sosioloji
sovqat
OBASTAN VİKİ
Vaqif Bayramov (sosioloq)
Vaqif Deyruş oğlu Bayramov (28 yanvar 1957, Tbilisi) — Rusiya alimi; Sosiologiya elmləri doktoru, professor. Moskva Dövlət Humanitar‑İqtisad Universitetinin rektoru. Bayramov Vaqif Deyruş oğlu 1957-ci il yanvarın 28-də Tbilisi şəhərində anadan olub. 1986-cı ildə Moskva Metallurgiya İnstitutunu “metallurgiya sobalarının istilik texnikası və avtomatlaşdırılması” ixtisası üzrə, 2002-ci ildə A.S.Puşkin adına Leninqrad Dövlət Vilayət Universitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin dissertasiya şurası 2003-cü ilin may ayında V.Bayramova siyasi elmlər namizədi elmi dərəcəsi verib. O, 2004-cü ildən Moskva Dövlət Humanitar-İqtisad İnstitutunda (2014-cü ildən Moskva Dövlət Humanitar-İqtisad Universiteti) əvvəlcə dekan, sonra institutun birinci prorektoru vəzifəsində çalışıb. 2006-cı ildən həmin institutun rektorudur. 2009-cu ilin aprel ayında sosiologiya elmləri doktoru elmi dərəcəsini, 2010-cu ildə isə professor elmi adını alıb. Onun 30 ildən çox ümumi əmək stajı var. V.Bayramov institutun maddi-texniki bazasını genişləndirmiş təcrübəli rəhbərdir.
Con Urri (sosioloq)
Con Riçard Urri (ing. John Richard Urry; 6 yanvar 1946, London – 18 mart 2016, Lankaster[d]) — Britaniya sosioloqu. Lancaster Universitetində professor vəzifəsində çalışmışdır. O, turizm və mobillik sosiologiyası sahələrində fəaliyyəti ilə seçilir. Urri müasir cəmiyyətin bir çox digər aspektləri, o cümlədən "mütəşəkkil kapitalizmdən uzaqlaşma", təbiət sosiologiyası, envayromentalizm və ümumilikdə sosial nəzəriyyə haqqında kitablar yazmışdır. Con Riçard Urri 1 iyun 1946-cı ildə Londonda anadan olmuşdur. Heyberdeşers Eşk Oğlanlar Məkətində təhsil almışdır. O, 1967-ci ildə Kembricdə Məsih Kollecində ilk dərəcələrini, İqtisadiyyat üzrə "ikiqat birinci" bakalavr və magistr dərəcəsini, 1972-ci ildə sosiologiya üzrə fəlsəfə doktoru dərəcəsini qazanmışdır. O, 1970-ci ildə Lankaster Universitetinin Sosiologiya kafedrasına müəllim kimi gəlmiş, 1983-cü ildə kafedra müdiri, 1985-ci ildə isə professor olmuşdur. Urri Kral İncəsənət Cəmiyyətinin üzvü, Birləşmiş Krallıq Sosial Elmlər üzrə Öyrənilmiş Cəmiyyətlər Akademiyasının təsisçi akademiki olmuşdur.

Digər lüğətlərdə