Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akif Səməd
Akif Səməd (22 iyul 1959, Qazax rayonu – 6 iyul 2004, Bakı) — Azərbaycanlı şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). == Həyatı == Məmmədov Akif Səməd oğlu 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Qaymaqlı kəndində torpağa tapşırılmışdır. == Yaradıcılığı == "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şeirləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur. === Əsərləri === "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Ömrü özünə yaşasan" (1996) "Özümə yol" (2004) == Mənbə == XX əsr Azərbaycan yazıçıları,Ensiklopedik məlumat kitabı. Bakı, 2011.
"Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. "Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı qabarıq formalı, diametri 50 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli ulduzdan ibarətdir. Ulduzun mərkəzində iki dairəvi lövhə yerləşdirilib. Birinci dairəvi lövhə yaşıl mina ilə, ikinci mərkəzi dairəvi lövhə isə tünd mavi mina ilə örtülmüşdür. Fövqəladə Hallar Nazirliyinin emblemi dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində tünd mavi mina ilə örtülmüş dairəvi lövhədə həkk olunmuşdur. Lövhənin fonunda relyefli şüalar var. Lövhələr dekorativ incə elementlərlə haşiyələnib. Birinci və ikinci lövhələrin haşiyələri arasında yaşıl minalı fonda "FÖVQƏLADƏ HALLAR ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ" sözləri yazılmışdır. Səkkizguşəli ulduzun guşələrinin konturları və birinci dairəvi lövhənin dekorativ konturları arasında milli ornamentin elementlərindən kompozisiya yerləşdirilib. Səkkizguşəli ulduz, dairəvi lövhənin dekorativ konturları, Fövqəladə Hallar Nazirliyinin embleminin təsviri, dəfnə yarpaqları, milli ornament, relyefli şüalar və sözlər qızılı rəngdədir.
"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının medalı. 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunla təsis edilmişdir. == Haqqında == "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunla təsis edilmişdir. "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə "Azərbaycan Respublikasının medalı haqqında Əsasnamədə qeyd edilir ki, "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər: — miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə; — miqrasiya sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə. Miqrasiya orqanlarının işçilərini bu medallarla müvafiq icra hakimiyyəti orqanı təltif edir. Həmin medallar döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı (bundan sonra — medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilib. Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "MİQRASİYA ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ" sözləri həkk olunub. Medalın ön tərəfinin səthi nahamardır.
"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 5 noyabr 2022-ci ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsis edilmişdir. Medal ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər: Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə; Prokurorluq sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə. Medala layiq görülən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət orqanının rəhbəri tərəfindən təltif edilirlər. "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalının təsviri 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir. Medalın ümumi təsviri "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca "Prokurorluq orqanları i̇lə səmərəli̇ əməkdaşlığa görə" sözləri yazılmışdır.
"Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının medalı.
Abutalıb Səmədov
Abutalıb Qəmbər oğlu Səmədov (19 fevral 1961, Tovuz) — Azəybaycan siyasətçisi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (2008–2016), Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri (2006–2008), Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Naminə Alyans Partiyasının sədri (1994–2023). == Həyatı == 1961-ci il fevralın 19-da Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Evlidir, 3 övladı var == Siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının yaradılması prosesində iştirak edib və Sumqayıt şəhər təşkilatının sədri olub. 1993-cü ilin mayında partiya üzvlüyündən çıxıb. 1994-cü ilin oktyabrında Azərbaycan Naminə Alyans Partiyasının təşkilat komitəsinə rəhbərlik edib və partiyanın sədri seçilib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini işləyib. 1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci il yanvarın 7-də 99 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilmişdir Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur. 2006–2008-ci illərdə Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsində fəaliyyət göstərmişdir.
Akademik Ziyad Səmədzadə (film, 2010)
Akademik Ziyad Səmədzadə qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2010-cu ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadə haqqındadır. == Məzmun == Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadənin həyatı və elmi fəaliyyətinə həsr olunmuşdur.
Aleksandr Səmədov
Aleksandr Səmədov (19 iyul 1984, Moskva) — əslən azərbaycanlı olan rusiyalı peşəkar futbolçu. Rusiyada doğulan, atası azərbaycanlı olan Səmədov Azərbaycan millisini deyil, Rusiya yığmasında oynamağı seçib. Verdiyi bu qərar tənqidlər və narazılıqlarla qarşılanıb. 2003-cü ildə isə Səmədov 19 yaşında millimizin Bakıda keçirilən təlim-məşq toplanışında bir dəfə iştirak edib. Bu toplanışdan sonra Səmədov bir daha millimizin toplanışlarında və oyunlarında iştirak etməyib. Aleksandr Səmədov 30 iyul 2019-cu ildə futbolçu karyerasını başa vurdu.
Aqil Səmədbəyli
Aqil Səmədbəyli (15 sentyabr 1968, Zərkənd, Basarkeçər rayonu) — azərbaycanlı siyasətçi, sosial elmlər namizədi. == Həyatı == Aqil Səmədbəyli Göyçə mahalının Zərkənd kəndində doğulub. Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Mərmərə Universitetini bitirib. O, Türkiyədə sosial elmlər üzrə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. == Siyasi fəaliyyəti == Aqil Səmədbəyli gənc yaşlarından siyasi və ictimai fəaliyyətlə ciddi məşğul olub. Türkiyədə təhsil aldığı illərdə "Gənc Aydınlar Hərəkatı"nı yaratmış və Başqan seçilmişdir. Hazırda "Bütöv Azərbaycan Birliyi"nin Mərkəzi Şurasının sədridir. 2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçkilərdə iştirak etmiş, lakin deputat seçilə bilməmişdir. == Şəxsi həyatı == Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəylinin həyat yoldaşıdır. Azərbaycan Milli Məclisinin IV çağırışının Müsavat Partiyasından deputatı Arzu Səmədbəylinin qardaşıdır.
Arzu Səmədbəyli
Səmədbəyli Arzu Həbib oğlu (10 may 1962, Zərkənd, Basarkeçər rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, (2005–2010) Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) qurucu üzvü kimi fəaliyət göstərir. == Həyatı == Arzu Səmədbəyli 1962-ci il mayın 10-da Ermənistan SSR-nin Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 1979-cu ildə Zərkənd orta məktəbini qızıl medalla bitirib. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olmuş, 1984-cü ildə sənaye və mülki tikinti fakültəsini bitirmişdir. 1984-cü ildən Azərbaycan Üzümçülük və Şərabçılıq Komitəsində mühəndis, böyük mühəndis, aparıcı mühəndis, birinci dərəcəli mühəndis işləyib. === Ailəsi === Arzu Səmədbəyli ailəlidir. 2 övladı var. Atası Həbib Səmədov 3 noyabr 2011-ci ildə, anası Nabat xanım isə 21 iyun 2015-ci ildə Bakı şəhərində vəfat ediblər. Siyasətçi Aqil Səmədbəylinin qardaşıdır. Siyasətçi Hafiz Hacıyevin uzaq qohumudur.
