SƏDY
SƏF
OBASTAN VİKİ
Səələbilər
Səələbilər — xaricilər məzhəbi tərkibində qrup. Sələbə ibn Əmirin (ibn Məşkən) davamçılarıdır. Səələbi qəbiləsi ilə qarışdırılmamalıdır. Sələbə ibn Əmir (ərəb. ثعلبة بن عامر‎) əvvəlcə Əbdülkərim ibn Əcrad və Əcrədilərlə həmfikir olur, lakin sonra uşaq məsələsində onunla razılaşmır. O hesab edirdi ki, uşaqlar haqqı inkar edənə və haqsızlıqla kifayətlənməyincə kafir sayılmamalıdırlar. O deyir: "Uşaqlar körpəlik çağında həddi-büluğa çatana və İslamı qəbul etməyə dəvət olunmayana qədər onlara himayə və düşmənçilik hökmü verilə bilməz. Əgər İslamı qəbul etsələr xeyir, rədd etsələr kafir olarlar". Əbülhəsən Əşəri və İbn Tahir əl-Bağdadiyə görə, Sələb ibn Əmir və səələbilərin əcrədilərdən ayrılmasına səbəb mehr (toy hədiyyəsi) məsələsində ixtilaf olmasıdır. == Səələbi təriqətləri == Əxnasilər — (əl-)Əxnas ibn Qeysin ardıcıllarıdır.