THIN

thin1

adj 1. nazik, incə; ~ line nazik xətt; ~ shirt nazik köynək; 2. arıq, sısqa ~ as a lath / a rail yonqar / talaşa kimi, arıq; rather ~in the face üzdən / sifətdən xeyli arıq; Your illness has left you very thin Xəstəlik səni / sizi çox arıqladıb; 3. seyrək, az; His hair is getting thin Onun saçları seyrəlir; a ~ forest seyrək meşə; a ~ crowd seyrək izdiham; The audience is a bit thin Camaat bir qədər azdır; 4. duru; ~ soup duru şorba; 5. zəif, miskin; ucuz; a ~ plot zəif süjet; ~ story zəif hekayə; 6. əsassız, tutarsız; a ~ excuse tutarsız bəhanə; 7. d.d. pis; xoşagəlməz, to have a ~ time pis vaxt keçirmək;

◊ That is too thin Bu, açıq görünür, ≅ Xoruzun quyruğu görünür

thin2

v (-nn-) 1. arıqlamaq; 2. naziltmək; itiləmək; 3. seyrəltmək, seyrəlmək; He thinned the seedlings O, şitilləri seyrəltdi; The crowd have thinned out izdiham / Camaat seyrəlib; 4. boşalmaq; tənhalaşmaq; 6. köhnəlmək, süzülmək (paltar, geyim və s.)

thin3

adv nazik, incə, incəliklə, You’ve spread the butter very thin Sən / Siz yağı lap nazik yaxmısan / yaxınısınız

THIMBLEFUL
THIN-SKINNED
OBASTAN VİKİ
Thin Cjo
Thin Cjo — (birman dili: ထင်ကျော်) — siyasətçi, yazıçı və akademik. 1962-ci ildən bəri Myanma (əvvəlki adı ilə Birmaniya) tarixində seçilmiş ilk mülki şəxs. 30-mart 2016-cı ildən bəri Myanma İttifaqı Respublikasının prezidentidir.
Thin Lizzy
Thin Lizzy — 1969-cu ildə Dublində musiqiçi və bas gitarist Fil Laynott, zərb ifaçısı Brayan Dauni və gitarist Erik Bell tərəfindən yaradılmış İrlandiya rok qrupudur. == Qrup haqqında == Qrupun qaradərili frontmeni və bas gitaristi braziliyalı (başqa məlumatlarda Cənubi Afrikalı) olan Fil Laynott 1986-cı ildə ölənə qədər qrup 12 studiya albomu çıxarmışdır. Qrup irland xalq balladı «Whiskey in the Jar» mahnısının rok versiyasını hazırladıqdan son məşhurlaşdı və bu mahnı Britaniyanın top 10 siyahısına düşdü. Qrupun musiqi tərzi əsasən 70'ci illərin ikinci yarısından sonra hard-rok ilə solo gitaranın üstünlük təşkil etməsi ilə nəzəra çarpırdı. Qup ən böyük şöhrətini isə 1976-cı ildə yazmış olduqları və başqa bir çox qruplar tərəfindən də dəfələrlə səsləndirilən və hitə çevrilən «The Boys Are Back in Town» mahnısı ilə əldə etdi. Qrup 1984-cü ilədək olan fəaliyyəti dövründə dəfələrlə üzv dəyişikliyi yaşamış olmasına baxmayaraq qrupun qurucuları, bas gitarist Fil Laynott və zərb ifaçısı Brayan Dauni dəyişməz olaraq qalmışdı. Qrupun adı komiks qəhrəmanı - robotun adının azca dəyişilmiş formasından götürülmüşdür ki, o da öz növbəsində bunu məşhur Ford Model T - "Tin Lizzy" avtomobilinin jarqon adının şərəfinə almışdır. == Qrupun tarixi == Qrup 1970-ci ildə «The Farmer» adlı ilk sinqlını «Parlophone» şirkəti vasitəsilə çıxardır. 1970-ci ilin sonunda isə Decca Records ilə müqavilə imzalayır və 1971-ci ilin yanvarında ilk debüt albomunu yazmaq üçün Londona yola düşür. Albom uğurlu satış əldə etməsinə baxmayaraq Britaniya siyahılarına düşə bilmədi.
Living Things
Living Things — Amerikalı rok qrupu Linkin Parkın 5-ci studiya albomudur. Albom 2011-ci ilin mart ayından 2012-ci ilin yanvarınadək lentə yazılmışdır. Albomun ilk sinqlı Burn It Down 16 aprel 2012 tarixində çıxmışdır. İkinci sinql Lost in the Echo 6 avqust 2012 tarixində çıxacaqdır. Linkin Park, Minutes to Midnight və A Thousand Suns-da olduğu kimi bu albomda da Rik Rubin və Mayk Şinodanın rəhbərliyi altında işləmişdir. = Albomun hazırlanması və yayımlanması = A Thousand Suns-ın uğursuzluğundan sonra qrup yeni albom hazırlamaq qərarına gəldi. Qrupun prodüseri Rik Rubin qrupa keçmiş tərzə qayıtmağı məsləhət verdi. Ancaq qrup üzvləri A Thousand Suns-dakı melodik səs effektlərini istifadə etməkdə davam etmək qərarına gəldilər yalnız əvvəlki tərz olan alternativ rok ilə səs effektlərinin qarışığı bir albom hazırlamağı düşünürdülər. Sonralar Mayk Şinoda verdiyi müsahibədə bu albomun nu-metal tərzdə olmayacağını söylədi. 2011-ci ilin martından başlayan mahnı yazma prosesi 2012-ci ilədək davam etdi və qrup fevral ayında yeni albomun çıxacağını açıqladı ancaq tarix verilmədi.
P.Y.T. (Pretty Young Thing)
P.Y.T. (Pretty Young Thing) — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Thinocoridae
Buxaqlı qaçağanlar (lat. Thinocoridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
You'll Think of Me (Elvis Presley song)
You'll Think of Me musiqisi 1969-cu ildə Elvis Presli tərəfindən ifa edilmiş və From Memphis to Vegas / From Vegas to Memphis adlı albomuna daxil etmişdir. Musiqi ilk dəfə 1969-cu ilin avqust və ya sentyabr aylarında lentə alınmışdır. 1970-ci ilin dekabr ayının 1-də isə "Suspicious Minds" / "You'll Think of Me" musiqiləri Elvisin əvvəlki 9 musiqisi ilə birlikdə yenidən buraxılmışdır.