Aygün Səmədzadə
Səmədzadə Aygün Ziyad qızı (11 yanvar 1967, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent. == Həyat və yaradıcılığı == Aygün Səmədzadə 1967-ci il 11 yanvarda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almış, 1985-ci ildə məktəbi qızıl medal və fərdi təqaüdlə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) Tarix-nəzəriyyə fakültəsinə daxil olmuş, bir sıra respublika və ümumittifaq elmi-konfrans və müsabiqələrdə iştirakçı və qalib seçilmişdir. Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplom, III respublika elmi konfransında ən yaxşı tələbə elmi-işinə görə qızıl medal, Zaqafqaziya ölkələri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Konservatoriyanı fərqlənmə diplomu və Ü. Hacıbəyov adına fərdi təqaüdlə bitirdikdən sonra elə həmin ildən "Musiqi tarixi" kafedrasına müəllim kimi fəaliyyətə başlamış və Avropa ölkələrinin musiqi tarixi, Türkdilli xalqların musiqi mədəniyyəti, Musiqi tənqidi kimi fənnlərdən dərs demiş və həmin kafedranın dosenti (1990–2016) olmuşdur. Bəstəkar, musiqişünas Aygün Səmədzadə 2003-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Aygün Səmədzadə 2003-cü ildə böyük türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir. Bundan əlavə, Aygün Səmədzadə Azərbaycan musiqi tarixinə aid bir sıra elmi məqalələrin və publisistik yazıların, o cümlədən, "Azərbaycanda sənət himayədarlığının rolu", "Xurşudbanu Natəvan və Azərbaycan mədəniyyəti", "Şah İsmayıl Xətai və Azərbaycan mədəniyyəti", "Mir Mövsün Nəvvab", "Hacı Zeynalabdin Tağıyevin mədəniyyətimizin inkişafında xidmətləri", "Adnan Sayqun yaradıcılığının bəzi üslub xüsusiyyətləri" adlı məqalələrin müəllifidir. Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir.
Azərbaycan (Səməd Vurğunun şeiri)
Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. == Yazılma tarixi == "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi. 1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edildi. Azərbaycanlı bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı "Azərbaycan" mahnısını yazmışdı. Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunmuşdur. == Tərcümələr == Şeir rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümənin müəllifi Adelina Adalis olmuşdur, Şeir yazılanan sonra Maksim Tank tərəfindən belarus dilinə tərcümə edilmişdir. Həmin tərcümə belarus dilində nəşrə hazırlanan "Sovet İttifaqının poeziya antologiyası"nda yer aldı.
Azərbaycan (şeir, Səməd Vurğun)
Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. == Yazılma tarixi == "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi. 1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edildi. Azərbaycanlı bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı "Azərbaycan" mahnısını yazmışdı. Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunmuşdur. == Tərcümələr == Şeir rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümənin müəllifi Adelina Adalis olmuşdur, Şeir yazılanan sonra Maksim Tank tərəfindən belarus dilinə tərcümə edilmişdir. Həmin tərcümə belarus dilində nəşrə hazırlanan "Sovet İttifaqının poeziya antologiyası"nda yer aldı.
Azərbaycan SSR əməkdar səmərələşdiricilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar səmərələşdiricisi
Azərbaycan SSR əməkdar səmərələşdiricisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар сәмәрәләшдириҹиси) — 9 oktyabr 1959-cu ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR-də istehsalatın təkmilləşdirilməsində ciddi rol oynamış olan, respublikanın xalq təsərrüfatında geniş tətbiq edilən həyata keçirilmiş səmərələşdirmə təkliflərinin müəlliflərinə, habelə istehsalat səmərələşdiriciləri hərəkatının inkişafında və səmərələşdirmə təkliflərinin həyata keçirilməsində böyük xidmətləri olan şəxslərə verilirdi. == Əsasnaməsi == Fəxri ad Azərbaycan SSR xalq təsərrüfatının bütün sahələrində və ölkənin müdafiəsi uğrunda texnikanın tərəqqisində böyük əhəmiyyəti olan səmərələşdiricilər hərəkatını genişləndirmək məqsədilə müəyyən edilmişdir. Fəxri ada layiq görülən şəxslərə gümüş döş nişanı verilirdi. === Döş nişanı === Fəxri adın döş nişanının nümunə və təsviri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 may 1960-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Qərarda döş nişanının təsviri aşağıdakı kimi verilmişdir: "Azərbaycan SSR əməkdar səmərələşdiricisi" döş nişanı diametri 26 mm düzgün dairə şəklindədir, nişanın o biri üzünün səthi hamardır. Döş nişanının üz tərəfi 0,6 mm enində nazik haşiyə ilə haşiyələnmişdir. "Azərbaycan SSR əməkdar səmərələşdiricisi" sözləri qabarıq hərflərlə yazılmışdır. Nişanın sol tərəfində sallanmış dəfnə budağına dalğalı lent sarılmışdır.
Ağadadaş Səmədov
Ağadadaş Səmədov (d. 10 mart 1924) — İkinci Dünya müharibəsinin veteranı. == Həyatı == 1924-cü ilin mart ayının 10-da Lənkəran rayonunun Vilvan kəndində anadan olub. O, 1942-ci ildə Lənkəran Subtropik bitkiçilik texnikumunu bitirib. Elə həmin ilin oktyabırın 26-da müharibəyə yollanan Ağadadaş Səmədov 77-ci Azərbaycan diviziyasının 105-ci Taborunun tərkibində Mazdokdan Berlinə qədər döyüş yolu keçib. O, müharibədə böyük şücaət göstərib. Dəfələrlə ölümlə üz-üzə gəlib. Qəhərmanlığına görə 2 dəfə 3-cü və 2-ci dərəcəli Şöhrət ordenləri ilə təltif olunub. Lakin onun bu mükafatlandırma haqqında dəqiq məlumatı olmayıb. 1945-ci ilin dekabrında doğma kəndinə qayıdıb və 1980-cı ildə təqaüdə çıxana kimi orada aqronom işləyib.
