TAMELLA

qədim slavyanca “tomiti” (incitmək, əziyyət vermək, üzmək; parçalamaq, dağıtmaq; usandırmaq) sözündəndir. Ruslarda “Tomila”, “Tamila” formasında işlənir. Ərəbcə “təmil” (əməl etmə, ümid verən; əyilmiş, meyl etmiş) sözündən və tamil xalqının adından olduğunu da ehtimal edirlər.
TAMAYƏ
TAMEYLA
OBASTAN VİKİ
Tamella Abdullayeva
Tamilla (Tamella) İslam qızı Abdullayeva (10 dekabr 1943, Tovuz) — Azərbaycan teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007). == Həyatı == Tamilla Abdullayeva 10 dekabr 1943-cü ildə Tovuzda anadan olmuşdur. Orta məktəbi Tovuz rayonunda oxumuş, 1961–1965-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almışdır. Tamilla Abdullayeva səhnə fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlamış, 1965–1967-ci illərdə bu teatrda aktrisa işləmişdir. 1967-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrı uzun fasilədən sonra bərpa olunan zaman həmin teatrda fəaliyyət göstərməyə başlamışdır. 1988-ci ildə teatrın köçməsi ilə əlaqədar olaraq fəaliyyətinə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında davam edərək 1995-ci ilədək burada işləmiş, 1995–1999-cu illərdə isə "Bəşir" Miniatür Teatrında fəaliyyət göstərmişdir. 1999-cu ildə isə yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləməyə başlamışdır. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 noyabr 1978 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 oktyabr 2007 "Teatr Xadimi" qızıl medalı — 2007 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Tamella Alıyeva
Tamella Alıyeva (d. 1951, Beyləqan şəhəri) — Professor, Türkiyədə Muş Alparslan Universitetinin türk dili və ədəbiyyatı kafedrasının müdiri. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Tamella Alıyeva 1951-ci ildə Beyləqan şəhərində anadan olub. 1998-ci ildə Eskişehir Osmanqazi Universitetində Türk dili və ədəbiyyatı bölümündə işə düzəlir. Tamella xanım həmçinin Azərbaycanda çap olunan “Azərbaycan” və “Savalan” qəzetlərinin, “Yada düşdü” jurnalının Türkiyə təmsilçisidir. == Təltif və mükafatları == 2008-ci ildə Eskişehir valiliyi tərəfindən Türkiyə-Azərbaycan arasında qurduğu mədəni əlaqələrə görə mükafatlandırılıb, nümunəvi fəaliyyətinə görə isə 2011-ci ildə Azərbaycan Böyük Elçiliyi tərəfindən “İlin ən yaxşı müəllimi” seçilibdir. Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına İnstitutu və Vektor Mərkəzi tərəfindən “Türk Dünyasına Xidmət”, 2014-cü ildə Eskişehir Sənət Dərnəyi tərəfindən “Yunis İmrə Araşdırma”, iki dəfə Azərbaycan Məhsəti Şairləri Dərnəyi tərəfindən “Türk mədəniyyətinə xidmət” mükafatları ilə mükafatlandırılıb.