətlərinin yaxşılaşdırılmasına yönəlmişdir.
Gülarə Qazıyeva
Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru, Əli Bayramov adına Qadın klubunun rəhbəri. == Həyatı == Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. 1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir. 1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.
Gülarə Qədirbəyova
Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru, Əli Bayramov adına Qadın klubunun rəhbəri. == Həyatı == Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. 1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir. 1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.
Gülarə Əliyeva
Gülarə Əziz qızı Əliyeva (17 noyabr 1933, Bakı – 27 iyul 1991, Bakı) — Azərbaycan musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi (1966), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1977). == Həyatı == Əliyeva Gülarə Əziz qızı 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə. Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966–1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. "Dan ulduzu" ansamblına onun adı verilmişdir.
Gülarə Munis
Gülarə Munis (Kərimova Gülarə Musa qızı) — yazıçı-publisist, şairə, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şərqdə Azərbaycan türkcəsində iki "Divan" kitabı yazan ilk qadın şairdir. Gülarə Munisin birinci "Divan" kitabı 2007-ci ildə, "İkinci Divan" kitabı isə 2023-cü ildə nəşr olunub. == Həyat və yaradıcılığı == Kərimova Gülarə Musa qızı (Gülarə Munis) 30 dekabr 1953-cü ildə Bakı şəhərində anadan olub. Xəzər rayonu 206 №-li məktəbin fəxri məzunudur. Şeirləri və publisist yazıları 1988-ci ildən dövri mətbuatda dərc olunur. 30 kitab müəllifidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə yazıları 2-ci, 5-ci, 8-ci, 9-cu, 10-cu və 11-ci sinif dərsliklərinə daxil edilib. Nağılları "Çaşıoğlu" nəşriyatının 2-ci, 3-cü və 4-cü siniflər üçün hazırladığı "Bütün fənlər" adlı dərsliklərə daxil edilib. Şəhidlər haqqında "At, o qara örpəyi" və Milli Qəhrəman Sahil Məmmədov haqqında çəkilən "Vətənin Sahili" qısametrajlı filmlərin ssenari müəllifidir.
Gülarə Köylü qızı (Qədirbəyova)
Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru, Əli Bayramov adına Qadın klubunun rəhbəri. == Həyatı == Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. 1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir. 1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.
Gülnarə Kərimova
Gülnərə İslam qızı Kərimova (özb. Гульнора Исломовна Каримова, Gulnora Islomovna Karimova; 8 iyul 1972, Fərqanə) — Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun qızı; Özbəkistanın İspaniyadakı səfiri (yanvar 2010 - iyul 2012) == Həyatı == Gülnarə Kərimova 1972-ci il iyulun 8-də Fərqanədə anadan olub. 1991-ci ildə tanış olduğu Əfqanıstandan olan etnik özbək və ABŞ vətəndaşı olan Mansur Maqsudla ailə qurub. 2001-ci ildə onların nikahı dağıldı. Boşanma prosesi iki il davam etdi. 1993-cü ildə bu nikahdan oğlu İslam, 1999-cu ildə qızı İman dünyaya gəlib. == Fəaliyyəti == 2008-ci ilin fevralında mədəni və humanitar əməkdaşlıq məsələləri üzrə xarici işlər nazirinin müavini təyin edilib. O, həmçinin Nyu-Yorkun "Fashion Institute of Technology" dizayner kursunun məzunu, "Guli" brendinin sahibdir. 2010-cu ildən Özbəkistanın İspaniyadakı səfiri vəzifəsində çalışır. 2008-ci ildən Özbəkistanın BMT və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi işləyir.