Ağkənd-i Səmərəq (Marağa)
Ağkənd-i Səmərəq (fars. اغكندثمرقق‎‎) və ya Ağkənd — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. Marağa şəhərindən 40 km cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 333 nəfər yaşayır (80 ailə).
Baba Səmədov
Səmədov Baba Səməd oğlu (1934, Vartaşen rayonu) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Bioqrafiya == 1934-cü ildə Azərbaycan SSR-nin Vartaşen rayonu, Daşagil kəndində (indiki Azərbaycanın Oğuz rayonundakı kənd) fəhlə ailəsində anadan olmuşdur. 1946-cı ildən — traktor sürücüsü, 1950-ci ildən — Şəki rayonunun Orjonikidze adına taxıl sovxozunda işlədi Baba Səmədov Səmədov uşaq yaşlarından traktorlarla maraqlanırdı və 11 yaşından etibarən traktor sürücüsünün köməkçisi, sonra isə sovxozda traktor sürücüsü kimi çalışırdı; traktor sürücüsü kurslarını belə bitirmədən 14 yaşında olan Baba Səmədov maraq dairəsi sayəsində çox təcrübə qazandı və hətta yaşlı, lakin daha az təcrübəli traktor sürücülərinə də dərs deyə bildi. Traktor sürücüsü kolxoz iclasında rasionalizasiya təklifi irəli sürdü — əvvəllər məhsul yığımında 7 nəfər iştirak edirdisə Səmədovun təklifi ilə traktor və maşın sürücüləri tarla əkinçilik, suvarma, məhsul yığımında iştirak etməyə başladı.Səmədov bu təklifi ilə dövlətə çox pul qazandırdı. Onuncu beş illik dövrdə Baba Səmədov taxılın yüksək məhsuldarlığına nail oldu. 1976-cı ildə maşınqayırma direktoru 180 hektardan planlaşdırılan 270 ton əvəzinə 381 hektardan 960 ton buğda götürdü. 1977-ci ildə Səmədov 533 hektar sahədən 1100 ton yüksək keyfiyyətli taxıl aldı. 1980-ci ildə Baba Səmədov 550 hektar ərazidən 920 ton taxıl götürmüşdür ki, bu da üç mövsüm norması idi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 23 fevral 1978-ci il tarixli fərmanı ilə sosialist rəqabətin dəki yüksək nailiyyətlərə, kənd təsərrüfatı məhsullarının istehsalı və dövlətə satılması ilə bağlı planların və sosialist öhdəliklərinin yerinə yetirilməsində göstərilən əmək şücaəti nə görə, 1977-ci ildə Baba Səməd oğlu Lenin ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.
Birinci Səmədxanlı
Birinci Səmədxanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Birinci Səmədxanlı kəndi Şərəfə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Səmədxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Etnotoponimdir. Əvvəllər Səmədxanlı adlandırılan bu kənddən sonralar başqa bir yaşayış məntəqəsi - İkinci Səmədxanlı ayrıldığı üçün kənd Birinci Səmədxanlı adlandırılmışdır. == Əhalisi == Əhalisi 922 nəfərdir.
Büdcə səmərəliliyi
Büdcə səmərəliliyi — dövlət funksiyasının, proqramın, investisiya layihəsinin icrası nəticəsində büdcəyə təsirin nisbi göstəricisi, büdcənin əldə etdiyi nəticənin xərclərə, səbəb olan xərclərə nisbəti olaraq təyin olunan investisiya layihəsi. Büdcə səmərəliliyi dövlət və / və ya regional orqanların tələbi ilə qiymətləndirilir. Bu tələblərə uyğun olaraq, müxtəlif səviyyəli büdcələr və ya icmal büdcə üçün büdcə səmərəliliyi müəyyən edilə bilər. Büdcə səmərəliliyinin göstəriciləri büdcə vəsaitlərinin hərəkəti tərifinə əsasən hesablanır. Büdcə səmərəliliyinin artırılması vəzifəsi performansa əsaslanan büdcə prosedurları çərçivəsində həll olunur. == Büdcə səmərəliliyinin hesablanması üçün pul axını == Büdcə səmərəliliyinin hesablanması üçün vəsait axınlarına aşağıdakılar daxildir: qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş vergilərdən, aksiz vergilərindən, rüsumlardan, yığımlardan və büdcədənkənar fondlara ayırmalardan daxilolmalar; layihədə nəzərdə tutulan obyektlərin kəşfiyyatı, tikintisi və istismarı üçün lisenziyalaşdırma, müsabiqə və tenderlərdən əldə edilən gəlir; layihə iştirakçılarına müvafiq büdcədən verilmiş kreditlərin ödənilməsində ödənişlər; vergi güzəştlərini ödəmək üçün ödənişlər ("vergi tətilləri" halında); xarici borclara dəstək üçün RF Maliyyə Nazirliyinə komissiya ödənişləri (federal büdcə gəlirlərində); bölgəyə və ya dövlətə məxsus səhmlər və fərdi sahibkar satışı ilə əlaqədar çıxarılan digər qiymətli kağızlar üzrə dividentlər. Büdcə fondlarının xaricinə aşağıdakılar daxildir: müvafiq idarəetmə orqanının (xüsusən federal dövlət mülkiyyətində) fərdi sahibkarın tətbiqi üçün yaradılan səhmdar cəmiyyətinin səhmlərinin bir hissəsinə sahibliyini təmin etmək əsasında büdcə (xüsusən dövlət) mənbələrinin təmin edilməsi; investisiya krediti şəklində büdcə resurslarının təmin edilməsi; büdcə fondlarının əvəzsiz əsaslarla təmin edilməsi (subsidiyalar); müəyyən bir qiymət siyasətinin həyata keçirilməsi və müəyyən sosial prioritetlərə uyğunluğun təmin edilməsi ilə əlaqəli büdcə subsidiyaları. Ayrı-ayrılıqda düşünmək tövsiyə olunur: vergi gəlirləri və ödənişlərinin azalmasına əks olunan vergi güzəştləri. Bu vəziyyətdə axınlar da yaranmır, ancaq giriş azalır; kreditlər və investisiya riskləri üçün dövlət zəmanətləri. Qeyri-müəyyənlik amilləri nəzərə alınaraq layihənin effektivliyi qiymətləndirilərkən xaricə sığorta hadisələri baş verdikdə zəmanət üzrə ödənişlər daxildir.
