Thin Lizzy

Thin Lizzy1969-cu ildə Dublində musiqiçi və bas gitarist Fil Laynott, zərb ifaçısı Brayan Dauni və gitarist Erik Bell tərəfindən yaradılmış İrlandiya rok qrupudur.

Thin Lizzy
Thin Lizzy Manchester Apollo-da (1983). Soldan sağa: Con Sayks, Fil Laynott, Skott Qoram
Thin Lizzy Manchester Apollo-da (1983). Soldan sağa: Con Sayks, Fil Laynott, Skott Qoram
Əsas məlumatlar
Üslub hard-rok
həvi-metal
blyuz-rok
keltik-rok
Fəaliyyət illəri 19691984
Ölkə İrlandiya İrlandiya
Şəhər Dublin
Dil ingiliscə
Leybl Decca Records
Vertigo Records
Mercury Records (US)
BMG Special Products
EMI Records
Deram Records
Warner Bros. Records (US)
Heyət Fil Laynott
Skott Qorem
Brayan Dauni
Con Sayks
Keçmiş üzvlər Erik Rikson
Erik Bell
Geri Mur
Brayan Robertson
Darren Varton
Snoui Vayt
Digər layihələr Grand Slam
www.thinlizzyband.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrupun qaradərili frontmeni və bas gitaristi braziliyalı (başqa məlumatlarda Cənubi Afrikalı) olan Fil Laynott 1986-cı ildə ölənə qədər qrup 12 studiya albomu çıxarmışdır. Qrup irland xalq balladı «Whiskey in the Jar» mahnısının rok versiyasını hazırladıqdan son məşhurlaşdı və bu mahnı Britaniyanın top 10 siyahısına düşdü.

Qrupun musiqi tərzi əsasən 70'ci illərin ikinci yarısından sonra hard-rok ilə solo gitaranın üstünlük təşkil etməsi ilə nəzəra çarpırdı. Qup ən böyük şöhrətini isə 1976-cı ildə yazmış olduqları və başqa bir çox qruplar tərəfindən də dəfələrlə səsləndirilən və hitə çevrilən «The Boys Are Back in Town» mahnısı ilə əldə etdi.

Qrup 1984-cü ilədək olan fəaliyyəti dövründə dəfələrlə üzv dəyişikliyi yaşamış olmasına baxmayaraq qrupun qurucuları, bas gitarist Fil Laynott və zərb ifaçısı Brayan Dauni dəyişməz olaraq qalmışdı.

Qrupun adı komiks qəhrəmanı - robotun adının azca dəyişilmiş formasından götürülmüşdür ki, o da öz növbəsində bunu məşhur Ford Model T - "Tin Lizzy" avtomobilinin jarqon adının şərəfinə almışdır.

Qrup 1970-ci ildə «The Farmer» adlı ilk sinqlını «Parlophone» şirkəti vasitəsilə çıxardır. 1970-ci ilin sonunda isə Decca Records ilə müqavilə imzalayır və 1971-ci ilin yanvarında ilk debüt albomunu yazmaq üçün Londona yola düşür. Albom uğurlu satış əldə etməsinə baxmayaraq Britaniya siyahılarına düşə bilmədi.

Təxminən 1971-ci ilin mart ayına qədər qrup Londonda qaldı. Albom satışlarının pis olmasına baxmayaraq Decca Records, qrupun "Shades of a Blue Orphanage" adlı albomunun yazılmasını maliyyələşdirməyə razılaşdı. Ancaq albom yenə Britaniya siyahılarına düşə bilmədi.

Qrup 1972-ci ilin sonunda Böyük Britaniyanı əhatə edən geniş miqsaylı tura Slade və Suzi Quatro ilə birlikdə çıxdı. Həmin il Decca Records, qrup tərəfindən rok versiyası yazılmış «Whiskey in the Jar» adlı irland xalq balladını buraxmağa qərar verdi. Ancaq qrup bundan narazı idi. Çünki onlar düşünürdülər ki, mahnı onların səslənmələrini və ya onların obrazlarını əks etdirmir. Sinql yayımlandı və qısa müddətdə İrlandiya musiqi siyahılarına başçılıq etdi. Mahnı, 1973-cü ilin fevral ayında Böyük Britaniya siyahılarında 6-cı yerə qədər yüksəldi. Sinql həmçinin Avropanın bir çox ölkələrinin musiqi siyahılarına da düşdü. Ancaq növbəti sinql, "Randolph's Tango", Laynott'un tipik musiqi tərzini əks etdirdiyi üçün yalnız İrlandiya sihayılarına düşə bildi.