Gülnarə Nəbibəyova
Gülnarə Qurbanova
Gülnarə Şıxəli qızı Qurbanova (10 mart 1953) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Gülnarə Qurbanova 1953-cü il martın 10-da Şıxəli və Xavər Qurbanovların ailəsində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano şöbəsində təhsil alıb. Fəlsəfə elmləri doktorudur. İngilis və rus dillərini bilir. Bitərəfdir. 1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində 8 nömrəli Yasamal III dairəsindən bitərəf namizəd olan Gülnarə Qurbanova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Gülnarə Qurbanova Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Gülnarə Xəlilova
Gülnarə Vidadi qızı Xəlilova (3 iyun 1972, Bakı) — modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru. "Gülnarə Xəlilova Moda Evi"-nin və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında (AQSİA) Sosial Məsələlər Komissiyasının rəhbəri. == Həyatı == Gülnarə Vidadi qızı Xəlilova 1972-ci ildə 3 iyun tarixində Bakı şəhərində anadan olub. Ümumi orta təhsilini Xətai rayonundakı 260 nömrəli məktəbdə medalla başa vurmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. Ali təhsil aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Pedoqoji fəaliyyətlə paralel olaraq modelyer-dizayner kimi fəaliyyət göstərən Gülnarə Xəlilova 2002-ci ildən başlayaraq Respublika və Beynəlxalq miqyaslı sərgilərdə, elmi konfranslarda yaradcılıq işləri və onların mahiyyətini açıqlayan məruzələrlə çıxış etmişdir. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam vəzifəsində çalışır. Elə həmin ildən 2012-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertantı kimi müasir folklor qruplarında milli geyim ənənələri üzrə tədqiqat aparmışdır.
Gülnarə Əhmədova
Gülnarə Əhmədova (tam adı: Gülnarə Allahverdi qızı Əhmədova; 20 oktyabr 1959, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru. == Ümumi məlumatlar == Gülnarə Allahverdi qızı Əhmədova 1959-cu il oktyabrın 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Bakıdakı 134 №-li orta məktəbi bitirmiş və Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya-texnologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1982-ci ildə həmin fakültəni "Neft və qazın kimyəvi emalı" ixtisası üzrə bitirmiş (ona mühəndis kimyaçı-texnoloq kvalifikasiyası verilmişdir), təyinatla Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) işə göndərilmişdir. Elmi fəaliyyətə akademik V.S.Əliyevin rəhbərlik etdiyi laboratoriyada mühəndis vəzifəsində başlamışdır. 1986–1989-cu illərdə həmin laboratoriyada qiyabi aspirantura təhsili keçmiş, akademik V.S.Əliyevin və k.e.n. Z.H.Əsədovun rəhbərliyi ilə dissertasiya işini yerinə yetirmişdir. G.A.Əhmədovanın namizədlik işi neft sənayesində müxtəlif məqsədlərlə istifadə oluna bilən akrilat tipli oliqomer və polimer təbiətli yeni səthi-aktiv maddələrin (SAM) alınmasına, tədqiqinə və tətbiqinə yönəldilmişdir. Alınmış SAM-lar yeraltı laylardan neftin sıxışdırılıb çıxarılma əmsalının artırılmasında, neft quyularının qazılması zamanı qazma məhlullarının fiziki-mexaniki göstəricilərinin stabilləşdirilməsində, qazma zonasının izolə edilməsində, ətraf mühiti hidrogen sulfidlə çirkləndirən sulfatreduksiyaedici bakteriyaların həyat fəaliyyətinin qarşısının alınmasında yüksək effektivlik göstərmişlər.
Gülnarə Əsgərova
Güllər
Güllər küçəsi — Ağdam rayonunun Qaradağlı kəndinin ərazisində yerləşən küçə. == Tarixi == 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Güllər küçəsi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artilleriya silahları ilə atəşə tutub. Lakin, Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Güllər küçəsi yenə də ağır artilleriya silahları ilə atəşə tutulub. Lakin, Azərbaycan Ordusu Dağlıq Qarabağda baş verən toqquşma zamanı qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri atəşkəsi pozması nəticəsində Güllər küçəsinə mərmi düşməsədə əhali təşvişə düşüb. Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı onların qarşısın alaraq atəş nöqtələrinə cavab tədbirləri görüblər. == İnfrastruktur == 2011-ci ilin oktyabrın 1-də Güllər küçəsinə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. 2012-ci ilin sentyabrın 1-də Güllər küçəsinə ilk dəfə telefon xətti çəkilib. 1984-cü ildə Güllər küçəsində uşaq bağcasının təməli qoyulub.
Gülnar
Gülnar (türk. Gülnar) — Mersin ilinin ilçəsi.