Bərdə rayon Səməd Vurğun adına Mərkəzi Kitabxanası
Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanası — cəmiyyətin intellektual mədəni inkişafına kömək etmək, bu məqsədlə kitabxananın fondunu xüsusi nəşrlərlə, elektron resurslarla komplektləşdirməsini, oxucuların informasiya təlabatının ödənilməsini, aktual məsələlərin, milli-mənəvi dəyərlərin, hərbi vətənpərvərlik tərbiyyəsinin, görkəmli şəxsiyyətlərin, şair və yazıçıların, sənət adamlarının yubileylərinə həsr edilmiş tədbirlərin və kitab təbliğinin təşkilini həyata keçirir. == Tarixi == Bərdə rayon Mərkəzi kitabxanası 1957-ci ildən fəaliyyət göstərir. Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması məqsədilə Sov.İKP MK 1974-cü ildə “Zəhmətkeşlərin kommunist tərbiyəsindəvə elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” qərarqəbul etdi. Bu qərarda müasir mərhələdə kitabxanaların ideoloji, mədəni-maarifvə məlumat funksiyaları müəyyənləşdirilmiş, kitabxanaların mərkəzləşdirilməsi məsələsi irəli sürülmüşdü. Bu qərarın qəbulundan dərhal sonra Azərbaycan KP MK onu həyata keçirmək üçün “Kitabxanaişi haqqında” xüsusi qərar qəbul etdi. Bu qərarda kitabxana işinin mərkəzləşdirilməsinə hərtərəfli kömək etmək rayon partiya komitələrinəbir vəzifə olaraq tapşırılmış, rayon xalq deputatları sovetləri icraiyyə komitələrinə kitabxana işinin yenidən qurulması üçün onların maddi-texniki bazalarının möhkəmləndirilməsinə kömək etmək, bina və kadrlatəmin etmək həvalə edilmişdi. Bu qərarın yerinə yetirilməsinə Azərbaycan KPMK-nın birinci katibi Heydər Əliyev bilavasitə nəzarət edirdi. Mərkəzi Komitənin qərarını yerinə yetirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Soveti də respublikada kitabxanaişi haqqında qərar qəbul etdi. Kitabxana işinə bilavasitə rəhbərlik edən Azərbaycan Mədəniyyət Nazirliyi respublikada kitabxana işinin mərkəzləşdirilməsinə həsr edilmiş geniş kollegiya iclası keçirdi. Kollegiya respublikada kitabxana işinin mərkəzləşdirilməsinin proqramını, mərkəzləşdirmə planını və müddətini müəyyənləşdirən qərar qəbul etdi.
Cavid Səmədov
Səmədov Cavid (d. 14 may 1987, Azərbaycan, Bakı) — opera müğənnisi-bariton. Hal-hazırda Almaniya Federativ Respublikasının Nürnberq şəhərində yaşayır. == Bioqrafiya == Səmədov Cavid 14 may 1987-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Cavid Səmədov Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını bitirmişdir. (Azərbaycan Respublikası Bakı şəhəri) Tələbəlik dövrundə opera sahəsində ustalığının artırılması məqsədilə Qalina Vişnevskaya tərəfindən Moskva şəhərində fəaliyyət göstərən “Opera mərkəzi” nə dəvət edilmiş və bu sənəti təkmilləşdirmişdir. Bundan sonra Cavid Səmədov İtalyanın Ozimo şəhərində yerləşən Opera sənəti Akademiyası və Pezaro şəhərində yerləşən Renato Tebaldi və Mario Del Monako adına Akademiyalarda təhsilini davam etdirmişdir. Təhsil müddəti zamanı o Vilyam Mateuzzi, Harriet Lawson, Lella Kuberli, Raina Kabayvanska, Antonio Yuvarra, Alla Simoni, Karlo Morqanti, Mario Melani, Sergio Seqalini, Tomas Hempson, Pyetro Spanyoli, Cinziya Forte, Verena Keller, Andreas Shuller və Kristina Muti kimi ustad sənətkarların ustad dərslərində iştirak etmiş, həmçinin İtalyanın Ozimo şəhərində yerləşən Opera Sənəti Akademiyasında Vinçenso De Vivonun rəhbərliyi altında vokal sənəti kursunu bitirmişdir. Cavid Səmədov öz opera sənəti karyerasına 2007-ci ildəM.F.Axundov adına Bakı Opera və Balet teatrında J.Bizenin “Karmen” operasında Eskamilyo partiyasını ifa etməklə başlamışdır. 2007-ci ildə Bülbül adına müsabiqənin laureatlarının Moskva şəhərində yerləşən “Yeni Opera” teatrında keçirilən Qala konsertində iştirak etmişdir.
Dövlətşah Səmərqəndi
Dövlətşah ibn Əlaəddövlə Bəxtişah Səmərqəndi (1438[…] – 1491) — təzkirəçi, ədəbiyyatşünas, şair, "Təşkirətüş-şüəra" əsərinin müəllifi == Həyatı == Dövlətşah Səmərqəndi 1431, 1436, yaxud 1438-ci ildə Səmərqənddə doğulmuşdur. Onun atası Əmir Teymurun oğlu Şahruxun mümüm əmirlərindən olmuşdur. O, türk və bütövlükdə Şərq ədəbiyyatının qüdrətli mütəfəkkirlərindən biridir. Görkəmli alim və şair 1491-ci ildə (bəzi mənbələrdə 1495, yaxud 1507) vəfat etmişdir. == Yaradıcılığı == Dövlətşah Səmərqəndi Şərq və türk ədəbiyyatı tarixində "Təzkirətüş-şüəra" adlı məşhur təzkirəsi ilə tanınmaqdadır. Bu təzkirə ilk dəfə 1887-ci ildə anaonim redaktor tərəfindən Bombeydə yayınlanmışdır. Əsər Azərbaycanda Əlyazmalar İnstitutu tərəfindən 1987-ci ildə nəşrə hazırlansa da, yalnız 2022-ci ildə yayınlanmışdır. == Haqqında == Bəzi mənbələrdə fars-tacik alimi kimi anılan Dövlətşah ibn Əlaəddövlə Bəxtişah Səmərqəndinin şəxsiyyəti və təzkirəsi haqqında türk alimi professor Əhməd Atəş yazır: "O, hicri qəməri 830-840 (1427-1436)-cı illər arasında anadan olmuş bir türk bəyzadəsi idi. Uzun müddət Teymurlu şahzadələrin xidmətində və saraylarında qaldıqdan sonra, Əlişir Nəvaiyə görə, öz istəyi ilə bunlardan ayrılmış və Xorasandakı malikanəsinə çəkilərək guşənişin bir həyat keçirmişdir. 50 yaşının içində ikən İran ədəbiyyatının bütün dövrlərini əhatə edən "Təzkirətüş-şüəra"sını yazmağa başlamış və onu hicri qəməri 892 (1487)-ci ildə tamamlamışdır.
