SİPASGÜZAR
SİPƏHBUD
OBASTAN VİKİ
II Rüstəm xan Sipəhsalar
Rüstəm xan (XVII əsrin ikinci yarısı) — Səfəvi hərbi komandiri, qulam və gürcü Saakadze nəslindən bir məmur. Baş komandan (sepahsalar), silahlı korpusun komandiri (tofanqçi ağası), kansler / baş ədliyyə (divanbəyi) və Şah Süleyman Səfəvi (1666-1694) hakimiyyəti zamanında Təbriz bəylərbəyliyinin bəylərbəyi vəzifələrini icra edib. Rüstəm xan Səfiqulu xanın oğlu və eyni zamanda baş komandan və Azərbaycanın bəylərbəyi vəzifəsini icra etmiş görkəmli babasının adını daşıyırdı. İtalyan səyyahı Qemelli Karerinin dediyinə görə Bican bəy Şeyxəli xan Zəngənənin vəzir olduğu zaman mərhəmətindən məhrum olduqda, qardaşı oğlu Rüstəm xanın müdaxiləsi ilə xilas oldu. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. səh. 19-22.
Mirzə Hüseyn xan Sipəhsalar
Mirzə Hüseyn xan Mirzə Nəbi xan oğlu Sipəhsalar və ya Müşirüddövlə (1836-1881) — İranın baş naziri, tərəqqipərvər dövlət xadimi == Həyatı == Xalqın Mirzə Hüseyn xan tərəfindən başlanmış islahata bəslədiyi ümid boşa çıxdı. İslahata şərait yaratmaq məqsədilə Mirzə Hüseyn xanın 1873-cü ildə və ikinci dəfə 1878-ci ildə Avropa ölkələrinə səfəri, şahı və dövlət başçılarını Avropa mədəniyyəti və inkişafı ilə yaxından tanış etmək planı da müsbət nəticə vermədi. Mirzə Hüseyn xan xarici siyasət sahəsində də müvəffəqiyyət qazana bilmədi. Çar və İngiltərə dövlətləri arasında rəqabət şiddətləndyi bir vaxtda Mirzə Hüseyn xan ingilis şirkətlərinə böyük imtiyazlar verməyi, onları İrana cəlb etməyi İranın inkişafı və istiqlalı üçün faydalı olacağını düşünürdü. 1881-ci ildə Mirzə Hüseyn xan dövlət dairələrindən və paytaxtdan uzaqlaşdırıldıqdan sonra onun başladığı islahata son qoyuldu. Abdullah Müstofi yazır ki, 1881-ci ildə Mirzə Hüseyn xan Məşhəddə həlak olduqda onun İranda mötədil monarxiya hökuməti yaratmaq arzusu da özü ilə birlikdə aradan qalxdı. == Fəaliyyəti == Mirzə Hüseyn xan Müşirüddövlənin hakimiyyət başına gəldiyi vaxtadək dövlət işləri 16 nazirin iştirakı ilə təyin edilmiş məşvərətxana adlanan bir heyətin əlində idi. Hər hansı bir məsələ bu heyətdə müzakirə edilib, məsləhət görüldükdən sonra, şah onun icrasını istədiyi nazirə tapşırardı. Mirzə Hüseyn xan məşvərətxananı ləğv edərək, onun yerində 9 nazir və bir nəfər baş nazirdən ibarət Nazirlər Şurası Məclisi adlanan bir heyət təşkil etdi. Heyətin tərkibində olan nazirlər bütün işlərdə müştərək məsuliyyət daşıyır, hər nazir öz işində müstəqil olub baş nazirin qarşısında, baş nazir isə şahın qarşısında məsuliyyət daşıyırdı.
Mirzə Məhəmməd xan Sipəhsalar
Mirzə Məhəmməd xan Əmir xan oğlu Dəvəli-Qacar (?-1867) — (Keşikçibaşı və Sipəhsalar olaraq tanınır) Qacarlar dövlətinin hərbi naziri, baş vəziri. == Həyatı == Əmir xanın ikinci oğlu Məhəmməd xan Astrabad yörəsində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Qacar ordusunun sərkərdələrindən idi. Fətəli şah 1834-cu ildə vəfat etdikdən sonra 37 il Farsın hakimi olmuş oğlu Hüseynəli mirzə özünü şah elan edərək Hüseynəli şah adı ilə taxta əyləşdi. Adına xütbə oxutdu və sikkə kəsdirdi. Məhəmməd şah Baş nazir Mirzə Əbülqasim Qaimməqamla məsləhətləşərək kiçik qardaşı Firuz mirzəni Mənücöhr xan Mötəmədüddövlə və bir neçə ingilis zabiti ilə iki qardaşı, Hüseynəli və Həsənəli mirzəni, əmilərini zərərsizləşdirmək üçün Şiraza yola saldı. Onlarla yola düşən zabit və ordu sərkərdələrindən biri də Mirzə Məhəmməd xan Dəvəli idi. Məhəmməd xan 1852-ci ildə Baş Keşikçibaşı vəzifəsinə təyin olunmuş, Simnan və Damğan hökumətləri ona tapşırılmışdı.
Rüstəm xan Sipəhsalar
Rüstəm xan Bicən bəy oğlu Saakadze (gürc. როსტომ-ხან სააკაძე) (d. 1588 — ö. 1643) — Təbriz bəylərbəyi, Səfəvilər ordusunun komandanı. == Həyatı == Rüstəm xan Bicən sultan oğlu 1580-ci ildə anadan olmuşdu. Rüstəm xan 1635-ci ildə Şah Səfi tərəfindən Azərbaycana bəylərbəyi təyin edilmişdi. ХVII yüzilin 30-cu illərinin əvvəllərində Osmanlı dövlətinin də Şərq sərhədlərində vəziyyət o qədər yaxşı deyildi. Sərhəd mahallarının hakimlərində mərkəzdənqaçma meyli olduqca güclənmişdi. Bu mahalların bəzilərində yaşayan kürdlər belə bir iç durumdan istifadə edərək Osmanlı və Səfəvi dövlətləri arasında manevr edib onların hər ikisinə zərbə vururdular. Osmanlı dövlətinə tabe olan Həkkari kürdlərinin xəyanəti və öyrətməsi ilə Azərbaycan bəylərbəyi Rüstəm xan Vanı mühasirəyə aldı, ancaq Diyarbəkir hakimi Murtuza paşa və Ərzurum hakimi Xəlil paşanın köməyə gəlməsi ilə mühasirədən əl çəkib geri döndü.
Sipəhsalar
Sipəhsalar (fars. سپاه‎; sipəh – ordu + salar – başçı; hərf. "ordu komandanı") — orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda ordunun ali baş komandanı. Bir qayda olaraq, ən görkəmli sərkərdələri sipəhsalar təyin ediblər. Bu termin Abbasilər(750-1258) dönəmində yaranıb. Samanilər(875-999), Qəznəvilər(X-XII əsrlər) və Səlçuqlar (1038-1157) dövründə sipəhsalar ölkənin siyasi həyatında mühüm rol oynayıb. Səfəvilər dövlətində Azərbaycan bəylərbəyi sipəhsalar titulu daşıyıb.
взаимоподде́ржка выкрута́сы галдёж модернизи́ровать пантова́р сумасше́дшая укла́дчица коче́вье ли́ктор опцио́н приобщи́ть пря́но разблоки́роваться порфира airman cockle ejecta lime-pit rug scorecard vast heaving йота оснастка склеротический устный