SEYİDXAN
SEYİDYƏHYA
OBASTAN VİKİ
Seyidrza Mirkərim oğlu
Seyid-Rza Mir Kərim oğlu (12 yanvar 1925, Bakı – 27 iyul 1995, Bakı) — neftçi-geoloq, professor, pedaqoq, ictimai xadim, texnika elmləri doktoru (1962), Azərbaycanın Əməkdar ixtiraçısı (1964), SSRİ-nin Əməkdar ixtiraçısı (1989), AMEA-nın müxbir üzvü (1980) == Həyatı == Seyid-Rza Mir Kərim oğlu 12 yanvar 1925-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə Bakıda yerləşən 132 nömrəli orta məktəbi vaxtından əvvəl əla qiymətlərlə bitirib və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz quyularının qazıl­ması ixtisası üzrə Neft-mədən fakültəsinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == Seyid-Rza Mir Kərim oğlu institutda təhsil almaqla yanaşı, 1943-1946-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasında laborant vəzifəsində çalışıb. Universiteti bitirdikdən sonra təyinatla "Azneft" Birliyinin Turbin Qazma Trestinin Şərq kontoruna göndərilib. O, burada mühəndis, sahə rəisi, istehsalat-texniki şöbəsinin rəisi və baş mühəndis vəzifələrini icra edib. 1943-cü ildə həmin idarə Seyid-Rza Kərim oğlunun rəhbərliyi ilə Köhnə Bilgəh burnunda 2550 metr dərinliyi və 800 metrdən artıq əyrintisi olan bir quyu qazıb. Bu o zaman dünya rekordu hesab edilirdi və gənc mütəxəssisin böyük uğuru kimi qiymətləndirilirdi. 1949-1950-ci illərdə Seyid-Rza idarənin baş mühəndisi kimi yeni açılmış "Kürkən-dəniz" yatağında istismar qazmasına rəhbərlik edib. Seyid-Rza Mir Kərim oğlu 50-ci illərin əvvəllərində Dənizdə İstismar Quyularının Qazılması İdarəsində baş mühəndis kimi çalışıb.
Seyidnisə Seyidrzayeva
Seyid-Nisə Seyid-Rzayeva (15 noyabr 1947, Bakı – 6 avqust 2015, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (2015). == Həyatı == Seyid-Rzayeva Seyid-Nisə Mir Tağı qızı 15 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhər 31 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsində ali təhsil almışdır. Seyid-Nisə xanım təyinatla 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləməyə başlamışdır. O, 1980-ci ildə fizika-riyaziyyat elmləri namizədi,2015-ci ildə isə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. "Yarımkeçiricilər fizikası" üzrə dosent elmi adına layiq görülən Seyid-Nisə Seyid-Rzayeva ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Seyidnisə Seyidrzayeva 2015-ci il avqustun 6-da avtomobil qəzasında dünyasını dəyişmişdir. Elmi əsərlərinin sayı-73 Xaricdə dərc olunan əsərlərinin sayı-32 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-21 Dil bilikləri- Azərbaycan, Rus və İngilis == Əsas elmi nəticələri == 1. Qadağan zonası olmayan HgTe və CdxHg1-xTe yarımkeçiricilərində kinetik effektlərin nəzəriyyəsini qurmuşdur.