Gülsar
Gülsar— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,013 nəfər və 2,775 ailədən ibarət idi. Gülsar şəhəri,Böyük Seyfabad və Xalisə Seyfabad kəndlərinin birləşməsindən yaranıb.
Gülzar
Gülzar (Kirman)
Sülalə
Xanədan və ya sülalə — Monarxiya quruluşlu dövlətlərdə irs əsasında nəsil hakimiyyəti silsiləsi.
Qular (Bükan)
Qular (fars. ‎‎قولر‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (23 ailə).
Qular (Çaldıran)
Qular (fars. قولار‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 64 nəfər yaşayır (11 ailə).
Tulare qraflığı (Kaliforniya)
Tulare — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 442,179 nəfər olmuşdur. Mərkəzi Visaliya şəhəridir.
Qular fillərə əks olunur
Gilar
Gilar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gilar Yardımlı rayonunun Şəfəqli inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahili ilə İran sərhədi arasında dağətəyi ərazidədir. Etnotoponimdir. Qədim Volqa Bulqarıstanında XIII-XIV əsrlərdə Gilan şəhəri və gilan tayfası qeydə alınmışdır. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar. Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur.
Gübrə
Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər: tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr; tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr; tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr; torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr; 5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.
Gülab
Gülab - Azərbaycanda qida məhsullarının hazırlanmasında (əsasən içkilərin və müxtəlif xörəklərin), toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə müxtəlif içkilərə qatılaraq susuzluğu yatırmaq üçün içilir. == Ümumi məlumat == Gülab ayrıca içilən içki deyildir. Ondan yeyilən və içilən qidaların ətirli olması üçün istifadə edilir. Dörd kiloqram qızılgüldən altı litr əla keyfiyyətli gülab alınır. == Tərkibi == Bu içkidən 6 litrt hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qızılgül ləçəyi – 4 kq, su – 6 litrdən çox. == Hazırlanma qaydası == Gülab çəkməkdən ötrü qızılgülü dərib, adi mis qazanın içərisinə yığır və gülün üst səthindən azacıq yuxarı qalxmaq şərtilə su tökürlər. Qazan ocağın üstünə qoyulur. Sonra qazanın ağzına gildən və ya misdən hazırlanmış əngənək adlanan qabı çevirib kip bərkidilir. Boş qalan yer səliqə ilə xəmirlənir. Bundan sonra əngənəyin böyründəki deşiyə, təxminən 1-1,5 metr uzunluğunda qamış (plasmas və ya xüsusi metal boru) taxılır.
Güllə
Güllə kinetik mərmi olub, odlu silahın sursatının bir hissəsidir və lülədən atılır. Onlar mis, qurğuşun, polad, polimer, rezin və hətta mum kimi müxtəlif materiallardan hazırlanır və ovçuluq, hədəf atəşi, təlim və döyüş kimi xüsusi funksiyalar da daxil olmaqla müxtəlif forma və konstruksiyalarda (nəzərdə tutulan tətbiqlərdən asılı olaraq) hazırlanır. Güllələr çox vaxt sivri olur ki, bu da onları daha aerodinamik edir. Güllə ölçüsü həm imperial, həm də metrik ölçü sistemlərində çəki və diametr ("kalibr" kimi istinad edilir) ilə ifadə edilir. Güllələr adətən partlayıcı maddələrdən ibarət olmur, lakin zərbə və nüfuzetmə zamanı kinetik enerjini ötürərək nəzərdə tutulan hədəfi vurur və ya zədələyir. == Sürəti == Bir çox patronda istifadə edilən güllələr səs sürətindən daha sürətli ilk çıxış sürəti ilə atılır — saniyədə 343 metr (quru havada 20 °C (68 °F) və beləliklə, yaxınlıqdakı hər hansı müşahidəçi atış səsini eşidənə qədər hədəflərinə qədər əhəmiyyətli məsafələr qət edə bilir. Remington 223 kimi tüfəng güllələri lülədən 4,390 km/saat (2,730 mil/saat) sürətlə çıxır. 9 mm-lik bir güllə Luger tapançasından 2,200 km/saat (1,370 mil/saat) sürətlə uçur. Eynilə, AK-47, 2,580 km/saat (1,600 mil/saat) ilk çıxış sürətinə malikdir İlk həqiqi silah Çində 1288-ci ildə Yuan sülaləsinin monqol üsyançılarına qarşı həlledici qələbə qazanmaq üçün istifadə etdiyi metal əl topunun ixtirası ilə atəş nizəsindən (çini qəlpələri atan bambuk boru) təkamül etdi. Artilleriya topu 1326-cı ildə, Avropa əl topu isə 1364-cü ildə meydana çıxdı.