Elgün Səmədov
Elgün İlham oğlu Səmədov (26 avqust 2001, Mehrili, Şəmkir rayonu – 6 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Səmədov 2001-ci il avqustun 26-da Şəmkir rayonunun Mehrili kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mehdixanov adına Yuxarı Seyfəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elgün Səmədov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgün Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Səmədov oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Mehrili kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmin Səmədov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Nəmə
Nəmə — türk mifologiyasında xeyir və ya şər xüsusiyyətlərə sahib ruh, mücərrəd varlıq. Karaneme adlı bir növü çox təhlükəli olaraq görülər. Növləri aşağıdakılardır: Aru Neme: xeyir ruhu. Kara Neme: şər ruhu. == Etimologiya == (Nə / Na / Ye / Ya) kökündən törəmişdir. Monqolcada qarışdırmaq, əlavə etmək mənaları ehtiva edir. Nə, ney kimi bir varlığı sual yolu ilə işarə edən sözlərlə eyni kökdən gəlir. Qədim monqolcada Nama / Neme / nomu, qədim türk dilində cumsan / Yomsa, buryatcada Nomo, Moqur dilində nomu sözləri ilə tunquscada Nume, mançjur dilində nəm istilik, səssizlik, yüngüllük bildirir. Nime isə tunqus dilində buynuz anlayışı ilə də əlaqəlidir. Monqol Neme (Türkçe Yemə / Ceme) artma, çoxalmaq mənaları daşıyır.
Rəmə
Rəmə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qoşabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Rəmə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 151 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Səbə
Səbə (ərəb. السبع‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində kiçik şəhər və kommuna. Tsabit dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin şimalında, Böyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, Əlcəzairin paytaxtından təxminən 987 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir.Səbə kommunasının sahəsi 6183 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 16 mm-dir). Orta illik temperatur 24,3-dür °C. Ən soyuq ayın (dekabrın) orta temperaturu 11,3°C, ən isti ayın (iyul) isə 36,9°C-dir.
Səma
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.
Əsmə
Əsmə (lat. Anemone) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin adı yunanca "anemonos" sözündən götürülmüşdür, mənası "külək" deməkdir. Şimal yarımkürəsinin mülayim iqlim zonalarında və rayonlarında bitən əsmənin 120 növü məlumdur. Bitkinin mədəni formalarının 50 növü yaşıllaşdırmada istifadə olunur. Taclı əsmə (A. coronaria) qalın, ətli kökümsovlu, düzgövdəli, kök üstündə olan yarpaqlı, rozetli və tək, iri çiçəklıri olan çoxillik bitkidir. Çiçəklərin rəngi müxtəlif: ağ, çəhrayı, qırmızı, mavi ya da bənövşəyi olur. Əkindən əvvəl əsmənin kök yumrularını isti suda 24 saat islatmaq lazımdır. Əsmənin kök yumrusunu bir neçə hissəyə bölməklə çoxaltmaq olar. Hər hissədə bir tumurcuq olmalıdır.
Dixotomik əsmə
Anemonastrum dichotomum (lat. Anemonastrum dichotomum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonastrum cinsinə aid bitki növü.
Gülnar Səma
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Səma məbədi
Səma məbədi (天壇|Tiāntán/Tyantan) — Pekində yerləşən tarixi abidə. == Tarixi == Çinin ən böyük tarixi abidələrindən biri olan Səma Məbədi 500 ildən artıqdır ki, mövcudur. O, Pekinin mərkəzindən cənubda yerləşmişdir. Onun əsas binalarının damı səma rəngində, mavi minalı kirəmitlə örtülmüşdür. Səma Məbədi Min sülaləsi dövründə, 1420-ci ildə imperator Yun Le tərəfindən inşa edilmişdir. Onun ilkin adı – Səma və Yer Məbədi idi, belə ki, burada həm Göyə, həm də Yerə dualar oxunurdu. 1530-cu ildə Pekinin şimalında yer məbədi salınmışdır və bundan sonra Səma məbədi imperatorların Səmaya ibadət etmələri üçün xüsusi yerinə, eləcə də yüksək məhsul üçün dualar oxunan yerə çevrildi, burada həmçinin tufana, buluda dualar edir və əcdadları yad edirdilər. Səma məbədinin ümumi sahəsi 266,7 ha təşkil edir. Məbədin ərazisi iki divarla dövrələnmişdir. Məbədin bütün ərazisini əhatə edən xarici divar 6625 metr təşkil edir.
Səma obyektləri
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. == Qalaktika və daha çoxu == Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır. Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər.
Səməd Abdullayev
Səməd Abdullayev (Sovet İttifaqı Qəhrəmanı) — Sovet İttifaqı Qəhrəmanı (17.11.1943). Səməd Abdullayev (leytenant) — I Qarabağ müharibəsi şəhidi. Səməd Abdullayev (əsgər) — əsgər, Vətən müharibəsi şəhidi.
Səməd Ağaoğlu
Ağaoğlu Səməd Əhməd bəy oğlu (1909, Bakı – 6 avqust 1982, İstanbul) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur. == Həyatı və siyasi fəaliyyəti == Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlmiş, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. Ankarada hüquq fakultəsini bitirdikdən sonra bir müddət Strasburqda işləmişdir. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdir. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, millət vəkili] seçilmiş, nazir vəzifəsi tutmuşdur. Siyasi baxışlarına görə bir müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur. 1960-cı ildə Calal Bayar — Adnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunmuş, 1964-cü ildə amnistiyaya buraxılmışdır. Ağaoğlu Səməd Əhmədbəy oğlu 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət etmişdir.
