Səhv səcdəsi

İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin:

  1. Təşəhhüdü unutsa.
  2. Dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığı barədə şəkk edərsə.

Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır:

  1. Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə.
  2. Namaz əsnasında səhvən danışsa.
  3. Namazın salamını verməli olmadığı yerdə məsələn, birinci rəkətdə səhvən salam versə.

Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq.

Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirsin.

Öskürəkdən peyda olan səs üçün, səhv səcdəsi vacib deyildir, amma səhvən nalə çəksə, ya "ah" çəksə və ya "ah" desə, gərək vacib ehtiyata əsasən səhv səcdəsi etsin.

Əgər bir şeyi səhv oxuduqdan sonra, ikinci dəfə səhih oxusa, ikinci dəfə oxumaq üçün səhv səcdəsi vacib deyildir.

Əgər namazda səhvən bir neçə kəlmə danışsa və onların hamısının mənşəyi bir səhv olsa, namazın salamından sonra bir cüt səhv səcdəsi kifayətdir.

Əgər səhvən təsbihati-ərbəəni deməsə, müstəhəb ehtiyat odur ki, namazdan sonra bir cüt səhv səcdəsi etsin.

Namazın salamının verilməməli olduğu bir yerdə səhvən "Əssəlamu ələyna və əla ibadillahis-salihin" və ya "Əssəlamu ələykum" deyərsə, hərçənd "Və rəhmətullahi və bərəkatuh" deməsə də, lazım-ehtiyata əsasən iki səhv səcdəsi etməsi lazımdır, amma əgər səhvən "Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh" deyərsə, müstəhəbb ehtiyata əsasən, bir cüt səhv səcdəsi yerinə yetirməlidir, amma əgər iki hərf yaxud salamdan artıq deyərsə, vacib ehtiyata əsasən iki səcdeyi səhv etsin.

İnsan, salamın verilməsi lazım olmayan bir yerdə səhvən hər üç salamı da verərsə, bir cüt səhv səcdəsi kifayətdir.

Əgər bir səcdə, yaxud təşəhhüdünü unutsa və sonrakı rük`ətin rükusundan əvvəl yadına düşsə, gərək qayıdıb yerinə yetirsin və namazdan sonra ehtiyat müstəhəbbə əsasən yersiz qiyam üçün bir cüt səhv səcdəsi yerinə yetirsin.

Rükuda və ya rükudan sonra, əvvəlki rük`ətin təşəhhüdünü və ya səcdəsinin birini unutduğunu xatırlayarsa, namazın salamından sonra səcdəni qəza etməlidir. Təşəhhüd üçün isə bir cüt səhv səcdəsi yerinə yetirməlidir.

Əgər səhv səcdəsini namazın salamından sonra qəsdən yerinə yetirməsə, günah etmişdir. Vacib ehtiyata əsasən, gərək nə qədər tez olsa əmələ gətirsin, belə ki, səhvən əmələ gətirməsə, hər vaxt yadına düşsə, gərək tə`cili əmələ gətirsin. Namazı yenidən qılması lazım deyildir.

Bir şəxs, səhv səcdəsinin boynuna vacib olub-olmadığı barədə şəkk edərsə, onu yerinə yetirməsi lazım deyildir.

Boynuna iki, yoxsa dörd səhv səcdəsi vacib olduğu barədə şəkk edən şəxsin, iki səhv səcdəsi yerinə yetirməsi kifayətdir.

Əgər səhv səcdəsindən birini yerinə yetirmədiyini bilərsə və onu düzəltməsi aradan çox vaxt keçdiyinə görə mümkün olmasa ya bilə ki, səhvən üç səcdə yerinə yetirib, yenidən iki səhv səcdəsi yerinə yetirməlidir.

Səhv səcdənin qaydası

[redaktə | mənbəni redaktə et]

Səhv səcdəsinin göstərişi belədir ki, namazın salamından sonra dərhal səhv səcdəsi niyyəti etsin və alnını lazım ehtiyata əsasən səcdəsi səhih olan bir şeyin üzərinə qoysun. Bu səcdədə zikr demək ehtiyat-müstəhəbbdir. Belə ki, bu zikri söyləməsi daha yaxşıdır: "Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh". Sonra oturmalı və təkrarən səcdəyə gedib, söylədiyi zikri yenidən oxuduqdan sonra oturmalı və təşəhhüdü dedikdən sonra "Əssəlamu ələykum" deməlidir. Buna "Və rəhmətullahi və bərəkatuh"u da əlavə etməsi daha güclü nəzərdir.