Səccad Şahbazzadə
Səccad Şahbazzadə (fars. سجاد شهباززاده, d. 1990 23 yanvar, İran, Ərdəbil) - azərbaycanlı peşəkar futbolçudur. Karyerası ərzində Saypa, İstiqlal, Alanyaspor, Neft Tehran, Qətər SC, Sepahan kimi klublarda oynamışdır. 2018-ci ilin may ayından Sepahanda oynamaqdadır.
== Klub karyerası ==
=== Gənclik dövrü ===
Futbolla ilk dəfə doğulduğu Ərdəbil şəhərində məşğul olmağa başlamışdır. Uşaq yaşlarında İnter Kampus proqramının Ərdəbildəki akademiyasına qəbul edilmişdir. 14 yaşında Ərdəbilin Zob Ahan Ərdəbil futbol komandasına keçmişdir.
=== Saypa ===
Səccad Şahbazzadə 2010-2014-cü illərdə Saypa komandasında karyerasını davam etdirmişdir. Bütün oyunlar daxil olmaqla burada 9 dəfə fərqlənməyi bacaran Səccad 2014-cü ildə İran futbol liqasının nə güclü komandalarından olan İstiqlala transfer olmuşdur.