Yuxarı Seyidəhmədli
Yuxarı Seyidəhmədli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Təxminən 400–450 evdən ibarət idi. Kənddə klub, idarə binası, kitabxana, tibb məntəqəsi və tam orta məktəb var idi. Qonşu kəndlərdən uşaqlar (Aşağı Seyidəhmədli, Qorqan, Aşağı Aybasanlı, Merdinli, Alxanlı) bu kəndin məktəbinə oxumağa gələrdilər. Kəndlə rayon arasında hər gün avtobus işləyərdi. Həmin avtobus Şükürbəyli kəndindən gəlib Aşağı Seyidəhmədli və Yuxarı Seyidəhmədli kəndlərindən keçib Füzuliyə gedərdi. Kəndin müxtəlif yerlərində artezian quyuları var idi.
== Tarixi ==
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.
Yuxarı Seyidəhmədli kəndinın yaranması təxminən XVll-XVlll ci əsrlərə təsadüf edir.