1. Titrətmə (malyariya) xəstəliyinə tutulmuş; titrətmə-qızdırmalı.
…Titrətməli adamlar kimi dişləri bir-birinə dəyə-dəyə pəncərənin altında çömbəltmə oturdu.
2. Titrətmə xəstəliyi mənbəyi olan, titrətmə-qızdırma xəstəliyini yayan.
Bağ salır keçmişin məkan tutduğu; Sarı, titrətməli göllərdə gürcü.