Səməd Behrəngi
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1967 və ya 31 avqust 1968, Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. == Həyatı və təhsili == Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Səməd Bəşirli
Səməd Əlövsət oğlu Bəşirli (1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. == Həyatı == 1976-cı ildə anadan olub. 1994–1998-ci illərdə Türkiyənin Qazi Universitetinin iqtisadiyyat və idaretmə elmləri fakültəsində bakalavr təhsili alıb. 1998–2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb. 2000–2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2007–2008-ci illərdə Böyük Britaniyanın Birminhem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib. === Əmək fəaliyyəti === 1999–2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye və iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2016–2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu beynəlxalq təşkilatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2020–2022-ci illərdə İqtisadiyyat Naziriyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Səməd Canbaxşiyev
Səməd Canbağış oğlu Canbaxşiyev (19 mart 1972, Külüs, Şahbuz rayonu) — telejurnalist və aktyor. == Həyatı == 1972-ci il mart ayının 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1990-cı ildə yaranan Naxçıvan Dövlət Kukla teatrının ilk aktyorlarındandır. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissoru və eyni zamanda Bakı Dövlət Universitetinin jurnalistika fakültələrinə (qiyabi təhsil) daxil olub.1997-ci ildə ADMİU-nu və 1998-ci ildə BDU-nu bitirib. 1993-cü ildə Naxçıvanda yaranan və Zabitlər Evində fəaliyyət göstərən "Meloman şou" qrupu və "7 ULDUZ" Şən və Hazırcavablar klubunun yaradıcılarındandır.1996-cı ildən Naxçıvan Dövlət Musiqili Dram teatrında aktyor və rejissor assistenti kimi çalışıb. Kukla teatrında 20-yə qədər, Dram teatrda isə 15-ə qədər rol oynayıb. 2000-ci il dekabrın 30-da Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Naxçıvan MR-nın Əməkdar artisti fəxri adına layiq görülüb. 2001-ci ildən Naxçıvan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor və baş redaktor vəzifəsində çalışıb. 2003-cü ildən Lider tv-nin Naxçıvan üzrə xüsusi müxbiri olub. 2009-cu ildə Kukla teatrında "Cik-cik xanım" adlı nağıl pyesi səhnələşdirilib.
Səməd Hüseynzadə
Səməd Sətdar oğlu Hüseynzadə (18 oktyabr 1998; Talıstan, İsmayıllı Azərbaycan — 2 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməd Hüseynzadə 1998-ci il oktyabrın 18-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. == Hərbi xidməti == 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edən Səməd Hüseynzadə Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin atdığı top atəşi nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməd Kərimli
Səməd İkram oğlu Kərimli (d. 16 dekabr 2000; Əliabad, Biləsuvar rayonu – ö. 8 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Səməd Kərimli 16 dekabr 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Kənd tam orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == Səməd Kərimli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində orduya qoşularaq Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Səməd Kərimli 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməd Mövləvi
Əbdülsəməd Mirzə Məhəmməd oğlu Mövləvi-Rzalı (20 fevral 1900, Təbriz, Cənubi Azərbaycan – 3 fevral 1962, Naxçıvan) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1960). == Həyatı == Əbdülsəməd Rzalı 20 fevral 1900-cü ildə Təbriz şəhərində yoxsul bir ailədə dünyaya göz açmışdır. Atası Mirzə Məmməd Mövləvi Təbrizdə xalçaçılıq karxanasında işləmişdir. Səməd Mövləvi 8 yaşında ikən atasını itirmiş və böyük qardaşı Əhməd ağanın himayəsində yaşamışdır. O, ilk təhsilini molla məktəbində almış və 1916-cı ildə buranı bitirmişdir. 1921-ci ildə Cənubi Azərbaycanda baş verən siyasi proseslərə görə Naxçıvana köçməyə məcbur olmuşdur. Həmin ildən etibarən Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinski tərəfindən səhnəyə cəlb edilmişdir. SSRİ Xalq artisti Sidqi Ruhulla öz xatirələrində belə yazır: "Mən qastrola gedərkən Təbrizdə Nəriman Nərimanovun "Nadir Şah" faciəsini tamaşaya qoyduğumuz zaman qadın surəti Gülcahanı ifa edən tapılmadı. Mən həmin rolu "Rüşdiyyə" məktəbində təhsil alan gənc tələbə Səməd Mövləviyə tapşırdım. O, heç nədən çəkinmədən çox böyük bir cəsarətlə Gülcahan rolunu ifa etdi".
Səməd Mənsur
Səməd Mənsur (tam adı: Səməd Hacı Əhməd oğlu Kazımov; 31 yanvar 1879, Bakı – 3 yanvar 1927, Bakı) — XX əsrin əvvəllərində yazıb yaratmış şair, publisist, dramaturq, aktyor. XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Milli təəssübkeşliyi, maarif işığını, azad düşüncə tərzini təbliğ edən Səməd Mənsur yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri vardır == Həyatı == Səməd Mənsur Hacı Əhməd oğlu Kazımov (Kazımzadə) 1879-cu ildə Bakıda anadan olmuşdur. 10 yaşında ikən balaca İçərişəhərin Hamamçılar Məscidində Molla Səttar və Molla Ağababanın yanında ərəb əlifbasını, Quran surələrini öyrənməyə başlamışdır . İlk təhsilini 1891-ci ildə rus-müsəlman məktəbində almışdır. 1897-ci ildə Səməd Mənsur xəzinədar vəzifəsində çalışmış, 1911-ci ildən Balabəy Aşurovun idarəsində mühasib kimi çalışaraq 1917-ci ilə kimi burada xidmət etmişdir. Şair iki dəfə evlənmiş, birinci nikahı uğursuz nəticələnsə də, ikinci dəfə taleyi üzünə gülmüş, yaxşı ailə qurmağa müvəffəq olmuşdur, həyatının son günlərində Səməd Mənsur "Övladlarıma vəsiyyətim" adlı məktub qoyub getmişdir. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir. == Fəaliyyəti == O, 1910-cu ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Bütün bu illərdə S. Mənsur cəmiyyətin xeyriyyəçilik işlərində yaxından iştirak etmiş, yazdığı və tərcümə etdiyi səhnə əsərləri ilə tamaşalar hazırlamış, müxtəlif mədəni tədbirlərin həyata keçirilməsinə köməklik göstərmişdir.
Səməd Mərdanov
Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis – 6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı == 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Sovet kino rejissoru Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılmışdır) tarixi-inqilabi bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. == Əlavələr == Aktyor Mustafa Mərdanovun qardaşıdır. == Filmoqrafiya == Köçərilər (film, 1933) Mavi dənizin sahilində (film, 1935) Kəndlilər (film, 1939) == İstinadlar == == Mənbə == Səməd Mərdanov Arxivləşdirilib 2007-05-17 at the Wayback Machine Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Səməd ağa
Səməd ağa Vəli ağa oğlu Nəsibbəyov və ya Səməd ağa Kəsəmənli (1868, Zod, Yeni Bəyazid qəzası – 2 may 1918, Basarkeçər) — Göyçənin varlı bəylərindən, xeyriyyəçi. == Həyatı == Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadaan təsərrüfat işlərini öyrənmiş böyük var dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış ta Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında olmuşdur. Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir. O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdur. Daşnak generalı Sulikovun öldürülməsi tədbirinin təşkilatçısı olmuşdur. 2 may 1918-ci ildə Daşnak generalı Sulikovun başçılıq etdiyi terror qrupu zodlu (Göyçə mahalı) Səməd ağanı qətlə yetirirlər.
