Aşağı Seyidəhmədli

Aşağı SeyidəhmədliAzərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli kənd inzibati ərazi dairəsində kənd.[2]

Aşağı Seyidəhmədli
39°34′23″ şm. e. 47°18′22″ ş. u.HGYO
Ölkə
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1912[1]
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
Aşağı Seyidəhmədli xəritədə
Aşağı Seyidəhmədli
Aşağı Seyidəhmədli

Təxminən 200–250 evdən ibarət idi. Kəndin ərazisindən cəbhə xətti keçirdi. Erməni qoşunları vaxtilə bu ərazidə tez-tez atəşkəsi pozaraq Azərbaycan Ordusunun mövqelərinə hücum etməyə cəhd göstərirdilər.[3][4][5]

21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[6]

Aşağı Seyidəhmədli kəndinın yaranması 1600–1700-cü illərə təsadüf edir. Bu kənddə insanlar özlərinə ev tikmək üçün bünövrə qazdıqda bəzi yerlərdə torpağın altında, bəzəndə kiçik təpələrdə yaşı 3–4 min illərlə ölçülən (Norveçdə, Skandinavyada qədim İvarlarla eynilik təşkil edən) sağsı qab-qacaq qırıntılarına rast gəlinərdi. Bəzi qazma zamanı qiymətli sikkələr belə tapıldığı olub. Kəndin bəzi bölümündə tapılan qab parçaları Quruçay mədəniyyətinə aid olan əşyaları özündə əks etdirir. Yerli mənbələrdə kənd evləri palçıqdan yarıqazma şəklində tikilir və ev sayı "tüstü" formasında sayılırdı (məsələn: 30 tüstü, yəni 30 ev). Kənd əhalisi hansı soydan gəldiyini araşdırma zamanı və digər qonşu kəndlərdə araşdırıldıqda əsasən kökü, indiki İran İslam Respublikasının ərazisində Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı, o zamankı adıyla Qaradağ mahalının Dilboz kəndinə gedib çıxır. Bu kəndin əsasən soyu 24 oğuz boyundan biri olan Yaparlı (iva, ivarlı) boyundan gəlməkdədir. Digər qaynaqlara görə Alxanlı (24 oğuz boyunun qolu olan Ay xan isminin dəyişmiş forması) kəndinın əhalisidə bu ərazidən buraya köçənlərdir. Kəndin bir sıra ailələri (məsələn: Xəlillilər, Əliquluuşağı və s.) 1680–1700-cü illərdə İran Azərbaycanının Qaradağ mahalından buraya köçmüşlər. Buraya ilk əvvəl Qacarların mənfur siyasətinin bir parçası olan köçəri erməni əsilli əhalinin əhəmiyyətli torpaq sahələrinə yerləşdirmək üçün Vərzigana köçürülməsi nəticəsində, buna etiraz edən bölgənin tanınmış din adamı olan Övliya Seyyid Əhməd ağa və qardaşı Seyyid Mahmud ağa buranın əhalisini, indiki Aşağı Seyidəhmədli kəndinin ərazisinə gətirmiş. Seyid Əhmədli (Yuxarı və Aşağı Seyidəhmədli, Alxanlı, Şükürbəyli, QorqanQaraxanbəyli sakinlərinin bir qismi) kəndi ilə ən yaxın qohumluq əlaqəsi əsasən, indiki Ermənistan Respublikasının ərazisində qalan, Qərbi Azərbaycanın Dərələyəz mahalının əski tarixi mənbələrdə Qarababa mahalı Arpa çayının sağ sahillərinə və qonşu Türkiyə Republikasının bəzi vilayətlərində rast gəlinir. Məsələn Antalya ilinin Manavqat ilçəsininin Seydilər kəndi, Bolu ilinin Gərədə ilçəsinin Afşardarağçı, Tatlar, Birinci Afşar, İkinci Afşar, Əmirlər və sair kəndlər, Ankara ilinin Bala ilçəsi Afşar, Ağqoyunlu kəndləri, Çorum ilinin Alaca, Qəhrəmanmaraş Afşin ilçəsi Örənli kəndi, Nadirköy kəndi, Tatlar kəndi və sair kəndlər.

Kənd QuruçayKöndələnçay arasındadır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin yerləşdiyi coğrafi mövqeyi, ikinci komponenti isə seyid-əhmədli nəslinin adını əks etdirir.[7]

Aşağı Seyidəhmədli kəndində əvvəllər ibtidai, sonralar 8 illik və nəhayət orta məktəb açılmışdır. Bu kənddə işğala qədər 2 məktəbəqədər uşaq bağçası da olub.[mənbə göstərin]

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Osman Kazımov — tanınmış hüquqşunas
  • Sədman Hacıyev — Sosialist Əməyi Qəhrəmanı.
  • Nəcəf Hacıyev
  • Yaşar Novruzov Qarabağlı — ziyalı, publisist, şair.
  • Anar Abasov
  • Tofiq Nəcəfli — bitkiçilik sahəsində 10-a yaxın kitab müəllifi.
  • Hümbət Hümbətov — Aqrar elmlər üzrə fəlsəfə doktoru, ADAU-nun professoru.
  • Mehman Kazımlı
  • Zamin Hacı — jurnalist. Yeni Müsavatda köşə yazarı.
  • Xalid Kazımov
  • Nəzərova Şəhla Adışirin qızı — İngilis dili üzrə müəllim.
  • Ülviyyət Quliyev-Hüquqşünas

Nəcəfqulular tayfası bu kənddəndir. Bu kənddə çəkilmiş bəzi məsəllər indidə el arasında məsəl çəkilir. Məsələn: Qayınana filmində "Ölmüşdü Xankişi", "İlanı Seyid Əhməd əli ilə tutur" və sair məsəllər.[mənbə göstərin]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Dağ ətəyində yerləşən kənd qışı qismən şaxtalı, yayı isə mülayim olur.

Kənddə 1990-cı ilə olan məlumata görə 1500–1600 nəfər əhali yaşayırdı.[8]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Aşağı Seyidəhmədli kəndində texniki üzümçülüyə əlverişli iqlim olduğundan sovet dövründə yer altı saxlama yerləri olan spirt zavodu yerləşirdi.

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Ermənilər təmas xəttində fəallaşıb – anspress.com". 2011-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-17.
  4. "Ermənilər atəşkəs rejimini yenə pozublar". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-17.
  5. "Ermənilər cəbhə xəttində fəallaşıb – azxeber.com". 2012-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-17.
  6. "Füzulinin bu kəndləri də işğaldan azad edildi!". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.
  7. Aşağı Seyidəhmədli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  8. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629