Məhəmmədhəsən əmi səbir eləyə bilməyib, ikinci səcdədə namazı yarımçıq qoyub özünü tulladı Əhmədin yanına.
□ Səcdə etmək (qılmaq) – qabağında baş əymək, təzim etmək.
Səcdə qıl yarə, könül, baxma o zahid sözünə; Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs.
Qəmgin idim, sizi görüb gülərəm; Qiblədir qaşların, səcdə qılaram.
[Hüseyn:] Nə zaman, harada əmr etsəniz, önünüzdə səcdə etməyə hazıram.
Səcdəyə düşmək (getmək) – bax səcdə etmək.
Düşüb səcdəyə cümlə ixlas ilə; Niyaz etdilər niyyəti-xas ilə.
[Murad bəy] …damağında papiros çöl balkona çıxanda camaat səcdəyə gedərdi.