Səməd Əliyev
Səməd Əliyev — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, dosent. == Həyatı == Səməd Əliyev 1959-cu il noyabrın 7-də Ermənistan Respublikası Amasiya rayonunda anadan olub. 1966-1976-cı illərdə Amasiya rayon orta məktəbində təhsil alıb. 1976-1981-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1983-1987-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin aspiranturasında təhsil alıb. 1987-ci ildə «Bir sinif üçüncü tərtib xüsusi törəməli qeyri-xətti diferensial tənliklər üçün qoyulmuş çoxölçülü qarışıq məsələnin tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1986-cı ildən BDU-da çalışır. BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat və onun tədrisi metodikası kafedrasında laboratorant (1986-1988), assisent (1988-1991), baş müəllim (1991-1998), dosent (1998-2000), Türkiyə Respublikasında (Afyon, İsparta) müəllim (2000-2007) və yenidən BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat və onun tədrisi metodikası kafedrasında dosent (2007-ci ildən) vəzifəsində çalışır. Səməd Əliyev “Məktəb riyaziyyat kursunun elmi əsasları”, “Çoxluqlar nəzəriyyəsi və riyazi məntiqin əsas elementləri”, “Riyaziyyat (Hazırlq şöbəsində təhsil alan xarici tələbələrə)” dərslərini aparır. Elmi tədqiqat sahəsinə “Qeyri-xətti xüsusi törəməli diferensial tənliklər” və “Riyaziyyatın tədrisi metodikası” sahələri daxildir.
Səma (rəqs)
Səma və ya Sama (Ərəbcə: سماع) — sufilərin musiqisi olub, onun dinləyərək rəqqasların ruha gəlib və fırlanaraq rəqs etməsi sayılır. Ərəbcə "eşitmək" mənasını verən "səmi" sözü, məcazi olaraq "musiqi, nəğmə, rəqs" deməkdir. Zaman keçdikcə sufilər və din xadimləri bu nəğmələrə qulaq asaraq, ayaqüstə fırlanaraq Allaha zikr etməyə başlayırlır. 13-cü yüzillikdə Mevlanə tərəfindən dini nəğmə dünyada daha geniş miqyasda yayılmağa başlayır və ayin halına çevrilir. 2008-ci ildə UNESCO-nun Mədəniyyət irsinə daxil edilir. == Tarixi == Sufilər İslamı qəbul etdikdən sonra səmanı, vəhfi, musiqi və şeir dinləyərək qalxıb hərəkət etməyə dönməyə başlayır. İslam dünya meydana gəldikdən sonra onun səmavi din olub-olmaması çox sual meydana çıxartdı. Bu din gəlməmişdən öncə sufilər bir çox halal olanları haram qəbul etmişdilər. Sufilər bir yerə yığlıb, müzakirələr aparır, nəsihətlər verilir və Allah inam, etibar və sevgisinə dair şeir və ilahilər oxunurdu. Şeir və musiqilər gözəl səsə malik olan şəxslər tərəfindən söylənirdi.
Səmən (Baymak)
Səmən (başq. Һәмән, rus. Семёново) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 68 km, kənd sovetliyindən (Bilal): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 109 km. Sakmara çayınınn sahilində yerləşir.
Neme
Sedə
Sedə-İranın Fars ostanının İqlid şəhristanının Sedə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,572 nəfər və 1,497 ailədən ibarət idi. Əhalisini Qaşqay Türkləri, Bəxtiyarilər və Farslar təşkil edir.
Sele
Sele (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir. == Ümumi məlumat == Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.).
Semey
Semey (qaz. Семей; 2007-ci ilə qədər rəsmi adı — Semipalatinsk) — İrtış çayının hər iki sahilində yerləşən Şərqi Qazaxıstan vilayətində Qazaxıstanda regional əhəmiyyətli şəhər. Birbaşa Semey şəhəri, tabe kənd bölgələri olmadan 210 km² ərazini tutur. Qazaxıstanın ən böyük şəhəridir, bir bölgənin və ya respublika əhəmiyyətli bir şəhərin mərkəzi deyil, baxmayaraq ki 1782–1997-ci illərdə bir ilçe (okrug) və vilayət (vilayət) mərkəzi olmuşdur. Qazaxıstanda şəhər mədəni paytaxt hesab olunur, çünki onun nəsillərindən çoxu qazax mədəniyyətinin və yaradıcılığının baniləridir. == Tarixi == Yeddi kameralı qala, Çar voivodu Vasili Çeredov və dəstəsi tərəfindən 1718-ci ildə, I Pyotrun şərq torpaqlarının qorunması və inşası haqqında fərmanı ilə əlaqədar olaraq şəhərin indiki mövqeyindən İrtışdan 18 km aşağıda qurulmuşdur. İrtış istehkamları. Qala 1718-ci ilin payızında Polkovnik Stupinin nəzarəti altında möhkəmləndirilmiş və tam silahlanmışdır. Hal-hazırda Semipalatnaya qalasının yeri "Köhnə qala" adlanır və şəhər sakinlərinin istirahət yeridir. Sərhəd və hərbi baza olaraq qurulan qala böyüdükcə Rusiya ilə Türküstan, daha sonra Rusiya, Orta Asiya və Qərbi Çin arasında əhəmiyyətli bir ticarət nöqtəsinə çevrildi.
Şekə
Şemu
Şemu (sözün kökü şam isti, şemet qızmar deməkdir) — Qədim Misir təqvimində bir mövsüm, istilərin düşmə vaxtı analmını verir. Yuxarı Misir üçün bu müddət fevral ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Şemu mövsümünə Renutet, Xonsu, Xenti-xet və İpet-hemet ayları daxildir. Sülalə öncəsi dövrdən Orta padşahlıq dövrünədək bu mövsüm indiki təqvimlə fevralın əvvəlindən iyunun əvvəlinə qədər, Yeni padşahlıq dövründən başlayaraq, aprelin 28-dən avqusutun 25-nə qədər sürürdü.
Şələ
Şələ (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şələ (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri.
Şəşə
Şəşə — türk və tatar mifologiyasında quldur quş. Gecə qeyb aləmindən gəlib oğlan uşağa vuraraq öldürür və ya qaçırır. Girdiyi evdəki uşaq ölür. Qırxı çıxmamış uşağın üzərindən keçdiyində körpə qapqara kəsilib ölür. Altı aylıq olmamış uşağı isə dimdikləriylə öldürər. Uşaqlara boğazlarından vurur. Onu tutan Şəşə Anası və ya Şəşə Atası olar. Beləcə digər Şəşə quşlarının zərər verdiyi uşaqları yaxşılaşdırar. Yarasa, Şəşə olaraq bilinər və ondan çəkinilər. Ondan qorunmaq üçün xarici qapının üzərinə öldürülmüş yarasa asılar.
