SƏLVƏR

I
(Çənbərək)
xəstə. – Süleyman yazıx iki ildi kin, səlvərdi; – Səlvər arvat öy tikərmi saηa?
II
(İsmayıllı, Qazax, Zaqatala)
avara, işsiz, boş-bikar. – Səlvər gəzməx’dən nə çıxajax (Qazax); – Əcəb səlvər adamdı (İsmayıllı)
III
(Gədəbəy, Tovuz)
sahibsiz, yiyəsiz. – Səlvər mala tamah salmağın özü heş haxşı iş döy (Gədəbəy)
IV
(Gəncə)
bostandan arabaçıya zəhməthaqqı kimi verilən qovun-qarpız
SƏLTƏ
SƏLVƏRRƏŞMƏG
OBASTAN VİKİ
Səlvər Aslanov
Səlvər Rza oğlu Aslanov (11 oktyabr 1930, Bakı – 3 avqust 2000, Bakı) — Azərbaycan Respublikasının əməkdar elm xadimi (20.12.1991), Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü (26.11.1991), 8 nömrəli Nizami seçki dairəsindən deputat, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, АМЕА-nın üzvü (1989), Azərbaycanlı tarixçi, tarix elmləri doktoru (1965), Professor(1967). == Həyatı == Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlvər Rza oğlu Aslanov 1930-cu il oktyabrın 11-də Bakıda anadan olmuşdur. 1954-cü ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. O, Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək 1960-cı ildə fəlsəfə doktoru, 1965-ci ildə elmlər doktoru, 1966-cı ildə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir. S.Aslanov 2000-ci il 3 avqust tarixində Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == S.Aslanov 1955-1956-ci illərdə respublika və ittifaq miqyasında müxtəlif vəzifələrdə çalışmışdır. O, 1966-1973-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru olmuşdur. 1973-1998-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) əvvəlcə professoru, kafedra müdiri vəzifələrində çalışmış, daha sonra həmin institutun rektoru vəzifəsinə təyin edilmişdir. S.Aslanov 1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunun baş elmi işçisi olmuşdur.

Digər lüğətlərdə