Qrupun növbəti albomu "Vagabonds of the Western World" 1973-cü ilin sentyabrında yayımlandı. Müsbət rəylərə baxmayaraq albom yenidən siyaılara düşə bilmədi. Albomdan olan sinql "The Rocker" yalnız İrlandiya sihaılarına düşə bildi.

1973-cü il 31 dekabr tarixində Erik Bell, səhhətində yaranan problemlər və arxa-arxaya gələn uğursuzluqlar səbəbilə qrupu tərk etdi. Turu bitirməyə kömək etmək üçün, Skid Row adlı irland qrupunda Laynott ilə birgə ifa edən Qari Mur dəvət edildi.

Mur 1974-cü ilin aprelinə qədər qrupda qaldı. Onunlu birgə qrup üç mahnı yazdı və həmçinin "Still in Love with You" adlı mahnısı da qrupun "Nightlife" adlı dördüncü albomuna daxil edilmişdi. Mur'un gedişi ilə qrup, Almaniya turunu tamamlamaq üçün iki müvəqqəti gitarist ilə işlədi.

Turdan sonra Decca Records müqavilənin bitməsindən məyus olan Brayan Dauni qrupu tərk etməyə qərar verdi. Amma onu qalmağa razı saldılar.

Qrup 1975-ci ilin başlanğıcında Bob Siqer və Bachman-Turner Overdrive ilə ilk dəfə ABŞ turuna çıxdı. BTO «You Ain’t Seen Nothing Yet» adlı hitini dəstəkləmək üçün Avropa turuna çıxdı və Thin Lizzy, bu tur vaxtı qrupu yenidən müşayiət etdi.

Sonra Thin Lizzy, 1975-ci ilin sentyabr ayında "Fighting" adlı beşinci studiya albomunu yayımladı. Bu albom, qrupun Böyük Britaniya siyahılarında 60-cı sıraya qədər yüksələn ilk albomu idi. Lakin albomdan heç bir sinql bu siyahıya düşə bilmədi. Bu albom qrupun ən uğurlu albomu oldu. Thin Lizzy, ilk dəfə bu albomda ikili gitaradan istifadə etdi. «Wild One» və «Suicide» isə bu albomdan olan ən uğurlu mahnılardan idi.

Status Quo ilə bir neçə müvəffəqiyyətli turdan sonra qrup, "Jailbreak" albomunu hazırladı. Hansı ki, bu albom onların dünya səviyyəsində məşhurlaşmasına səbəb oldu. Albom İngiltərədə Top 10, ABŞ'da isə Top 20 siyahısına düşdü. 1976-cı il 26 mart tarixində yayımlanan «The Boys are Back in Town», Böyük Britaniya siyahılarında 8-ci yerə, ABŞ siyahılarında (bu, qrupun ABŞ siyahılarına düşən ilk sinqılı oldu) isə 12-ci yerə qədər yüksələrək böyük uğur qazanan bir hit oldu. «New Musical Express» jurnalı «The Boys are Back in Town» mahnısını ilin ən yaxşı sinqlı elan etdi.

Thin Lizzy, Aerosmith, Rush və REO Speedwagon kimi qruplarla ABŞ turuna çıxdı. 1976-cı ilin iyununda Rainbow ilə yenidən bu turu təkrarlamaq istədi. Ancaq Laynott hepatitə tutulduğu üçün tur ləğv edildi.

Thin Lizzy 1977-ci ildə Lidsdə keçirilən festivalda əsas qrup kimi çıxış etdi. 2 il sonra, 1979-cu ildə Lidsdə keçirilən festivalda qrup, yenidən əsas qrup kimi çıxış etdi.

Studiya albomları

[redaktə | mənbəni redaktə et]
  • 1971Thin Lizzy
  • 1972Shades of a Blue Orphanage
  • 1973Vagabonds of the Western World
  • 1974Nightlife
  • 1975Fighting
  • 1976Jailbreak
  • 1976Johnny the Fox
  • 1977Bad Reputation
  • 1979Black Rose: A Rock Legend
  • 1980Chinatown
  • 1981Renegade
  • 1983Thunder and Lightning
  • 1972Funky Junction Play a Tribute to Deep Purple

Konsert albomları

[redaktə | mənbəni redaktə et]
  • 1978Live and Dangerous
  • 1983Life
  • 1994BBC Radio One in Concert
  • 1994The Peel Sessions
  • 1999Boys Are Back in Town: Live in Australia
  • 2000One Night Only'
  • 2008UK Tour '75
  • 2009Still Dangerous — Live at Tower Theatre Philadelphia 1977

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]