SUBYEKTİVLİK
SUCİNCİLİMİ
OBASTAN VİKİ
Sucə (Üşnəviyyə)
Sucə (fars. سوجه‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 489 nəfər yaşayır (69 ailə).
Sucəddim ayini
Sucəddim ayini (az-əbcəd. سو جدیم آیینی‎) — Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında yayılmış adət. Bu ayində insanlar bir-birinə su atır və ya insanlar suya atılır. Yaz ayında keçirilir. == Etimologiyası == Sucəddim "su" və "cəddim-baba" sözlərindən yaranmış mürəkkəb sözdür. Sucəddim (Subaba) mürəkkəb sözünün özündə də suya inamın izi var. Elə buna görə də mərasim "Sucəddim" adlanmışdır. Türk xalqlarında müqəddəslərə, məbudlara arabir baba da deyirlər. == Tarixi == 1623-cü ildə Səfəviləri ziyarət edən rus taciri 15 avqust tarixində Səfəvi sarayında Şah I Abbasın iştirakı ilə insanların bir-birinə necə su atdığını təsvir edir. Sucəddim ayini, yəni insanların bir-birini sulaması və ya suya atması Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında ən son dövrlərə qədər davam etmişdir.
Sucəddin Mirzəyev
Mirzəyev Sucəddin Qiyas oğlu — azərbaycanlı aktyor. == Həyatı == Sucəddin Mirzəyev 9 iyun 1956-cı ildə Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olmuşdur. İlk təhsilini II Yeddioymaq kəndində , hazırda T. Bayraməlibəyov adını daşıyan orta məktəbdə almışdır . 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. Həmin ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmağa başlamışdır. === Şəxsi həyatı === Ailəlidir, bir oğlu, bir qızı, 4 nəvəsi var. === Qalareya === Teatr tamaşaları şəkilləri == Mükafatları == 25 iyun 2013-cü ildə prezident İlham Əliyevin fərmanı ilə əməkdar artist fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Tamaşalar == Əziz Nesin "Üç yeriyən bədbəxlik" -- Fağır Ə. Nesin "İntihar" — Müştaq bəy Eldar İskəndərzadə "Qalxın, məhkəmə gəlir" --Mətin Xədicə Murad " Artan dovlətinin hekayəti" -- Elgüc Şıxəli Qurbanov "Özümüz bilərik" - Mİriş Süleyman Rüstəm "Durna" - Murad Əbdürrəhimbəy Haqverdiyev "Xortdanın cəhənnəm məktubları" - Hacı Kamyab Fikrət Qoca "Məhkumlar" - Babək Kamran Nəzirli "Şeytan işığı" - Con Şonvis Moris Meterlinq "Korlar" II kor Ramiz Xəlilzadə "Zulus həmayili" --Tennis Rensburq Aleksandr Çxaidze "Çinari manifesti" Qoqi Georgi Xuqayev "Andro ve Sandro" - Dudar Salam Qədirzadə "Şirinbala bal yığır" --Ağaəmi Mar Bayciyev "Toy şənbə günüdür" - Boruş Monkoloyev Qoqol "Müfəttiş" -- Osip Əhmədxan Abubakar "Dulusçu haqqında dastan" -- dilənçi Şiller _ Qaçaqlar -- Şveytser S. Mixalkov "Bahalı oğlan" — Jora Timoxin H. Abbaszadə "General" — Həzi Aslanov H. İbsen "Kuklalar" — Doktor Rank L. Korsunski "Fırıldaqçı" — Ata N. Vəzirov "Hacı Qənbər" -Əşrəf bəy Anar "Şəhərin yay günləri" — Namiq C. Cabbarlı "Sevil" — Balaş N. Nərimanov "Nadir şah" — Şah Təhmas Ə. Haqverdiyev "Bəxtsiz cavan" — Fərhad S. Vurğun "Vaqif" — Əli bəy E. L. Voyniç "Ovod" — Ovod H. Mirələmov "Vicdanın hökmü" — Rəhim H. Mirələmov "Pənah xan Cavanşir" — Allahqulu H. Mirələmov "Ləyaqət" — Kolya X. Murad "Ucalıq" — Mayor İlyas Əfəndiyev "Büllur sarayda" — Bayandur A. Zeynalov "Zəncirlənmiş toy busat" — Şah H. Allahyarov "Bir ovuc torpaq" — Azad Y. Əzimzadə "Nəsrəddin" — Nəsrəddin Sofokl "Şah Edip" — Edip Elçin "Mənim sevimli dəlim" — Ədəbi işçi V. Səmədoğlu "Mamoy kişinin yuxuları" — Fərhad müəllim M. Xubai "Şeytanın oyunları" — Britannik və sair. Qriqori Qorin "Herostratı unudun" — Herostrat Əli Vəlioglu "Əsrlərin harayı" — Harpaq C. Cabbarlı "Vəfalı Səriyyə" — Səfər M.F. Axundzadə "Hacı Qara" — Hacı Qara M.F. Axundzadə "Hekayəti-xırs-quldurbasan" -- Oruc M. F. Axundzadə "Hekayəti-vəziri-xani-Lənkəran" -Teymur aga Əli Fəhmi "Qanlı namə" — Mürşüdqulu xan Visnevski "Nikbin faciə" — Odessalı Beyzai "İlan sultan" — salnaməçi K. Abdulla "Casus" — Qazan xan M. Əliyev "Prokuror" — Səlimxan Q. Nəcəfzadə "İki 23 arasında" ( 2023) Sücəddin Mirzəyevin oynadığı Ü. Hacıbəyovun "Olanlardan-keçənlərdən" və C. Məmmədquluzadənin "Ölülər" tamaşaları Azərbaycan Dövlət Televiziyasında "Qızıl fond"da saxlanılır.