Şeşə
Şeşə və ya Şaşa — Azərbaycan və fars inanclarında şər quş, ruh və ya cin. Altı günlük və ya altı aylıq uşaqlara hücum eliyir. == Haqqında == === Şeşə === Şeşə quşu Azərbaycan türklərinin inanclarına görə bilinməzlər aləmindən gəlmişdir. Şeytani quruluşa sahib bu quş ancaq gecələri uçar və oğlan uşaqlarına ziyan verər. Əgər uşaq təkdirsə, onu vuraraq öldürər. Hücum elədiyi yer uşağın boğazıdır. Bununla bağlı olaraq, ailəsi uşağı qorumaq üçün altı aylığına qədər nəzarət altında saxlamalıdır. Quşun girdiyi evdə uşaq ölər. Əgər uşağın qırxı çıxmayıbsa, Şeşə quşu sadəcə onun üzərindən uçsa da o, qaralıb ölər. Gəlib uşağa ziyan vurmasın deyə uşağın yanında Şeşə quşunun adı deyilməz və uşağın bələyinə iynə sancılar.
Cinsi seçmə
Cinsi seçmə — təbii seçmənin formalarından olub, Çarlz Darvinin Növlərin mənşəyi kitabında izahını verdiyi anlayışdır. Darvinə görə cinsi seçmə; Darvin cinsi seçməni tovuzquşu, cənnət quşları və dişi maralların buynuzları və şirlərin yalları kimi nümunələr üzərində izah etmişdir. == Cinsi seçmənin kəşfi == Darvin yaratdığı təlim üçün çox sayda növdən məlumat toplasa da, dövrün elmi şərtləri daxilində bu məlumatların hamısını izah edə bilməmişdir. Məsələn, qanunun tarixi müddətini təsdiqləyəcək olan bir çox fosil o vaxtlar hələ tapılmamışdı və göz ilə beyin kimi bəzi orqanlar o dövr üçün təkamüllə meydana gələ bilməyəcək qədər mürəkkəb görünürdü. Üstəlik fərdi xüsusiyyətlərin övladlara necə ötürüldüyü mövzusunda da hər hansı bir məlumat yox idi. Bu səbəbdən Darvinin açıqlamaqda çətinlik çəkdiyi bir çox mövzu olmuşdur. Buna baxmayaraq, əlində təkamül dəyişikliklərini sübut edən o qədər məlumat var idi ki, inkişaf etdirdiyi təlimin səhv olması ona qeyri-mümkün görünürdü. Darvindən sonra gələn elm adamları, Darvinin mərd və dürüstcə Növlərin mənşəyinə əlavə etdiyi "Nəzəriyyənin Çətinlikləri" qismindəki anlaya bilmədiyi nöqtələri tək-tək və istisnasız olaraq açıqladılar və əskik tapdığı boşluqları doldurmağı bacardılar. Darvin doğulan balaların yalnız həyatda qalmaq mövzusunda müvəffəqiyyətli olmaları hər hansı bir məna ifadə etmədiyini anlamışdır. Çünki nəticə etibarilə hər fərd bir yerdən sonra ölmək məcburiyyətindədir və ölənə kimi nə qədər müvəffəqiyyətli olsa da, özündəki müvəffəqiyyətli genləri ölümsüz etmədiyi müddətdə müvəffəqiyyətinin təkamül baxımından hər hansı bir dəyəri yoxdur.
ESME Sudria
ESME Sudria (École spéciale de mécanique et d'électricité və ya ESME kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris, Bordo, Lil və Lion bölgəsində İvri-sür-Seyndə yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və IONIS Təhsil Qrupunun üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.
Esme Kallen
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Hicri-şəms
Hicri-şəmsi təqvimi (fars. تقویم هجری شمسی؛ سالنمای هجری خورشیدی‎) — İranda və Əfqanıstanda rəsmi təqvim olaraq istifadə edilən astronomik günəş təqvimi. Təqvim Ömər Xəyyamın iştirakı ilə hazırlanmışdır və müasir dövrə qədər bir neçə dəfə üzərində dəqiqləşdirilmə aparılmışdır. Təqvimdə tarix hicrətdən (Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə köçməsi) hesablanır, amma klassik islam təqvimi olan hicri-qəməri təqvimindən fərqli olaraq İran təqvimi günəş (tropik) ilinə əsaslanır. Ona görə də onun ayları ilin həmişə eyni zamanlarına dəng gəlir. İlin başlanğıcı yaz gecə-gündüz bərabərliyi günü hesab olunur (Novruz bayramı).
Jül Şere
Jül Şere (fr. Jules Chéret; 31 may 1836[…] – 23 sentyabr 1932[…], Nitsa) — fransız rəssamı və qrafikçi. Müasir poster qurucularından biri. == Həyat və fəaliyyəti == Jül Şere mətbuatçı ailəsində anadan olmuşdur. Ailəyə pul lazım idi və Jül 13 yaşındaykən məktəbdən ayrıldı və üç ildir litoqrafistə yazıldı. Sonra Parisdəki Milli Dizayn Məktəbinə qatılıb. Heç bir sistematik təhsil almadan özünü göstərən bir sənətkar idi. Gənc illərində Şere tez-tez Paris muzeylərində olub; Ona ən böyük təsiri, əsasən, Vatto və Fraqonar olan rokoko rəssamları tərəfindən təmin edilmişdir. 1866-cı ildə sənətçi Parisə qayıdıb, burada çap işi və qrafika açıb. İngiltərədə böyük formatlı plakatlar və posterlər çap etmək üçün maşın alıb J. Şere eyni zamanda rəngli litoqrafiyanın texnoloji prosesini sadələşdirdi və bir "daş" dan iki fərqli rəng ilə təzyiqlər etmək imkanı verdi.
Same Heart
Same Heart (azərb. Tək Qəlb‎) — İsrailin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Sedə Lencan
Sidə Lincan — İranın İsfahan ostanının Lincan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,335 nəfər və 4,167 ailədən ibarət idi.
Balakən (gəmi-bərə)
"Balakən" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Balakən" gəmi-bərəsi "Bərdə" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmiş və onunla yaxından tanış olaraq, istismara verilməsini bildirən düyməni basmışdır. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Bərdə (gəmi-bərə)
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.