İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Səhifeyi Səccadiyyə (ər:الصحيفة السجادية) — On iki imam şiələrinin dördüncü imamı Əli ibn Hüseyn-də aid edilən dua və Allaha yalvarışlardan ibarət kitab.
Kitab Əhli-beyt İncili (انجیل اهل بیت), Ali-Məhəmməd Zəburu (زبور آل محمد) və Quran bacısı (اخت القرآن) adları ilə məşhurdur.[1][2] Bu kitabın kökü dua və Allahla danışmaqdan ibarətdir amma bu duaların içində imam müsəlmanların dünyəvi və üxrəvi işləri, islam məarifi, islam əhkamı, siyasi ictimai və əxlaqi məsələlərə toxunmuşdur.[3]
Bütün Səhifeyi Səccadiyyənin 75 duası varidi ki onu İmam Saccad imam Baqir və qardaşı Zeyd ibni Əliyə verib, onlarda üzündən iki kopya yazmışlar.qorumaq amacıyla Zeyd əlindəki kopyanı Mütəvəkkil ibni Haruna (متوکل بن هارون) vermişdir.[4] Mütəvəkkil imam Sadiq səhabələrindəndir və deyir: "Mən 11 duanı itirmişəm amma 64-ünü rivayət edirəm." Mütəvəkkil özündəki kopyanı İmam Sadiqə göstərib, o da İmam Baqirin kopyası ilə müqayisə edib onlarda bir fərq görməmişdir.[4] İndiki versionunda 75 duadan 54-ü qalmış və mövcuddur. Buna əsasən 75 duadan 21-i düşübdür. Səhifeyi Səccadiyyə ən çox kopyası olan hədis kitablarındandır elə ki iranda ondan 3000 əl kopyası var. Bu kopyaların çoxu İlk Məclisi kopyası üzündən yazılıbdır. Buna görədə onlarda gözə çarpan bir fərqlilik yoxdur.[4] İlk Məclisi özü yazdığı səhifənin sənədini 650-min yolla bilir.[5] Bunlara baxmayaraq Səhifeyi Səccadiyyənin fəsahət və bəlağəti o, qədərdir ki onu məsum olmayan birinin yazdığı gözdən uzaq gəzir.[6]