Gülmə
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Güllər və quşlar (İrəvani)
Güllər və quşlar — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Bu rəsm-trafaret uzunsov kağız üzərində çəkilmişdir. Yarpaqlar və çiçəkli budaqların sallandığı vaza kənarlarını xatırladan kompozisiya vertikal şəkildə təşkil edilmişdir (fuksiya, lalə və itburnu çiçəklərindən). Qızılgül tumurcuqları kompozisiyaya tamlıq bəxş edir. Kompozisiyanın mərkəzində itburnu və süsən çiçəkləri arasında iki erkək qırqovul yerləşdirilib. İki erkək fazan isə qızılgüllərdən yuxarıda təsvir edilib. Quşların hərəkət və cins elementləri, süsənin rəng çaları, çəhrayı tumurcuqlar və onlara uyğun budaqların rəngləri düzgün verilib. == İstinadlar == == Ədəbiyyat == Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред.
Baqrationi sülalə
Baqrationlar və ya Baqrationilər (gürc. ბაგრატიონები) — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır. Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir. == Milli mənşəyi == Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə - b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir. == İlkin Baqrationilər == == Orta əsrlərdə == XI-XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089-1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi.
Butare
Butare-(1962 ilədək Astrida) – Ruandanın cənubunda şəhər. Butare prefekturasının inzibati mərkəzi. == Əhalisi == Əh. 103,3 min (Kiqalidən sonra ölkənin ikinci şəhəri; 2009). Avtomobil yolları qovşağı. == Tarixi == 1920 ildə salınmışdır. == Mədəniyyəti == Ruandanın elm, mədəniyyət və ticarət mərkəzidir. Ruandanın Aqronomiya Elmləri İnstitutu (1962), Elmi və Texnoloji Tədqiqatlar İnstitutu (1989), Milli Universitet (1963); Universitet kitabxanası, Milli muzey (1989;etnoqrafik kolleksiya) burada yerləşir. == İstinadlar == Butare // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild.
Guarea
Guarea (lat. Guarea) — meliekimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Guarea:The Plant List saytında takson barədə məlumat.
Qulalı
Qulalı (Şəmşəddin)
Quqark
Böyük Qarakilsə, Kirovakan, Vanadzor — Ermənistan Respublikasında şəhər, Loru mərzinin inzibati mərkəzi. Keçmiş Quqark rayonunun inzibati mərkəzi. == Tarixi == 1924-cü ildən respublika tabelidir. İrəvan şəhərindən 145 km məsafədədir. Böyük Qarakilsə İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd olmuşdur. 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə (1930–1935), Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə həmin tarixdən 1993-cü ilə, yəni ləğv olunana qədər Kirovakan, 1993-cü ildən etibarən isə Vanadzor adlandırılmışdır. Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir.
Qutlar
Qutlar və ya qotlandlılar (isv. Guta, Gutar) — e.ə. II əsrdən I və II minilliyin sonlarına qədər Baltik dənizindəki Qotland adasında məskunlaşmış qədim german tayfası. Qutlar qədim qutniş dilində danışırdılar, lakin bu dil XVII–XVIII əsrlərdə İsveç dilinə assimilyasiya olunmuşdur. Qutlar haqqında məlumat "Qutasaqa"da yazılmışdır. Qutlara çox vaxt qotlar deyilirdi. Qotlandın əhalisinə istinad etmək üçün istifadə edilən "qut" etnonimi ilə qədim İslandiya dilinin şərq və qərb dialektlərində qot etnonimi eyni səslənir. Bütün german tayfaları arasında bu etnonim yalnız qotlara və qutlara aiddir.
Quşlar
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.