Tamella Alıyeva

Tamella Alıyeva (d. 1951, Beyləqan şəhəri) — Professor,[1] Türkiyədə Muş Alparslan Universitetinin türk dili və ədəbiyyatı kafedrasının müdiri. Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü.

Tamella Alıyeva
Doğum tarixi
Doğum yeri Beyləqan şəhəri
Elmi adı Professor

Həyatı[redaktə | mənbəni redaktə et]

Tamella Alıyeva 1951-ci ildə Beyləqan şəhərində anadan olub.[2]

1998-ci ildə Eskişehir Osmanqazi Universitetində Türk dili və ədəbiyyatı bölümündə işə düzəlir.

Tamella xanım həmçinin Azərbaycanda çap olunan “Azərbaycan” və “Savalan” qəzetlərinin, “Yada düşdü” jurnalının Türkiyə təmsilçisidir.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

2008-ci ildə Eskişehir valiliyi tərəfindən Türkiyə-Azərbaycan arasında qurduğu mədəni əlaqələrə görə mükafatlandırılıb, nümunəvi fəaliyyətinə görə isə 2011-ci ildə Azərbaycan Böyük Elçiliyi tərəfindən “İlin ən yaxşı müəllimi” seçilibdir.[3]

Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına İnstitutu və Vektor Mərkəzi tərəfindən “Türk Dünyasına Xidmət”, 2014-cü ildə Eskişehir Sənət Dərnəyi tərəfindən “Yunis İmrə Araşdırma”, iki dəfə Azərbaycan Məhsəti Şairləri Dərnəyi tərəfindən “Türk mədəniyyətinə xidmət” mükafatları ilə mükafatlandırılıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Muş Alparslan Üniversitesi: Personel Detay — alparslan.edu.tr". 2017-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.
  2. "Tamilla Aliyeva — biyografya.com". 2018-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-30.
  3. Eldar İsmayıl. "Böyük uğurlara imza atmış xanım professor" (PDF). "Laçın yurdu". №1(21) ("Elm və təhsil" nəşriyyatı). 31.03.2017: səh.18–20. İstifadə tarixi: 2017-05-22.