Mirzə Hüseyn xan Sipəhsalar

Mirzə Hüseyn xan Mirzə Nəbi xan oğlu Sipəhsalar və ya Müşirüddövlə (1836-1881) — İranın baş naziri, tərəqqipərvər dövlət xadimi

Mirzə Hüseyn xan Sipəhsalar
Mirzə Hüseyn xan Mirzə Nəbi xan oğlu Sipəhsalar
میرزا حسین خان سپهسالار
Digər adları Sipəhsalar, Müşirəddövlə
Doğum tarixi
Doğum yeri Qəzvin, İran
Vəfat tarixi (44 yaşında)
Vəfat yeri Məşhəd, Xorasan əyaləti, İran
Fəaliyyəti siyasətçi
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xalqın Mirzə Hüseyn xan tərəfindən başlanmış islahata bəslədiyi ümid boşa çıxdı. İslahata şərait yaratmaq məqsədilə Mirzə Hüseyn xanın 1873-cü ildə və ikinci dəfə 1878-ci ildə Avropa ölkələrinə səfəri, şahı və dövlət başçılarını Avropa mədəniyyəti və inkişafı ilə yaxından tanış etmək planı da müsbət nəticə vermədi.

Mirzə Hüseyn xan xarici siyasət sahəsində də müvəffəqiyyət qazana bilmədi. Çar və İngiltərə dövlətləri arasında rəqabət şiddətləndyi bir vaxtda Mirzə Hüseyn xan ingilis şirkətlərinə böyük imtiyazlar verməyi, onları İrana cəlb etməyi İranın inkişafı və istiqlalı üçün faydalı olacağını düşünürdü. 1881-ci ildə Mirzə Hüseyn xan dövlət dairələrindən və paytaxtdan uzaqlaşdırıldıqdan sonra onun başladığı islahata son qoyuldu. Abdullah Müstofi yazır ki, 1881-ci ildə Mirzə Hüseyn xan Məşhəddə həlak olduqda onun İranda mötədil monarxiya hökuməti yaratmaq arzusu da özü ilə birlikdə aradan qalxdı.

Mirzə Hüseyn xan Müşirüddövlənin hakimiyyət başına gəldiyi vaxtadək dövlət işləri 16 nazirin iştirakı ilə təyin edilmiş məşvərətxana adlanan bir heyətin əlində idi. Hər hansı bir məsələ bu heyətdə müzakirə edilib, məsləhət görüldükdən sonra, şah onun icrasını istədiyi nazirə tapşırardı. Mirzə Hüseyn xan məşvərətxananı ləğv edərək, onun yerində 9 nazir və bir nəfər baş nazirdən ibarət Nazirlər Şurası Məclisi adlanan bir heyət təşkil etdi. Heyətin tərkibində olan nazirlər bütün işlərdə müştərək məsuliyyət daşıyır, hər nazir öz işində müstəqil olub baş nazirin qarşısında, baş nazir isə şahın qarşısında məsuliyyət daşıyırdı. Müşirüddövlənin təşkil etdiyi şura Avropa ölkələrində nazirlər heyəti və ya dövlət heyəti adlanan heyətlərə oxşar tərtib edilmişdi. Etimadüssəltənənin yazdığına görə, bu heyət daşıdığı məsulyyət və malik olduğu mahiyyət etibarilə daha çox çar Rusiyasının dövlət şurasına bənzəyirdi.

Bu dəyişiklik və ya "islahat" vaxtilə fəramuşxanə və Melkum xan tərəfindən tərtib edilmiş "Kitabçeye qeybi və ya dəftəre tənzimat" da dövlət quruluşu haqqında verdiyi maddələrdən bəzilərinin həyata keçirilməsinə başlanqıc idi. Şübhəsiz, Mirzə Hüseyn xan bir çox məsələlərdə Melkum xanla və fəramuşxanənin digər üzvlərilə həmrəy və həmfikir idi. Melkum xan sürgün edildikdən sonra Mirzə Hüseyn xan tərəfindən İstanbuldakı İran səfarətxanasında işə cəlb edilir və Mirzə Hüseyn xanın sə'yi nəticəsində sarayın Melkuma qarşı olan nəzəri dəyşir. Bir müddətdən sonra Melkum İrana çağırılır və məşvərətçi nazir sifətilə nazirlər heyətinə daxil edilir.

Mirzə Hüseyn xan Müşirüddövlə dövlət quruluşunda, maliyyə, məhkəmə, hərbi işlərdə və bir çox digər sahələrdə başladığı islahat ilə mürtəce ruhaniləri özünə qarşı qaldırmaqla bərabər fəramuşxanə üzvlərini və digər mütərəqqi ziyalıları ruhlandırır, onları siyasi, ictimai işlərdə fəaliyyət göstərməyə cürətləndirirdi. Bu hadisə bir çox sahədə, xüsusilə dövlət dairələrində köhnə feodal quruluşu ilə yeni canlanmaqda olan burjua nümayəndələri arasında gedən mübarizənin bariz nümunəsi idi.

  • Ənvər Çingizoğlu. Qəzvinilər. "Soy" dərgisi, Bakı, 2010, 34-39.