Cəfər Seyidəhməd Krımər

Cəfər Seyidəhməd Krımər (1 sentyabr 1889, Krasnokamenka[d], Yalta qəzası[d], Tavriya quberniyası[d], Rusiya imperiyası3 aprel 1960, İstanbul, Türkiyə) – Krım Türklərinin liderlərindəndir. Yaltada doğulub. 1917-ci ilin 26 noyabrından Krım Xalq Respublikasında Hərb və Xarici İşlər Naziri olub. Krımın işğalından sonra Türkiyə və Avropada Krımın istiqlalı mücadiləsini aparıb. Məhəmməd Əmin Rəsulzadənin yaxın əqidə dostlarından olub.[1]

Cəfər Seyidəhməd Krımər
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1889(1889-09-01)
Doğum yeri
Vəfat tarixi 3 aprel 1960(1960-04-03) (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti yazıçı, siyasətçi, vəkil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

RəsulzadəMirzə Bala Məmmədzadənin önəmli yoldaşlarından biri də antisovet fəaliyyəti ilə tanınan, böyük türkçü Qaspıralı İsmayılın məktəbini davam etdirən Cəfər Seyidəhməd Krımərdi. Cəfər Krımər 1 sentyabr 1889-cu ildə Krımın Yafta vilayətinin Kızıltac kəndində anadan olmuşdur. Daha sonra gənc yaşlarında təhsil almaq üçün İstanbula getmişdir. 1917-ci ildə I Krım-Tatar Xalq Konqresinin yaradılmasında, 1917-ci il noyabrın 1-də Krım Xalq Cümhuriyyətinin elan edilməsində, konstitusiyanın, seçki qanununun hazırlanmasında Krım Müsəlmanları Mərkəzi İcraiyyə Komitəsinin və Baş qərargahın yaradılmasında onun böyük xidmətləri olmuşdur. 1918-ci ildə bolşeviklər Krımı işğal edib Çələbi Cihan və dostlarını güllələyəndə Cəfər Seyidəhməd Krımər Türkiyəyə getməyə məcbur oldu. Azərbaycanlı mühacirlərin nəşrlərinə hər fürsətdə kömək etməyə çalışan Cəfər Seyidəhməd Krımər 1930–1931-ci illərdə "Bildiriş" qəzetinin səhifələrində Krım-tatar xalqının tarixi, ədəbiyyatı və sivilizasiyası ilə bağlı məqalələr dərc etdirmişdir. Onun Bildirişdə dərc olunan "Krım istiqlal müharibəsinin səbəbləri və əsasları", "Sovet Rusiyasının son vəziyyəti" adlı məqalələri SSRİ ərazisində yaşayan qeyr-rus xalqların yaşayışı barədə məlumat verirdi.[2]

O, ömrünün sonuna kimi Krım-tatar ictimaiyyətində böyük hörmətlə anılmışdır. Sovet rejiminin amansız düşməni Krımər İkinci Dünya Müharibəsi zamanı Türkiyənin siyasi ehtiyatla qəbul etmədiyi alman əsirliyində əsir düşmüş insanları dünyanın müxtəlif ölkələrində məskunlaşdırmağa çalışaraq xilas etmişdir. Cəfər Seyidəhməd Krımər 3 aprel 1960-cı ildə vəfat edib.[3]

  1. ""Məhəmməd Əmin Rəsulzadə ensklopediyası"" (PDF). 2016-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-01. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. Nağıyev, 2001. səh. 252
  3. Ənsərli, 1998
  • M.Ənsərli. Cəfər Seyid Əhməd Krımər. Bakı: «Qartal» nəşriyyat. 1998.