TELNURƏ
TEMİRXAN
OBASTAN VİKİ
Temir
Temir (qaz. Темір) — Qazaxıstanın Aqtöbe vilayətinin Temir bölgəsindəki bir şəhər. Temir şəhər administrasiyasının inzibati mərkəzi. KATO kodu —155621100. == Coğrafiyası == Temir çayı üzərində, Temir dəmir yolu stansiyasından təqribən 20 km cənubda yerləşir. == Tarixi == Şəhər 1870-ci ildə (orijinal adı Karakamıs), Emben postunun (1862-ci ildə Emba çayı üzərində tikilən) buraya köçürüldüyü zaman quruldu. 1896 -cı ildən bir mahal şəhəri olmuşdur. Daşkənd, Buxara, Ufa, Orenburq və Orsk tacirlərinin iştirakı ilə ildə iki dəfə yarmarkaların keçirildiyi XIX əsrin sonu — 20-ci əsrin əvvəllərindəki böyük bir ticarət mərkəzi. İlk məktəblər 1870-ci ildə Temir şəhərində açıldı. Əhməd Halfe məscidi qorunub saxlanılır və bərpa olunur.
Temir Sariyev
Temir Sarıyev (Qırğızca: Темир Сариев; 17 iyun 1963, Toş-Bulak[d], Sokuluk rayonu[d]) — 2015-ci ildən etibarən Qırğızıstan Baş Naziri olan qırğız türkü siyasətçi. 157,005 (6,74%) səs toplayaraq 2009-cu il seçkilərində prezident namizədi olmuşdu.
Temir Xan
Kadriya Temirbulatova
Qədriyə Teymurbulatova və ya Kadriya Temirbulatova (rus. Темирбула́това Кадрия Уразбаевна; d. 14 dekabr 1948, SSRİ, RSFSR, Dağıstan MSSR, Noqay rayonunun Terekli-Məktəb kəndi – ö. 30 iyun 1978, SSRİ, RSFSR) — görkəmli noqay şairi. == Həyatı == Qədriyə Orazbay qızı Teymurbulatova 14 dekabr 1948-ci ildə Rusiyanın Dağıstan MSSR-nın Noqay rayonunun Terekli-Məktəb kəndidində çoban ailəsində anadan olmuşdur. Qədriyəni 1954-cü ildə, hələ 5 yaşı tamam olmamış kəndlərindəki orta məktəbin birinci sinfinə aparırlar. Həmin illərdə uşaqlar 7 yaşından birinci sinifə qəbul edilirdilər. Ona görə də Qədriyə sinifdəkilərdən həm yaşca kiçik, boyca da balaçaymış. Buna baxmayaraq iti qavramasıyla, dərin zəkasıyla sinif yoldaşları arasında seçilərək müəllimlərinin sevimlisinə çevrilir. 1965-ci ildə Terekli-Məktəb kənd orta məktəbini bitirərək, Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstitutunun Filalogiya fakültəsinə daxil olmuşdur.
Temirbek Jurqenov
Temirbek Jurqenov (qaz. Жұргенов Темірбек Караұлы) (1898—1938) — SSRİ-nin görkəmli sovet partiyası və dövlət xadimi. Türküstan və Qazaxıstanda Sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsi uğrunda mübarizənin üzvü. Sovet İttifaqı Kommunist Partiyası üzvü, 1920-ci ildən bəri kommunist. == Həyatı == Noyabr 1898-ci ildə Madeniet bölgəsində, Jalaqaş rayonu [Qızılöqtə bölgəsi (Rusiya İmperiyası). Alimula qəbiləsinin Shomeki qəbiləsindən gəlir. 1913 Alamesek kəndindəki (indiki Qızıl-Orda bölgəsi, Jalaqaş rayonu, Ak-Aryk kəndi) iki illik rus-qazax (qazax internat məktəbi ilə) kişi məktəbini bitirib. 1917 Perovsk şəhərindəki Suxanski adına Rus-Qazax məktəbini bitirib. 1917-ci ildə Ufa Torpaq Tədqiqat Məktəbinə daxil oldu, lakin Vətəndaş müharibəsi səbəbiylə təhsilini tamamlamadı. 1918 - 1920-ci illərdə Turqay şəhərində çıxan "Qazaxıstan mky" qəzetində işləyir, Sovetlərin regional qurultayının hazırlanmasında iştirak edir, İrqiz rayonunun işçiləri ilə Ağ Qvardiyaçılara qarşı döyüşür.
Temirxan-Şura
Buynaksk (tarixi adı qum. Temir-Xan-Şura — Teymurxanşura — Teymurun şurası) — Şimali Qafqazda yerləşən Dağıstan Respublikasının inzibati vahidində şəhər. Şəhər Xəzər dənizinin şimal-qərb sahillərində yerləşir. == Tarixi == Mahaçqala şəhərinin qərbində yerləşən Temirxan-Şura Dağlılar Respublikasının paytaxtı olmuşdur. Çar imperiyası zamanı, şəhərdə 5 min nəfərlik əsgər polku saxlanılırdı. Yaxın şəhərlərdə baş verən üsyanların yatırılmasında, bu polkdan tez-tez istifadə edilmişdir. 1863-cü ildə Zaqatala üsyanı zamanı, çar ordusu Temirxan-Şuradan üsyanı yatırmaq üçün 3 minlik süvari rus qoşunu göndərmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra şəhərin adı Buyraksk olaraq dəyişdirilmişdir. Sovet hakimiyyəti dağıldıqdan sonra da Buynakskda federal hakimiyyətə qarşı üsyançıların bir çox hücumları olmuşdur. 1999-cu il sentyabrın 4-də rus hərbçilərinin qaldığı binanın partladılması nəticəsində 64 nəfər ölmüş, 133 nəfər yaralanmışdı.
Temirxan-Şura dairəsi
Temirxan-Şura dairəsi (rus. Темир-Хан-Шуринский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1867–1922-ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Temirxan-Şura şəhəri idi.
Əvəz Temirxan
Əvəz Temirxan (1 aprel 1959, Soğanverdilər, Bərdə rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Liberal Partiyasının sədridir. == Həyatı == Əvəz Temirxan 1959-cu il aprelin 1-də Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. 1980–1985-ci illərdə RSFSR-in Yaroslavl şəhərində ali təhsil almışdır. 1985-ci ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Yaroslavlda hüquq məsləhətçisi, 1991-ci ilə qədər Rusiyanın Kostroma vilayətinin rayonlararası prokurorluğunda müstəntiq vəzifəsində çalışmıdır. 1991–1993-cü illərdə Moskvada özəl hüquq məsləhətçisi kimi fəaliyyətini davam etdirmişdir. == Siyasi fəaliyyəti == 1991–1993-cü illərdə Ə. Temirxan professor Lalə Şövkət tərəfindən yaradılmış "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkatının sədr müavini olmuşdur. 1993-cü ilin iyul ayından 1994-cü ilin yanvar ayına qədər Azərbaycan Respublikasının Prezident aparatında, Dövlət Katibinin baş köməkçisi vəzifəsində çalışmışdır. 1995-ci ildən 2007-ci ilə qədər Azərbaycan Liberal Partiyası İcraiyyə Komitəsinin sədri, 2003-cü ildən ALP sədrinin 1-ci müavini və ALP sədr əvəzi olmuşdur. 12 sentyabr 2010-cu ildə ALP-nin növbəti qurultayında Azərbaycan Liberal Partiyasının sədri seçilmişdir.