SƏMTİ-QƏDƏM

астр. надир
SƏMT
SƏMTLƏMƏ
OBASTAN VİKİ
Qədəm
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Səmti müəyyənetmə
Səmti müəyyənetmə və ya Orientirinq (ing. Orienteering) — xəritə və kompasdan istifadə edərək nabələd ərazidə verilmiş məntəqələri sürətlə tapmaq üçün naviqasiya bacarığı tələb edən idman növüdür. Yarış zamanı iştirakçılara taparaq qeyd olacaqları nəzarət məntəqələrinin göstərildiyi xüsusi topoqrafik xəritə olan idman xəritəsi verilir. Əsası hərbi təlim olan bu idman növünün müxtəlif seksiyaları vardır. Bunlardan ən qədimi və daha çox məşhur olanı qaçış (ayaq) orientirinqidir. Bu səbəbdən səmti müəyyənetmə dedikdə qaçış orientirinqi başa düşülür. Bununla belə, zaman çərçivəsində xəritədən istifadə edərək istiqaməttapma tələb edən idman növləri orientirinq idman növlərinə daxildir. Orientirinq bir sıra dünya idman proqramlarına, o cümlədən Dünya Oyunları və Dünya Polis və Yanğın Oyunları sıralarına daxil edilmişdir. == Orienterinq idman növləri == Orientirinq özündə naviqasiya bacarıqları tələb edən bir sıra idman növlərini birləşdirir. Hər birinin özünəməxsus qayda və qanunları olan idmanlarda xüsusi məntiq və trayektoriya seçim bacarığı tələb edilir.
Qədəm-i Şərif
Qədəm-i Şərif — Məhəmməd Peyğəmbərə aid olduğuna inanılan ayaq izləri.
Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası - (ing. International Orienteering Federation - İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası — Azərbaycanda səmti müəyyənetmə idman növünün inkişafı üçün 2011-ci ildə yaradılmış qurum. Mənzil-qərargahı Bakı şəhərində yerləşən idman federasiyası, 2012-ci ildən etibarən respublika üzrə keçirilən səmti müəyyənetmə çempionatlarının əsas təşkilatçısı, beynəlxalq yarışların isə Azərbaycan üzrə ilk və tək iştirakçısıdır. Federasiyaya hazırda Mirəli Kazımov rəhbərlik edir. == Tarixi == Əsası Finlandiyada qoyulan və 1977-ci ildən bəri Beynəlxalq Olimpiya Kommitəsi tərəfindən tanınan orienterinq, Azərbaycanda əsasən səmti müəyyənetmə adı ilə bilinir. Sözügedən idman növünün ölkədə inkişafı və geniş vüsət alması 1960-ci illərə təsadüf edir. Belə ki, 1963-cü ildə SSRİ-də keçirilən çempionatda azərbaycanlı atletlər də iştirak etmişdir. Müstəqillik dönəmində ilk ölkə çempionatı 1995-ci ildə keçirimişdir. 2011-ci ildə isə Azərbaycanda səmti müəyyənetmə idman növünün inkişafı, o cümlədən bu idman sahəsinə dair fəaliyyətlərin yerli və beynəlxalq miqyasda koordinasiyası məqsədilə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası (ASMEİF) təsis olunmuşdur. Federasiya fəaliyyətə başladıqdan qısa müddət sonra, 2012-ci ilin oktyabrında Nabranda Azərbaycanda ilk dəfə səmti müəyyənetmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku uğrunda yarış keçirdi. Yarış zamanı, Azərbaycan tarixində ilk dəfə olaraq, müasir kompüter sistemlərinin tətbiqi ilə hər iştirakçının distant elektron qeydiyyatı baş tutmuşdur.
Beynəlxalq səmti müəyyən etmə federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası - (ing. International Orienteering Federation - İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.