Mirzəyev Sucəddin Qiyas oğlu — azərbaycanlı aktyor.
Sucəddin Mirzəyev 9 iyun 1956-cı ildə Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olmuşdur.
İlk təhsilini II Yeddioymaq kəndində , hazırda T. Bayraməlibəyov adını daşıyan orta məktəbdə almışdır . 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. Həmin ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmağa başlamışdır.
Ailəlidir, bir oğlu, bir qızı, 4 nəvəsi var.
Teatr tamaşaları şəkilləri
25 iyun 2013-cü ildə prezident İlham Əliyevin fərmanı ilə əməkdar artist fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə[1], 7 may 2021-ci ildə[2] və 10 may 2022-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.
- Əziz Nesin "Üç yeriyən bədbəxlik" -- Fağır
- Ə. Nesin "İntihar" — Müştaq bəy
- Eldar İskəndərzadə "Qalxın, məhkəmə gəlir" --Mətin
- Xədicə Murad " Artan dovlətinin hekayəti" -- Elgüc
- Şıxəli Qurbanov "Özümüz bilərik" - Mİriş
- Süleyman Rüstəm "Durna" - Murad
- Əbdürrəhimbəy Haqverdiyev "Xortdanın cəhənnəm məktubları" - Hacı Kamyab
- Fikrət Qoca "Məhkumlar" - Babək
- Kamran Nəzirli "Şeytan işığı" - Con Şonvis
- Moris Meterlinq "Korlar" II kor
- Ramiz Xəlilzadə "Zulus həmayili" --Tennis Rensburq
- Aleksandr Çxaidze "Çinari manifesti" Qoqi
- Georgi Xuqayev "Andro ve Sandro" - Dudar
- Salam Qədirzadə "Şirinbala bal yığır" --Ağaəmi
- Mar Bayciyev "Toy şənbə günüdür" - Boruş Monkoloyev
- Qoqol "Müfəttiş" -- Osip
- Əhmədxan Abubakar "Dulusçu haqqında dastan" -- dilənçi
- Şiller _ Qaçaqlar -- Şveytser
- S. Mixalkov "Bahalı oğlan" — Jora Timoxin
- H. Abbaszadə "General" — Həzi Aslanov
- H. İbsen "Kuklalar" — Doktor Rank
- L. Korsunski "Fırıldaqçı" — Ata
- N. Vəzirov "Hacı Qənbər" -Əşrəf bəy
- Anar "Şəhərin yay günləri" — Namiq
- C. Cabbarlı "Sevil" — Balaş
- N. Nərimanov "Nadir şah" — Şah Təhmas
- Ə. Haqverdiyev "Bəxtsiz cavan" — Fərhad
- S. Vurğun "Vaqif" — Əli bəy
- E. L. Voyniç "Ovod" — Ovod
- H. Mirələmov "Vicdanın hökmü" — Rəhim
- H. Mirələmov "Pənah xan Cavanşir" — Allahqulu
- H. Mirələmov "Ləyaqət" — Kolya
- X. Murad "Ucalıq" — Mayor
- İlyas Əfəndiyev "Büllur sarayda" — Bayandur
- A. Zeynalov "Zəncirlənmiş toy busat" — Şah
- H. Allahyarov "Bir ovuc torpaq" — Azad
- Y. Əzimzadə "Nəsrəddin" — Nəsrəddin
- Sofokl "Şah Edip" — Edip
- Elçin "Mənim sevimli dəlim" — Ədəbi işçi
- V. Səmədoğlu "Mamoy kişinin yuxuları" — Fərhad müəllim
- M. Xubai "Şeytanın oyunları" — Britannik və sair.
- Qriqori Qorin "Herostratı unudun" — Herostrat
- Əli Vəlioglu "Əsrlərin harayı" — Harpaq
- C. Cabbarlı "Vəfalı Səriyyə" — Səfər
- M.F. Axundzadə "Hacı Qara" — Hacı Qara
- M.F. Axundzadə "Hekayəti-xırs-quldurbasan" -- Oruc
- M. F. Axundzadə "Hekayəti-vəziri-xani-Lənkəran" -Teymur aga
- Əli Fəhmi "Qanlı namə" — Mürşüdqulu xan
- Visnevski "Nikbin faciə" — Odessalı
- Beyzai "İlan sultan" — salnaməçi
- K. Abdulla "Casus" — Qazan xan
- M. Əliyev "Prokuror" — Səlimxan
- Q. Nəcəfzadə "İki 23 arasında" ( 2023) Sücəddin Mirzəyevin oynadığı Ü. Hacıbəyovun "Olanlardan-keçənlərdən" və C. Məmmədquluzadənin "Ölülər" tamaşaları Azərbaycan Dövlət Televiziyasında "Qızıl fond"da saxlanılır.
- Tənha durna uçuşu (film, 2003)
- Durnalar qayıtdı (film, 2003)
- Teatr (film, 2004)
- Susmuş vicdan (film, 2010)
- Sevginin göz yaşları (teleserial, 2013)
- Günəşim ol (serial, 2016)