"Sun Tea" Çay Fabriki

"Sun Tea" Çay FabrikiAzərbaycanda çay məhsulları istehsalı ilə məşğul olan müəssisə.

"Sun Tea" Çay Fabriki
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 1996
Baş qərargahın yeri Azərbaycan Azərbaycan
azercay.az

Tarixi[redaktə | mənbəni redaktə et]

"Azərsun Holdinq"in müəssisəsi olaraq 1996-cı ildə fəaliyyətə başlayan "Sun Tea" Çay Fabriki ümummilli lider Heydər Əliyevin iştirakı ilə istismara verilib. İllik 15000 ton istehsal gücünə malik olan fabrikdə 180–200 işçi qüvvəsi çalışır. Müəssisə regionda ən müasir texnologiyaya sahib, yüksək istehsal gücü ilə fəaliyyətə başlayan çay qablaşdırma fabriklərindən biridir. Fabrikdə dəmir qutu, karton qutu, şəffaf poşet, eləcə də birdəfəlik qablaşdırmada qara çay, yaşıl çay, meyvəli və bitkili çaylar geniş məhsul çeşidləri ilə istehsal edilməkdədir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Müəssisənin tərkibində həmçinin Azərbaycanın subtropik ərazilərdən olan Lənkəran bölgəsində ilkin çay emalı fabriki, Astara bölgəsində 15 hektar çay əkin sahələri, Masallının Kolatan kəndində 100 hektar ərazidə çay plantasiyası var. Bu müəssisələrdə mövsümə uyğun olaraq 60–100 nəfər işçi çalışır.[1]

Fabrikdə "Azerçay", "Maryam", "Final", "Berqa", "Golden Pasha", "Pürrəngi" adlı çay markaları 200-ə yaxın məhsul çeşidi ilə istehsal olunur. Yüksək keyfiyyətli çay markalarımızın çeşidləri dünya bazarında çox böyük rəğbət qazanaraq Rusiya, Ukrayna, Belarus, Litva, Polşa, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, ABŞ, Avropa, Çin, İraq, Ərəbistan kimi ölkələrin çay bazarında mövcuddur.[2]

Ətirli və ləzzətli çayların istehsalçısı olan "Sun Tea" Çay Fabriki fəaliyyətə başladığı gündən bir çox beynəlxalq sertifikatlara layiq görülüb. Keyfiyyət İdarəetmə Sistemi üzrə TSE — İSO 9001, Ətraf Mühitin İdarəetmə Sistemi üzrə TSE — İSO 14001, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik İdarəetmə Sistemi üzrə TSE — İSO 45001, Qidanın Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə TSE — İSO 22000 sertifikatları bunun göstəricisidir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərsun" çayçılıq sahəsinin inkişafına dəstək verməyə davam edir — FOTOLAR
  2. "Dağların zirvəsində yaradılmış çay cənnəti... - Fotolar". 2020-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  3. "SUN TEA Çay Fabriki"