TEA POT
TEA-ROSE
OBASTAN VİKİ
Room Service
Room Service – Roxette qruppunun albomudur.
Beta Tea
Beta Tea — çay brendi. 1994-cü ildə baş verən iqtisadi böhran səbəbilə istehsalçı şirkət brendi fərqli bazarlara soxmaq məcburiyyətində qalmışdır. Beləliklə, "Beta Tea" Türkiyəyə idxal çayı gətirən ilk firma olmuşdur. Brend 1990-cı illərin əvvəllərində postsovet məkanındakı dövlətlərin bazarlarına daxil olmuşdur. MDB ölkələrinə çay idxal edən ilk özəl müəssisə məhz "Beta" olmuşdur. Şirkət indiki dövrdə Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Rusiya və İraq kimi ölkələrdə bir sıra brendləri ilə fəaliyyət göstərməkdədir.
Tea LaFond
Tea LaFond (5 aprel 1994) — Dominikalı üçtəkanla tullanan atlet. Tea LaFond Dominikanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tea LaFond birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar üçtəkanla tullanma yarışlarında təsnifat mərhələsində 12.82 m məsafəyə tullanaraq 37-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Tea Leoni
Tea Leoni (ing. Elizabeth Téa Pantaleoni) - ABŞ aktrisası və prodüseridir. == Həyatı == Tea Leoni 8 fevral 1966-cı ildə ABŞ-nin Nyu-York şəhərində Emili Patterson və Entoni Pantaleoni ailəsində dünyaya gəlmişdir. Uşaqlığını Nyu Cersi ştatının İnqlvud şəhərində və Nyu-York şəhərində keçirmişdir. Nyu-York şəhərinin Brirli (ing. Brearley School) və Vermont ştatının Patni (ing. The Putney School) məktəblərinin məzunu olub. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Nyu-York ştatının "Sarah Lourens Kolleci"nə (ing. Sarah Lawrence College) daxil olmuşdur. Kollecdə antropologiya və psixologiya kateqoriyaları üzrə təhsil almağa başlayır.
The Cutting Room Studios
The Cutting Room Studios — 1995-ci ildə Devid Krafa tərəfindən istifadəyə verilmiş səsyazma studiyası. Manhettenin Qrinviç bölgəsində fəaliyyət göstərir.
22-Ləkəli tea parabüzəni
22-Ləkəli tea parabüzəni (lat. Thea 22-punctata L. ) — Bitkilərin cavan budaqları və başqa vegetativ orqanları ilə qidalanırlar, zərərvericidir. == Biologiyası == Bitkilərin cavan budaqları və başqa vegetativ orqanları ilə qidalanırlar, zərərvericidir. Göbələklərdən də imtina etmirlər. Azərbaycan şəraitində il ərzində iki bütöv nəsil verir. İlk yumurtaqoyma aprel ayının sonunda başlayır və may ayının ikinci yarısında başa çatır. İyununn sonunda yumurtaların, sürfələrin və böcəklərin say dinamikası daha yüksək olur. Bir qayda olaraq yumurtalarını aşağı yaruslara qoyurlar. Qışı qidalandıqları sahələrdə xəzəlin və çöplərin altında keçirilər. Nadir hallarda ağacların koğuşunda və qabıq altında qışlayırlar.
"Sun Tea" Çay Fabriki
Silent Hill 4: The Room
Silent Hill 4: The Room — 2004-cü ildə "Team Silent" tərəfindən hazırlanmış və "Konami" tərəfindən satışa çıxarılmış survival horror janrında olan videooyun. == Məzmun == Bu oyun digər Silent Hill oyunlarından fərqlənir. Ən əsas fərqlərdən biri hadisələrin Silent Hill şəhərində yox, Eşfild şəhərində cərəyan etməsidir. Oyunun baş qəhrəmanı Henri Touşland adlı gəncdir. O, Eşfild şəhərinin cənubunda yerləşən sakit məhəlləyə köçür. Burada 302 nömrəli evdə yaşamağa başlayır. İlk günlər hər şey qaydasında getsə də, bir anda vəziyyət dəyişir. Bir gün Henri yuxudan ayılanda evdə baş verən qəribəliklərdən şübhələnir. Evin bayır qapısı açılmır, onun üzərində qanla yazılmış çölə çıxma! yazısını gördükdən sonra durumun ciddi olduğunu anlayır.