Silent Hill 4: The Room (azərb. Sakit təpə 4: Otaq) — 2004-cü ildə Konami tərəfindən hazırlanmış survival horror janrında olan oyun.
Silent Hill 4: The Room | |
---|---|
Hazırlayan | Konami |
Yayımlayan | Konami |
Seriya | Silent Hill |
Buraxılış tarixi |
|
Janrlar | Survival horror |
Yaş reytinqləri |
BBFC: 18 ESRB: M CERO: C PEGI: 18+ |
Prodüser | |
Ssenaristlər | Suquro Murakaşi |
Bəstəkarlar | Akira Yamaoka |
Texniki məlumat | |
Platformalar |
Microsoft Windows PlayStation 2 Xbox |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, yapon dili |
Daşıyıcı | optik disk, DVD |
İdarəetmə | klaviatura və maus |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Silent Hill The room digər Silent Hill oyunlarından fərqlənir. Ən əsas fərqlərdən biri hadisələrin Silent Hill şəhərində yox, Eşfild şəhərində cərəyan etməsidir. Oyunun baş qəhrəmanı Henri Touşland adlı gəncdir. O, Eşfild şəhərinin cənubunda yerləşən sakit səmtə köcür. Burada 302 nömrəli evdə yaşamağa başlayır. İlk günlər hər şey qaydasında getsədə, bir anda vəziyyət dəyişir. Bir gün Henri yuxudan ayılanda evdə baş verən qəribəliklərdən şüphələnir. Evin bayır qapısı açılmır, onun üzərində qanla yazılmış bayıra çıxma! yazısını gördükən sonra durumun ciddi olduğunu anlayır. Evdə bütün xarici çıxışlar oyunun ilk bölməsində bağlıdır. Yalnız hamamotaqında olan dəlikdən başqa. Henri hamamotaqında daxil olanda divarda diametri 50 sm olan dəliyin açıldığını görür. Dəliyin icərinsə daxil olmaqdan başqa çarəsi olmayan Henri hamamotaqdında tapdığı dəmir borunu götürərək, dəliyə daxil olur. Bununla da Silent Hill 4-ün əsas süjet xətti başlayır. Oyun ərzində Henri tez-tez 302 nömrəli evə qayıdır. Bunun əsas səbəbi oyunu yaddaşa həkk etmək üçün yeganə yerin evdə, olan telefon kitabçası olmasıdır.
Henri Touşland baş qəhrəmandır. Eşfild şeherinde, 302 nömrəli evdə yaşayir. Bir müddətdən sonra evin qapisi möhkəm kilidlənir ve Henri cıxış yolu axtarmağa başlayır.